XIX əsrin əvvəllərindən başlayaraq Qafqazdakı tarixi Azərbaycan ərazilərinə, eləcə də qədim Qarabağın dağlıq hissəsinə köçürülən ermənilər ağalarının və nökərçilik etdikləri dairələrin dəstəyi ilə hər fürsətdə çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərmişdir. Bu başabəla toplum tarixi ərazilərimizdə etnik tərkibi öz xeyirlərinə dəyişdirmək üçün hər cür xəyanətə və rəzilliyə getmişdir.
Uzun illər öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün real tarixi şəraitin yetişməsini gözləyən düşmən qonşu, təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində himayəçilərinin fəal dəstəyilə və həmin dövrdə ölkəmizdə baş alıb gedən hərc-mərclikdən, hakimiyyətsizlikdən istifadə etməklə soydaşlarımızın tarixi ərazilərimiz olan Qərbi Azərbaycandan deportasiyasına nail oldu. Bununla kifayətlənməyən təcavüzkar Ermənistan bolşeviklrin süni surətdə “Dağlıq Qarabağ” adlandıraraq erməni muxtariyyətinə çevirdikləri ərazilərlə birlikdə bütün Qarabağın 7 rayonunu da bir-birinin ardınca işğal etdi.
Bu zaman 1 milyondan artıq dinc soydaşımıza kütləvi surətdə divan tutub öz yurdundan qovan vəhşiləşmiş erməni silahlı birləşmələri Xocalı faciəsi, Daşaltı qətliamı kimi qanlı cinayətlər törətməklə bşər tarixinin yaddaşınyeni qanlı səhifələr yazdılar. İşğal olunmuş 20 faiz ərazimiz talan edilib, oda qalandı, qaçqın və məcburi köçkünlər çadır şəhərciklərində, yük vaqonlarında, zirzəmi, yataqxana və təsərrüfat tikilililərində acınacaqlı durumda, ən ağır şərtlər altında yaşamağa məhkum edildi.
Ümidsizlik girdabında boğulan, heç bir yerdən ciddi siyasi-mənəvi dəstək ala bilməyən, daxili çəkişmələr üzündən hər gün daha da çətin vəziyyətə düçar olan xalqımızı və dövlətimizi belə bir ağır məqamda ümummilli liderimiz Heydər Əliyev xilas etdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə xilaskar missiyasında hakimiyyətə gələn ulu öndərimiz qısa müddətdə siyasi iradə və təcrübə nümayiş etdirərək ölkədə əmin-amanlığa, sabitliyə nail oldu. Dünyanın nəhəng şirkətləri ilə mzalanmış neft müqavilələri və digər iqtisadi layihələrlə dövlətimizin iqtisadi qüdrəti yüksəldi, xalqımızın rifahı yüksəldi, sabitlik və inkişaf soydaşlarımızı ümidsizlik girdabından, sözün əsl mənasında, xilas etdi.
Dünyaya hərtərəfli inteqrasiya, fəal xarici əməkdaşlıq, faydalı diplomatik əlaqələrin qurulması ilə dost və tərəfdaş ölkələrin sayı artdı. Bütün bunların yaratdığı əlverişli şəraitdı zəruri ordu quruculuğu sahəsində də ciddi uğurlar əldə edildi. Ayrı-ayrı şəxslərə, qüvvələrə tabe olan silahlı birləşmələrin vahid komandanlıq altında birləşdirilməsi tezliklə öz bəhrəsini verdi. Arazqırağı cəbhə xəttində ilk qələbələr qazanıldı, itirilmiş torpaqların bir hissəsi geri qaytarıldı. Ölkəmizdə yaranmış milli birliyin və ordudakı intizamın gücünü görən düşmən atəşkəs sazişini imzalamağa məcbur oldu. Bütün bu xronologiya bir daha sübut edir ki, əgər ulu öndərimiz münaqişənin başladığı ilk dövrdə ölkəmizə rəhbərlik etsəydi, bu müsibətlərin heç biri xalqımızın başına gəlməyəcəkdi.
2003-cü ildə ulu öndərimizin siyasi varisi, ən layiqli davamçısı İlham Əliyevin xalqımızın yekdil səsi ilə ölkə Prezidenti seçilməsi dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu öndərin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri daha da inkişaf etdirildi, bugünkü şanlı Qələbəmiz üçün zəmin yaranmağa başlandı. İqtisadi yüksəliş səviyyəsinə görə dünyanın önə çıxan dövlətlərindən birinə çevrilən Azərbaycan hərbi quruculuğu ən yüksək səviyyədə apardı, silahlı qüvvələrimiz dünyanın ən müasir, qüdrətli orduları siyahısına daxil oldu. 2016-cı ilin Aprel zəfəri, 2020-ci ilin Tovuz qələbəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya bəyan etdi.
2020-ci il sentyabr ayının 27-də bədnam qonşularımız növbəti dəfə hərbi təxribat törədərək ölkəmizin yeni ərazilərini ələ keçirmək üçün hücuma keçdilər. Amma öz siyasi və hərbi gücünü, daha doğrusu, gücsüzlüyünü və rəzilliyini düzgün hesablaya bilməyən terrorçu Ermənistan dövləti və Paşinyan hakimiyyəti bu dəfə biabırçı məğlubiyyətə uğradı. Müzəffər ordumuzun güclü və sürətli ks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük Qələbə ilə nəticələndi. İkinci Qarabağ müharibəsinin ilk anlarından zəfər müjdəli Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar, bütün dünyaya örnək olan xalq-iqtidar birliyi, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyi, ən başlıcası isə komandanlığın əmrlərini ən yüksək səviyyədə yerinə yetirən zabit və əsgərlərimizin rəşadəti hesabına əsarətdə olan torpaqlarımız işğaldan azad olundu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüz bərpa edildi.
Savaşın ilk anlarından strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə Suqovuşanda, Hadrutda, Zəngilanda, Qubadlıda üçrəngli şanlı bayrağımız ucaldıldı. Noyabr ayının 8-də – Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyd etməyə hazırlaşdımız bir məqamda isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağımızın ürəyi Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqımıza çatdırmaqla şanlı tariximizin ən şərəfli, ən qürurlu səhifələrindən birini yazdı.
Vətən Savaşının başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz “Şuşasız bizim işimiz yarımçıq qalar– söyləmişdi və verdiyi bütün vədlər kimi, bu sözünə də ən qısa müddətdə əməl etdi. Bununla da xalqımızın qəlbindən Şuşa ağrısı, niskili əbədi olaraq silindi. Ali Baş Komandanımızın fəxarət və qürur hissi ilə səsləndirdiyi “Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!” – sözləri bu gün xalqımız üçün Şuşa dağlarında səslənən Koroğlu nərəsi qədər möhtəşəmdir, Şuşanın özü qədər müqəddəsdir.
Şuşa qalasının fəthindən cəmi bircə gün sonra Ali Baş Komandanımızın 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması xəbərini verməsi ilə düşmənin beli tamamilə sındı, olmayan ruhu yerlə-yeksan edildi. Cəmi bir neçə saat sonra düşmən yalvara-yalvara, ağlaya-ağlaya, xalqımızın qarşısında, möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyevin qarşısında diz çökərək kapitulyasiyadan, ağ bayraq qaldıraraq təslim olmaqdan başqa yol tapmadı.
Müqəddəs şəhərimiz Şuşada yaxın ötən aylarda rəqs edən təlxək Nikol Paşinyan o qədər rəzil duruma düşdü ki, kapitulyasiya sənədini kabinetində deyil, gizləndiyi siçan deşiyində-- gizli sığınacaqda imzalamaq məcburiyyətində qaldı. Bununla düşmən ölkəninin rəhbəri faşist fürer Hitlerdən də ağır bir tale yaşamağa məhkum olduğunu hər kəsə nümayiş etdirdi. Əslində, rəzil düşmənin bu cür biabırçı duruma düşəcəyini Vətən savaşının ilk günündən Ali Baş Komandanımız əminliklə söyləmişdi. Ermənistanın xunta rejimi savaşın sürdüyü 44 gündə ordusunu, hərbi infrastrukturunu, çökmüş iqtisadiyyatını tamamilə məhv etdi. Terrorçu dövləti sonu görünməyən fəlakətə sürükləndi.
Azərbaycan dövləti isə 44 günlük müharibə nəticəsində uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən aparılan mənasız sülh danışıqları prosesinə son qoydu, tarixi ədaləti özü bərpa etdi. 27 il kağız üzərində qalmış BMT qətnamələri döyüş meydanında reallaşdırıldı. Eyni zamanda, Azərbaycan bu savaş ilə ədalətli müharibə aparmağın presedentini yaratdı. Dövlətimiz, müzəffər ordumuz bütün dünyaya bəyan etdi ki, o, qarşı tərəfdən fərqli olaraq, yalnız işğalçı qüvvələrlə döyüşür, yalnız legitim hərbi obyektləri məhv edir, mülki əhali və infrastruktur onun hədəfi deyil. Vətən müharibəsi günlərində əsir və girovlarla münasibətdə də Azərbaycan Ordusu peşəkarlıq, eyni zamanda, rəhm, təmkin nümayiş etdirdi, özünün əzmi, qüdrəti ilə yanaşı, ədalətini də bütün dünyaya sübut etdi.
Bu tarixi Qələbə, eyni zamanda, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” tezisini də alt-üst etdi. Ali Baş Komandanımız və müzəffər ordumuz bu tezisin əksini döyüş meydanında sübut etdi. Döyüşdə qələbə çalan dövlətimiz diplomatik cəbhədə də uğur qazandı: nəhayət, Vətən müharibəsinin ilk günündən Ali Baş Komandanımızın haqqında bəhs etdiyi cədvəl tərtib olundu, işğal altında olan Laçın, Kəlbəcər və Ağdamın da azad olunacağı şanlı tarixlər məlum oldu. Bu müjdəni də Ali Baş Komandanımız xalqımıza böyük sevinc və qürurla çatdırdı!
Nəhayət, əsrlərlə haqqında danışılacaq, şəninə dastanlar, qəhrəmanlıq, zəfər nəğmələri qoşulacaq, tarixi salnamələrdə öz əksini tapacaq 44 günlük Vətən savaşımız qalibiyyətlə başa çatdırıldı. Terrorçu Ermənistan dövləti Ali Baş Komandanımız İlham Əliyevin bütün şərtləri, tələbləri ilə qeyd-şərtsiz razılaşmalı oldu. 15 noyabrda Kəlbəcərin, 20 noyabrda Ağdamın, 1 dekabra qədər Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanın dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, xalqımızın 30 illik həsrətinə son qoyulacaq.
Bu gün Ali Baş Komandanımızın Şuşanın işğaldan azad edilməsi ilə bağlı tarixi müraciətində səsləndirdiyi “Əziz Şuşa, biz səni dirçəlcədəyik!” şüarı bütünlüklə Qarabağın, işğaldan azad edilən bütün torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Müzəffər ordusunun gücü ilə tarixi ərazilərini qarış-qarış, addım-addım işğaldan azad edən Azərbaycan dövləti ən yaxın zamanda özünün iqtisadi gücünü, potensialını da bütün dünyaya nümayiş etdirəcək. Erməni vandalları tərəfindən dağıdılmış, məhv edilmiş şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, yenidən qurulacaq və soydaşlarımız həmin torpaqlarda öz firavan həyatlarına davam edəcəklər.
Müharibənin başa çatması, şanlı Qələbənin əldə edilməsi münasibətilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı məcburi köçkünlərə müraciət edən Ali Baş Komandan qətiyyətlə bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə, ilk növbədə, təhlükəsizlik tədbirləri görüləcək. Daha sonra isə bütün infrastruktur bərpa ediləcək, soydaşlarımız illərlə həsrətində olduqları dədə-baba yurdlarına dönəcəklər.
Xalqımız əmindir ki, Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan bəhrələnərək Ermənistanın terrorçu rəhbərliyinin, 30 il ərzində xalqımıza qarşı qanlı cinayətlər törətmiş şəxslərin, Xocalı qatillərinin hüquqi müstəvidə də cəzalandırılmasına nail olacaq. Terrorçu Ermənistan dövləti bu illər ərzində Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəməyə məcbur ediləcək.
Bu şanlı Qələbənin əldə edilməsi üçün canlarını fəda edən şəhidlərimizin, eləcə də Birinci Qarabağ savaşında şəhid olanların xatirəsi xalqımız, dövlətimiz tərəfindən həmişə əziz tutulacaq, onların ailə üzvləri, yaxınları ölkəmizdə ən ali hörmətə, izzətə layiq olduqlarını hər an hiss edəcəklər. Döyüşlərdə yaralananlar, qazilərimiz hər zaman dövlətimizin himayəsində olacaqlar. Azərbaycan xalqı olaraq bu şanlı Qələbənin əldə olunmasında onlara borclu olduğumuzu hər zaman ehtiramla ifadə edəcəyik, qazilərimiz başımızın tacı, gözümüzün nuru olacaqlar.
Qüdrətli, yenilməz, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə xalqımız daha böyük gələcəyə, xoş sabahlara qovuşacaq.
Bu şanlı, tarixi Qələbənin əldə olunması münasibətilə bir daha xalqımızı, müqəddəs ata vəsiyyətini– ulu öndərimiz Heydər Əliyevin razi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı arzularını həyata keçirən yenilməz Ali Baş Komandanımızı, müzəffər ordumuzu təbrik edirik. Vətən Savaşımızda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların müqəddəs ruhları qarşısında baş əyirik.
Qələbən mübarək, Azərbaycan! Fəthiniz mübarək, cənab Ali Baş Komandan! Qarabağ torpağında qədəmlərin mübarək, müzəffər Azərbaycan Ordusu! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM