Yeni Azərbaycan Partiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət edib

17:51 / 13.11.2020

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

AZƏRTAC müraciəti təqdim edir.

Zati-aliləri, Müzəffər Ali Baş Komandanımız!

Doğma Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsidir.

Cəmi 44 gün davam edən müharibəyə Azərbaycan Sizin rəhbərliyiniz altında illərlə hazırlaşdı, qələbəyə lazım olan gücünü artırdı. Bir il əvvəl bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” kəlməsi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Cəmiyyətimizin bu günlərdə nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın Sizin ətrafınızda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi.

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının əzmini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olduğunu göstərdi. On minlərlə gənc vətənpərvərin Vətən torpaqları uğrunda vuruşmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi, cəbhə xəttində əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunmalıdır. Etiraf edilməlidir ki, xalqın və Ordunun Prezident və Ali Baş Komandan kimi Sizə dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır.

Güclü Ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Ordu ilə xalqının vəhdətinin təmin edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırkı dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. İnanırıq ki, müzəffər Ordumuzun döyüş əməliyyatlarını xüsusi peşəkarlıqla planlaşdıraraq həyata keçirmək strategiyası və taktikası digər ölkələrin hərbi strukturları tərəfindən öyrəniləcək və tətbiq ediləcəkdir.

Möhtəşəm hərbi uğurlarımızda Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasının, ölkəmizin hərtərəfli təbliğatının, Ermənistanın işğalçı siyasətinin Sizin rəhbərliyiniz və bilavasitə iştirakınızla ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsinin, eləcə də çoxsaylı diplomatik nailiyyətlərimizin xüsusi rolu ayrıca vurğulanmalıdır. Həyata keçirilən diplomatik səylər nəticəsində dünya ictimai rəyində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi Vətən müharibəsində əldə etdiyimiz böyük qələbənin beynəlxalq əhəmiyyətini ciddi şəkildə artıran amil hesab edilə bilər.

Döyüş meydanında qazanılan hər bir tarixi qələbənin əsasında lider amili dayanır. Hamılıqla etiraf etdiyimiz gerçəklik ondan ibarətdir ki, Sizin ümummilli lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərti olmuşdur. Azərbaycanın üçrəngli bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda, Qarabağda dalğalandırılacağı barədə verdiyiniz vədləri şərəflə yerinə yetirməyiniz Ulu Öndərimizin və Azərbaycan xalqının Sizə olan böyük etimadının nə qədər dərin köklərə malik olmasından xəbər verir.

Biz sevinir və qürur duyuruq ki, rəşadətli Azərbaycan əsgəri Qarabağ savaşı başlayan dövrdən etibarən verilən qurbanların, şəhidlərimizin, qətlə yetirilən günahsız uşaqların, qadınların, qocaların qanını yerdə qoymadı. İnanırıq ki, savaş meydanında düşmənə endirilən sarsıdıcı zərbələrdən və qazanılan möhtəşəm qələbədən onların ruhları şad olur.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Cənab Prezident, müqəddəs torpaqlarımız uğrunda Vətən müharibəsində qazandığımız şanlı qələbənin müəllifi də, ilham mənbəyi də Sizsiniz. Bu, Sizin qələbənizdir. Siz Azərbaycanın yeni tarixini yaratdınız. Tarix Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edəcəkdir. Siz xalqın qəlbində əbədi yaşayacaqsınız.

Tariximizin ən möhtəşəm qələbəsinin müəllifi kimi Sizi, Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusunu, rəşadətli əsgər və zabitlərimizi, bütün xalqımızı rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri adından səmimi qəlbdən təbrik etmək bizə böyük şərəf və qürur bəxş edir. Allah Sizi və Azərbaycanı qorusun!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM