Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin işğal altında olan torpaqlarımıza səfəri ilə bağlı KİV-in sorğusunu cavablandırıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, L.Abdullayeva bildirib ki, bu ilin 18 oktyabr tarixində Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti Şteffen Kotre (Steffen Kotré), Ştefan Koyter (Stefan Keuter), Andreas Qalau (Andreas Galau), Andreas Kalbits (Andreas Kalbitz) işğal altında olan torpaqlarımıza səfər edib:
"Qeyd etmək istərdik ki, Almaniyada olduqca mənfi imicə sahib olan bu deputatlar AfD partiyasında Ermənistanın xeyrinə təbliğat aparan qruplaşmanın üzvləridir. Andreas Kalbits AfD partiyasının idarə heyətinin 15 may 2020-ci il tarixli iclasında neonasist Respublikaçılar partiyasına üzv olması əsas gətirilməklə, neonasist keçmişinə görə partiya sıralarından xaric edilmişdir. Qeyd edək ki, Bundestaqın deputatı Ştefan Koyter də ictimaiyyətdə nasist və anti-semitist şüarlardan həvəslə istifadə etməsinə görə seçilir.
Yuxarıda adları qeyd olunan deputatların adları 2019-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb. AfD siyasətçilərinin adları təkcə Azərbaycanın işğal olunmuş bölgələri deyil, bütövlükdə post-sovet məkanındakı münaqişə bölgələrinə tez-tez qanunsuz səfərlər etməkdə hallandırılır".
Qeyd edək ki, bu dördlüyün ötən ilin mayında etdikləri qanunsuz səfərlə bağlı Bundestaqın və Brandenburq Landtaqının prezidentlərinə göndərilən etiraz məktublarına müvafiq tərəflərdən verilmiş cavablarda səfərin həmin qurumlarla razılaşdırılmadığı, hər hansı komitəsinin icazəsi ilə baş vermədiyi və səfərlə əlaqədar bütün məsuliyyətin onun iştirakçısı olan deputatların üzərinə düşdüyü vurğulanmışdır. Eyni zamanda qeyd edək ki, Bundestaqın AfD fraksiyası münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair ortaq mövqe ortaya qoyur.
Ökəmizin Almaniyadakı səfirliyi tərəfindən sözügedən qanunsuz səfərlə əlaqədar AFR XİN-ə nota, Bundestaq və Brandenburq Landtaqlarına etiraz məktubları göndərəcəkdir.
Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir.
Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM