Kaspi Liseylərinin müəllim və şagird kollektivinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu!

17:43 / 10.11.2020

   

    Hörmətli Ali Baş Komandan, yurdumuzun ümid çırağını yenidən alovlandıran müzəffər sərkərdə, Azərbaycanın fatehi cənab İlham Əliyev, Sizi bu BÖYÜK TARİXİ QƏLƏBƏ münasibətilə səmimi qəlbdən təbrik edirik!

    Ürəyimizdə Qarabağ həsrətinin qubar bağlamağına icazə vermədiyinizə görə, bizə qələbə sevincini yaşatdığınız bu gözəl günlərə görə bütün Azərbaycan xalqı Sizə minnətdardır.

    Böyükdən kiçiyə hər birimizin milli qüruruna tarixi yaşam haqqı qazandırdığınız üçün Sizə sonsuza qədər təşəkkür borcu olacaq. Bu gün 30 ildən artıq müddətdə mənfur düşmənin tapdağı altında qalan torpaqlarda şanlı Azərbaycan Ordusu qalibiyyət dastanı yazır. Düşmən nəfəsindən təngə gələn torpaqlarımız ordumuzun qəhərəmanlığı ilə indi rahat nəfəs alır. Tarixi bir deyim var “Bayraq asılan yerdən başlayır Vətən!”. Bayraqlarımız sıralanan torpaqlarda Siz Vətəni bütövləşdirdiniz. Düşmənin əsgi parçasının kölgəsində həsrətdən, günü-gündən solan torpaqlarımıza üçrəngli bayrağımızı sancaraq, tək Qarabağı deyil, bütün Azərbaycanı dirçəltdiniz! İndi biz həmişəkindən daha çox həmrəyik, yumruq kimi birik! Siz bizə bayrağımızın zirvələrdə nə qədər gözəl dalğalandığını nümayiş etdirdiniz. Əsirlikdə olan bütün torpaqlarımızı qaytarmaqla həyatımıza bayram sevinci gətirdiniz.

    Bəli, bugün bayramdır! Sizin rəhbərliyinizlə əldə olunan qələbə sevincinin qürurunu yaşayırıq. Bugün şəhid anaları ağlamır, qələbə üçün Tanrıya şükürlər , Sizə isə dualar edirlər. Şəhid anaları torpaq uğrunda canlarından keçən oğulları ilə qürur duyurlar.

    Hörmətli Ali Baş Komandan! Bugünlərdə siz dünyanın siyasi arenasında da cəbhədəki qədər böyük uğurlara imza atdınız. Dünənə qədər dünya xəritəsində bizi tapmaqda çətinlik çəkən bəzi xalqların nümayəndələri indi bizi qəhrəman xalq kimi tanıyır. İstər siyasi görüşlərdəki diplomatik məharətiniz, savadınız, istərsə də xarici media orqanlarına verdiyiniz müsahibələr zamanı qərəzli tərəflərin suallarına verdiyiniz cavablarla Siz bütün Azərbaycanın sinəsini qürurla qabartdınız. Qələbə sevinci yaşayan bütün dünya azərbaycanlıları bugün şərəflə, fəxarətlə öz kimliyini elan edir, Sizin tarixi sözlərinizi təkrarlayır! İndi xalq sizdən örnək alır, heç bir düşmən və xarici təzyiqlər onu qorxutmur. Eləcə də Sizin ətrafınızda sıx birləşərək sizi təkrarlayırıq, Qarabağ Azərbaycandır! – deyirik.

    Siz döyüş meydanında nümayiş etdirdiyiniz strategiyanızla, siyasi, diplomatik, təmkinli davranışınızla Azərbaycan gəncliyinə nümunə oldunuz. İndi şagirdlərimiz “Qəhrəmanın kimdir?” sualına “Mənim qəhrəmanım Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Mən də böyüyəndə qalib sərkərdəmiz İlham Əliyev kimi dahi şəxsiyyət olmaq istəyirəm” - deyə cavab verirlər. Siz keçmişimizi, tariximizi, eləcə də gələcəyimizi bərpa etdiniz. Həmçinin Siz XXI əsr Azərbaycanın yeni tarixini qürur qələmi ilə yazdınız. Cənab Ali Baş Komandan, yaşadığımız xoşbəxliyin hər zərrəsinə görə Sizə təşəkkür edirik!

    Yaşasın Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan!

    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

    Hörmətlə, Kaspi Liseylərinin

    müəllim və şagird kollektivi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM