Sevinc Babayevanın səs yazısı: Bunun otağında gəlinlər, qızlar, balaca-balaca qızlar - ŞOK AUDİO

08:46 / 22.09.2014

“Mahir Abdullayev işi” haqda daha bir senssaion məlumat; “Mandat alveri” qalmaqalının mərkəzi fiqurlarından biri ölümündən öncə bütün gerçəyi danışıb; “Abdullayev Elşad özü qardaşının qətlini təşkil edib”; Gülər Əhmədovanın keçmiş rəfiqəsi və şəriki ABU rektorunun özü və qardaşları haqda ilginc məlumatlar söyləyib; “Mahirin MTN-in əməkdaşı olması haqda deyilənlər yalandı...” 

“Yeni Müsavat” qəzetinin redaksiyasına “Mandat alveri” qalmaqalının əsas fiquru, 2012-ci il dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı daxil olub. Təxminən 7 dəqiqəlik səs yazısında S.Babayeva Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev barədə danışır.

 
Səs yazısının S.Babayevanın Türkiyədə saxlandığı dönəmə aid olduğu bəlli olur. Belə ki, artıq qalmaqallı videonun yayılması, E.Abdullayevin də bəzi bəyanatları mediaya ötürməsinin izləri bu nitqdə özünü göstərir. Amma “Yeni Müsavat” təxmin edir ki, aşağıda sinxronunu oxuyacağınız səs yazısı S.Babayevanın baş vermiş hadisələr barədə söylədiyi böyük bir nitqin xırda parçasıdır. Çünki qəzetimizə göndərilən bu audioyazını dinləyərkən onun girişində, eləcə də sonrasında başqa hissələrin olduğu hiss edilir. Musavat.com sayıntda audioyazı da yerləşdirilib və diqqətli oxucu bu məqamı yəqin ki, tutacaq.
 
Səs yazısını dinləyərkən S.Babayevanın təngnəfəs olması, zaman-zaman tövşüməsi də sezilir. Bu, onun son günlərində ürək ağrılarından əziyyət çəkməsinin əlaməti kimi (bu barədə İstanbuldakı günlərində onun yanında olmuş şəxslər də qəzetimizə müsahibələrində danışmışdı-S.T) qəbul edilə bilər.
 
 
 
Beləliklə, S.Babayevanın səs yazısı aşağıdakı cümlə ilə başlanır: “Mən Babayeva Sevinc Telman qızı bu gün baş verən hadisələri olduğu kimi danışmaq istəyirəm. 2005-ci il, deputat seçkiləri idi...”
 
Bu cümlədən sonra səs yazısı kəsilir və ardınca aşağıdakı hissə səslənir. “Yeni Müsavat” şərhsiz, danışığı olduğu kimi oxucuların diqqətinə çatdırır:
 
“... Elşad Abdullayev yalandan danışır ki, mən qohumlarımdan pul yığdım. Hansı qohumlarından? Sənin bütün qohumların dilənçi idi. Sən ora gələnə qədər... Sonra hamınız birdən-birə pullaşdız, hamınız oldunuz professor. O yazır ki, mənim qardaşım Eldənizi zəhərləyiblər. İnanın Allaha, ekspertiza var, orda işləyən camaat var. Bu səhər gedib, sağ-salamat çatmasın, çatıb işə, axşam da bu hadisə olub. Bilirsinizmi niyə? Ona görə ki, bu adam tərbiyəsiz, alçaq, vicdansız, qansız idi. Bütün gün bunun otağında gəlinlər, qızlar, balaca-balaca qızlar olurdu. Həmişə də, məni bağışlayın, şalvarının qabağı açıq. Bu əxlaqsızlığının, qəddarlığının, vicdansızlığının, insanlardan pul yığmasının ucbatından hamının başına oyun açırdı. Elşad Abdullayev ondan bilirsiz necə qorxurdu? Özü bir dəfə mənə deyib ki, ”qardaşımın biri dilənçidir, biri sırtıqdır, biri dəlidir, biri də arvadbazdır - arvadbazı Mahir (itkin düşmüş MTN zabiti Mahir Abdullayevi nəzərdə tutur-S.T.) üçün deyirdi. Bunların arasında elə bir dənə mən yaxşıyam". Deyirdi ki, “bəyəm 5 barmağın beşi də birdir? Belə olur da”. Bax, Abdullayev Elşad belə adam idi. Deməli, bu, Eldəniz haqda yalandan internetdə deyir ki, guya Eldənizi kimsə zəhərləyib. Bu, bir yalan. Onu heç kim zəhərləməyib. Allahın bəlasına gəlib. Allaha qurban olum, Allaha inanmayana lənət. Ona görə ki, o, günün günorta çağı Allahı söyürdü. Nəticədə onun başına bu iş gəldi, qurtula bilmir.
 
 
 
Qardaşı Mahir haqda da deyim. Bilirsiz, o, indi yalan danışır ki, mənim qardaşım KQB-nin işçisi, mayor, zabitdir. Quran haqqı, inanın Allaha, onun qardaşına bilirsiz hansı vəzifə yaraşırdı? Restoranlarda gəzmək, kafelərdə gəzmək, qızlarla... Çox gəzəyən idi. O qızla, bu qızla, orda-burda gəzirdi. 7 mühafizəçiylə gedib-gəlirdi. Onu necə oğurlaya bilərdilər, başına bu iş gələ bilərdi? Silahlı qoşunla gedib-gəlirdi e bu adam, diplomatlar da əllərində. Bunu necə oğurlaya bilərdilər, məhv edə bilərdilər? Bu, yalnız qardaşının yanına, Elşadın yanına tək, qoşunsuz gəlirdi. Deməli, Abdullayev Elşad özü qardaşının qətlini təşkil edib də. Yalan danışır axı bu. Bəhanə gətirir ki, guya Mətanət İsgəndərli... Mən, vallah, Mətanət İsgəndərlini tanımıram. Onun həyatında min dənə Mətanət İsgəndərli olub. Başa düşdüz? Min müğənni. Klip çəkdirib onlara. Puluyla da, puluna görə. Gedib konsertlərdə, restoranlarda oturub. Toylara dəvət edirdilər bunu. Dostlaşırdı müğənnilərlə. Bu, elə bil ki, müğənni olmalıymış. Kişi, qadın müğənnilərin sponsoru idi. İncəsənəti sevən adam idi. Xoşu gəlirdi bunun incəsənət adamlarından. Bütün incəsənət adamları onun otağına gəlib-gedib. Hamısı, hamısı..."
 

Mahir 7 mühafizəçiylə gedib-gəlirdi. Onu necə oğurlaya bilərdilər, başına bu iş gələ bilərdi? Silahlı qoşunla gedib-gəlirdi e bu adam, diplomatlar da əllərində. Bunu necə oğurlaya bilərdilər, məhv edə bilərdilər?”

 
S.Babayeva daha sonra M.Abdullayev barədə daha bir neçə detal sadalayıb: “Bu indi yalan danışır ki, mənim qardaşım zabit idi, nə bilim.. İnanın Allaha, nə zabit? Mənim heç yadıma gəlmir ki, Abdullayev Mahir kostyumda, formada gəzsin. Səhər gəlirdi universitetə, axşam da çıxırdı. Nə zaman işə gedirdi? Haçan dərs deməyə gedirdi? Bu, haçan əməliyyata gedirdi? Heç kim bunu görmürdü. Haçan gedib ”KQB"-nin paltarını geyinib? Bu yalan danışır? Necə olub ki, bunun kimi başıboş, axmaq bir adamı ora qəbul ediblər... Mən şokdayam. Bunların anlayışları yoxdur e. Milli Təhlükəsizlik Nazirliyi, bu sistem haqda bunların anlayışları yoxdur e... Bu da bir yalan..."
 
 
 
“Mandat alveri” qalmaqalının mərhum qəhrəmanı daha sonra Azərbaycan Beynəlxalq Universitetində(ABU) baş vermiş bəzi qanunsuzluqlardan da danışıb: “Deyir, Sabir Hüseynov mənim dayımdır. Sabir Hüseynov rəhmətə getdi. Yazığın ürəyi partladı. Bilirsiz niyə? Oğlanları bunun yanında çalışırdılar. Biri Şamil, biri Kamil. Şamil bunun şoferi idi. Sabir Hüseynov da bunun yoldaşının dayısıdır. Həqiqətən dayısıdır. Kamil çox mədəni, ağıllı, tərbiyəli oğlan idi. Kamil bunun yanında köməkçi idi. Kamili Elşad özünün saxta diplomlarına görə özü öz əli ilə aparıb salmışdı Banditizm Terrorizmə (DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini nəzərdə tutur - S.T.). Yalandan deyir ki, guya Kamili də oğurlamışdılar, gedib 14 gündən sonra tapıblar. Ona bəyəm nə demişdilər ki orda? Demişdilər ki, camaatın pulunu, attestatını qaytarın. Bu da bir yalan.. Elşadın nəfəsi də yalandan gedib gəlir. Qoy o danışsın ki, buna görə neçə insan özünə qəsd edib, neçə insan evsiz-eşiksiz qalıb. Neçə adam boşanıb, neçə adam türməyə düşüb. Qadın-kişi - fərq eləməz. Heç biri fərq eləməz bunun üçün. Qoy o, əlini qoysun vicdanının üstünə. Əgər vicdanı varsa... O, düz eləyir bunları? Mən başa düşmürəm, o, Azərbaycanın çörəyini yeyib, necə gedib oturub Fransada Azərbaycanın dalıyca danışmaq olar? Hamını zibilə qatmaq olar? A, sən kişi döyülsən? Sən görürsən ki, səni aldadırlar da. Ay bədbəxt oğlu bədbəxt, ay qorxaq, ay yetimçə... Ay Allah, belə adama niyə ruzi-bərəkət verirsən axı? Sən özün-özünə cavab verə bilmirsən? Üstündən neçə il keçir, sən indi gedib ordan disklər göndərirsən yalandan? Onu-bunu şərə salırsan. Onun-bunun adını çəkirsən. Sən haranın... (təhqiramiz ifadə olduğu üçün ifadəni çıxarımışıq - (redaksiya). Niyə aldadırsan camaatı? İnan, onda belə bir mif var ki, o, insanların beyninə, ürəyinə girə bilir. Bütün gün falçılarla məşğul idi. O falçı, bu falçı... Gəzirdi onların evini. Bir dəfə mən buna demişəm ki, gəl qurtar. İki valideyn var, məni öldürür. Gəl, ya bunları qəbul elə, ya da tələbə biletini, zaçot kitabçasını verirsən, gedirlər. Deyir ki...”
 
Redaksiyamıza göndərilən səs yazısı burda kəsilir. Ümid edirik ki, S.Babayevanın ictimaiyyətə açıqlanmaq üçün hazırlanmış audoyazının növbəti hissəsi də tezliklə bizə göndəriləcək. Bəlkə bu  halda “mandat alveri” qalmaqalının naməlum detalları cəmiyyətə bəlli olar.
 
Yazıda adları hallanan və hazırda həyatda olan hər bir şəxsin, o cümlədən Elşad Abdullayevin mövqeyini dərc etməyə hazırıq.
 
Sevinc TELMANQIZI
 
 
 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM