Prezidentin köməkçisi: Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozur

13:30 / 14.10.2020

Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Bu gün həm müxtəlif internet resurslarında, həm də sosial şəbəkələrdə digər ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimızdə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı çoxsaylı məlumatlara rast gəlinir.

Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur. BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”nda qeyd olunur ki, “Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər.”

Silahlı muzdlular ilə bağlı BMT-nin çoxsaylı qətnamələri vardır. Bu qətnamələr silahlı muzdlu fəaliyyəti ilə məşğul olanlara və onlardan istifadə edənlərə qarşı cəzasızlığı qınayır, və bütün dövlətləri, beynəlxalq hüquq qarşısında öhdəlikləri çərçivəsində, silahlı muzdluları və onlardan istifadə edənləri məsuliyyətə cəlb etməyə çağırır. Silahlı muzdlulardan insan hüquqlarını pozmaq vasitəsi kimi istifadə edilməsi ilə bağlı BMT-nin müvafiq işçi qrupu da vardır.

Bundan əlavə, Avropa Şurasının “Terrorizmin qarşısının alınması üzrə 2005-ci il Varşava Konvensiyasının” 2015-ci ildə qəbul edilmiş Əlavə Protokolu da terrorizm məqsədilə xaricə gedən şəxslərə qarşı ölkələr tərəfindən cinayət məsuliyyətinin tətbiq edilməsini nəzərdə tutur.

Bu faktlar göstərir ki, beynəlxalq ictimaiyyət silahlı muzdlu probleminin kəskinliyini və ona qarşı mübarizənin labüdlüyünü dərk edir. Ermənistan isə bunun tam əksini edir və hətta silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir. Bununla da növbəti dəfə beynəlxalq hüququ pozur və BMT-nin qadağalarına qarşı gedir.

Bir sıra dövlətlərin qanunvericiliyində xaricdə silahlı muzdlu kimi döyüşlərdə iştirak edən vətəndaşlara qarşı uzun müddətli həbs və böyük məbləğli cərimələr nəzərdə tutulur. Bu qəbildən olan silahlı qruplaşmanın yaradılmasında və idarəçiliyində yer alan şəxsləri isə daha ağır cəzalar gözləyir. Həmçinin hərbi əməliyyatlarda iştirak edən şəxslərin müəyyən hüquqlarından məhrum edilməsi (səsvermə, seçkilərdə iştirak, vəkillik, şahidlik, himayədarlıq, oturum icazəsi) də nəzərdə tutulur.

Bir sıra Avropa dövlətləri qeyri-qanuni silahlı qruplaşmalara qoşulmalarına görə öz vətəndaşlarına qarşı ciddi tədbirlər görür. Misal üçün, cari ilin iyul ayının əvvəllərində Fransada İŞİD tərkibində döyüşlərdə iştirak etmiş Tyler Vilus adlı şəxs 30 il müddətinə azadlıqdan məhrum edilmişdir. Amma Xocalı soyqırımında iştirak etmiş Qilbert Minassyan adlı Fransa vətəndaşı Liberation qəzetinə müsahibəsində Fransa vətəndaşlarını muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün səfərbər etdiyini bildirmişdir.

Son hərbi əməliyyatlar başlamazdan öncə də Ermənistan silahlı muzdluların, terroristlərin işğal olunmuş Azərbaycan ərazilərinə gətirilməsini təşkil edirdi.

Xaricdən silahlı muzdluların gətirilməsi Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilərək könüllülərin müdafiəyə cəlb olunması məsələsinin müzakirəsi zamanı daha da aydın oldu. Bu addımla Ermənistan könüllülər adı altında faktiki olaraq digər ölkələrdən silahlı muzdluları və terrorçuları öz ordusuna cəlb etmək məqsədi güdür.

Son döyüşlər zamanı isə bu proses daha da sürətləndirilib. Həm öncədən əldə edilmiş məlumatlar, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında rast gəlinmiş hallar açıq şəkildə Ermənistan tərəfində xarici ölkələrdən gələn silahlı muzdlu döyüşçü və terroristlərin vuruşduğunu sübut edir. Bizdə bunu aid bir çox foto və video dəlillər var. Muzdlular arasında erməni əsilli xarici ölkə vətəndaşları yetərincədir. Həmin şəxslər mülki Azərbaycan əhalisinə qarşı hücumlarda iştirak edirlər. Bu şəxslərin erməni əsilli olması onların Azərbaycan ərazilərində döyüşməsinə haqq qazandırmır və onları xarici döyüşçü statusundan azad etmir.

Bu xüsusda, aidiyyəti ölkələri belə addım atan vətəndaşları ilə bağlı ciddi tədbirlər görməyə, onların işğal olunmuş ərazilərə gəlmələrinin qarşısını almağa, eləcə də bu şəxslərə qarşı cinayət işləri açmağa çağırırıq.

İşğal olunmuş ərazilərimizdə vuruşan və hərbi əməliyyatlarda iştirak edən zaman həmin şəxslər avtomatik olaraq Azərbaycan Ordusunun legitim hədəfinə çevrilirlər. Döyüşdən sağ çıxıb öz ölkələrinə qayıdan silahlı muzdlular isə öz cəmiyyətləri üçün böyük təhlükə mənbəyinə çevriləcəklər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM