«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

12:30 / 22.09.2014

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş  xüsusi  buraxılış  hazırlayıb

 

 20 sentyabr- Neftçilər  Günündə  işıq  üzü  görən  204 səhifəlik  Xüsusi  buraxılış  ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən  neft-qaz  sənayesinin  20 ildə   keçdiyi  inkişaf  yolunu  əks etdirən  maraqlı  yazıları,  rəngli  şəkilləri  və  yüksək  poliqrafik  tərtibatı ilə  diqqət çəkir.

1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər    Heydər Əliyevin  qətiyyəti və səyləri nəticəsində  dünyanın tanınmış  neft şirkətləri ilə  «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinsulu hissəsinin  birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında  Sazişin- tarixə «Əsrin müqaviləsi» kimi daxil olan   neft müqaviləsinin imzalanmasından  sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması  Xüsusi buraxılışın  ana  xəttini  təşkil  edir. Tarixin vərəqlənməsi fonunda bu reallıq bir daha təsdiqini tapır ki, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  enerji strategiyası  20 ildə  Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırıb. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini dəyişir.

20 ilə baxışı özündə əks etdirən xüsusi  buraxılışın ayrı-ayrı səhifələrində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin «Əsrin müqaviləsi»ninin dünənimiz, bu günümüz və gələcəyimizlə bağlı əhəmiyyətini özündə əks etdirən fikirləri yer tutur. Dahi şəxsiyyət  Heydər Əliyevin « Bizim bütün təbii sərvətimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında  heç kəsin müstəsna haqqı yoxdur» fikirinin davamı olaraq Prezident İlham Əliyevin «... Bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edibdir. Azərbaycan öz müstəqil  iqtisadiyyatını təmin edibdir, müstəqilliyini möhkəmləndirə bilibdir»
tezisi gələcəyimiz barədə aydın təsəvvür yaradır.

Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə    «Neftçilər günü»nün təsis  edilməsi, hər il 20 sentyabr  ərəfəsində neçə-neçə  qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə  təltif edilməsi  cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr  2014-cü il tarixli «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında», «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında» sərəncamları yer alıb. 

Yubiley  buraxılışında Azərbaycan  neft  sənayesinin  çoxəsrlik  tarixinə  işıq  salınaraq, 20 ildə   imzalanmış beynəlxalq  neft  sazişlərinin  iqtisadiyyatımızın dinamik inkişafında  müstəsna  rol  oynadığı  diqqətə  çatdırılır.  Xüsusi  olaraq  qeyd  edilir ki,  həmin  tarixdən  başlayaraq görülən  işlər  bugünkü  və  gələcək  nəsillərə  xidmət  edir.

Azərbaycan  tarixində,  onun  iqtisadiyyatının  inkişafında,  xüsusilə dövlət  müstəqilliyinin  möhkəmləndirilməsində «Əsrin müqaviləsi»nin    əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazıların hər birində geniş təhlil olunur,  bu günün uğurları fonunda perspektivlər müəyyənləşdirilir və həlli yolları diqqətə çatdırılır. 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  prezidenti  Rövnəq  Abdullayevin  Azərbaycanın  neft  sənayesi  işçilərinə  bayram  təbrikində bildirilir ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar hissi  və böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycanın neft-qaz  sənayesi əməkçiləri ilbəil böyük uğurlara imza atırlar. Ölkəmiz son illər beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olaraq, bu sahədə yeni-yeni nailiyyətlər qazanmışdır.

Təbrikdə o da qeyd edilir ki,  dünya enerji bazarında etibarlı neft, qaz və neft məhsulları ixracatçısı kimi özünü təsdiq etmiş  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inkişaf yolu ilə inamla irəliləyir. Modern, innovativ, çevik, beynəlxalq səviyyəli sənaye kompleksinə çevrilmiş Şirkət regional və  qlobal əhəmiyyətli  neft və qaz layihələrində  dövlətimizi  ləyaqətlə təmsil edir. ARDNŞ respublikamızın sosial-iqtisadi həyatında yaxından iştirak edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilər ölkənin iqtisadi yüksəlişi naminə dövlət və xalq qarşısında  cavabdehlik hissini heç zaman unutmurlar.
Məktubda bu əminlik bir daha ifadə olunur ki,  çoxminli neftçilər ordusu bundan sonra da  qarşıya qoyulmuş  vəzifələrin yerinə yetirilməsi üçün var qüvvə ilə çalışacaqlar.

ARDNŞ-in prezidenti R.Abdullayevin «Azərbaycanın möhtəşəm  enerji strategiyası» yazısında  qeyd edilir ki, əslində müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən  qüdrətlənməsinin təməl daşları  ulu öndər Heydər Əliyevin 70-80-cı illərində  atdığı məqsədyönlü  siyasi addımlar, neft sənayesinin texniki cəhətdən  müasirləşməsi xətti ilə  qoyulmuşdur. Azərbaycanın keçmiş ittifaqda  neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi  istiqamətində  o dövrdə aparılmış  gərgin, məqsədyönlü fəaliyyət gələcəyə hesablanmış və strateji əhəmiyyət daşımışdır.

Yazıda tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin əhəmiyyəti geniş təhlil olunur. Bu fikir xüsusi qeyd edilir ki, artıq həmin dövrdən 20 il keçir. Azərbaycan müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və  strateji  maraqlarını  müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, suverenliyinin mühüm təminatına çevrilmiş  bu kontrakt çərçivəsində  qazanılmış nailiyyətlər göz qabağındadır. İqtisadiyyatı  sürətli templərlə inkişaf edən respublikamız  dünyanın neft-qaz ixrac edən  aparıcı dövlətləri sırasında  iri addımlarla irəliləyir.  Azərbaycanın  geosiyasi əhəmiyyəti və  nüfuzu yüksəlmiş, Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçmişdir.  Bu gün artıq Azərbaycan  regionun  lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. Enerji müstəqilliyimiz tam  təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən  beynəlxalq miqyasda  mühüm qaz ixracatçısına çevrilmişdir.  Hazırda Xəzər dənizinin  Azərbaycan sektorunda  hasil edilən təbii qaz həcmləri  Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana ixrac olunur. Yeni yataqlar açılmış,  regional və qlobal  əhəmiyyətli digər layihələrin gerçəkləşməsi üçün  müsbət təməl yaranmışdır. 

Yazıda o da qeyd edilir ki, neft sənayesinin yüksəlişi, iqtisadi resurslar möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, «məqsəd yox, vasitədir». Enerji strategiyası cəmiyyət həyatının bütün sahələrinə inkişaf və tərəqqi bəxş edir, ümummilli  yüksəlişin əhəmiyyətli amili rolunu oynayır.

Yazıda  bir daha xüsusi vurğulanır ki,  müstəqil Azərbaycanın  beynəlxalq nüfuz və  mövqeyinin  möhkəmləndirilməsi, dövlətimizin iqtisadi  qüdrətinin durmadan artırılması naminə gecə-gündüz çalışan  fədakar neftçilərimiz  yaxşı bilirlər ki,  çəkilən əziyyət, görülən işlər son nəticədə  xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Onlar inanırlar ki,  Azərbaycan dövləti  müdrik  Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında  xalqımızı daha işıqlı sabahlara aparır.

Xüsusi  buraxılış ümumilikdə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  strukturlarının  fəaliyyəti, onların  əlamətdar  günü - neftçilərin  peşə  bayramını  hansı  nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı   barədə  dolğun  təəssürat  yaradır.  Şirkətin  birinci  vitse-prezidenti, akademik   Xoşbəxt  Yusifzadənin «Təqvimin bir günü və tarixin iyirmi ili», iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun «Yeni neft strategiyasının uğurlu icrası Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi»,  sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun «Azərbaycanın şaxələndirilmiş ixrac imkanları ilbəli genişlənir», emal üzrə vitse-prezident David Məmmədovun «ARDNŞ-nin  Emal Kompleksi 1994-2014-cü illərdə böyük inkişaf yolu keçib»,  vitse-prezident Mikayıl İsmayılovun «20 ildə əldə edilmiş nailiyyətlər neftçilərdə  gələcəyə böyük inam yaradır», sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun «Strateji məqsəd: Neftçilərin əmək təhlükəsizliyinin və sosial müdafiəsinin təminatı», kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun « Prioritetimiz neft kapitalını insan kapitalına yönlətməkdir»,  neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun «Ölkəmizin qaz təsərrüfatında önəmli dəyişikliklər baş vermişdir», ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin «Ekoloji təhlükəsizliyin təmin olunması ARDNŞ-nin əsas vəzifələrindəndir», strateji inkişaf  üzrə vitse-prezident Tofiq Qəhrəmanovun «Strateji inkişaf istiqamətlərinin düzgün seçimi öz bəhrəsini verməkdədir»,  Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin «Neft strategiyasının həlli ilə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu»,  «Azneft» İstehsalat Birliyinin  baş  direktoru  Daşqın İskəndərovun «Azərbaycan neftçiləri dünya neft sənayesinin inkişafına  çox böyük töhfələr vermişdir», «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyevin ««Əsrin müqaviləsi» müasir Azərbaycan iqtisadiyyatının təməl daşıdır», «Azərkimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin «Dinamik inkişafın uğurları»,  «Kompleks Qazma İşləri» Trestinin müdiri İskəndər Şirəlinin «ARDNŞ-nin uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür», «Neftqaztikinti» Trestinin müdiri, Respublikanın əməkdar mühəndisi Mirkazım Abasovun ««Neftqaztikinti» Tresti 2014-cü ilin birinci yarısını yüksək istehsal göstəriciləri ilə başa vurmuşdur», Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun «Neftayıranlar «Əsrin müqaviləsi»ni yüksək göstəricilərlə  qarşılayırlar», «Azərneftyağ» Neft Emalı Zavodunun direktoru Rövşən Həsənovun «Azərbaycanın inkişafına daha sanballı töhfələr verək!», Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin «Geofizika və Geologiya İdarəsi yüksəliş dövrünü yaşayır», Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin «ARDNŞ Avropada öz fəaliyyət sahələrinin genişləndirilməsində köklü irəliləyişə nail olmuşdur», Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun « Neft Kəmərləri İdarəsi kollektivi Neftçilər Gününü yüksək göstəricilərlə qeyd edir», Marketinq  və İqtisadi Əməliyyatlar  İdarəsinin rəisi Ədnan Əhmədzadənin ««Əsrin müqaviləsi» Azərbaycanı regional və qlobal layihələrin aparıcı iştirakçısı kimi tanıdıb», «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılovun «Neft-qaz sənayesinin inkişafında neftçi alimlərin müstəsna rolu var», Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun «Nəqliyyat İdarəsi ARDNŞ-nin bütün müəssisə və təşkilatlarına yüksək səviyyədə xidmət göstərir», «Qaz İxrac» İdarəsinin rəisi Qağaməli Seyfullayevin «Məqsədimiz ili yüksək nailiyyətlərlə  başa vurmaqdır», İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun  «Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqində yeni mərhələ», Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin ««Əsrin müqaviləsi»ndən ötən 20 il Azərbaycan tarixində zəngin inkişaf dövrü kimi yadda qalıb», Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin «Mühafizənin gücləndirilməsi zamanın tələbidir», Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun «İdarəmiz sosial Dövlət Proqramlarının icrasında fəal iştirak edir», Ekologiya İdarəsinin rəisi Azər Əliyevin «Ətraf mühitin mühafizəsi sahəsində  mühüm strategiya», Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun «Kadr hazırlığı nailiyyətlərin əsasıdır», Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun «Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin uğurları davam edir», Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru  Ayaz Qarayevin «Heydər Əliyev adına BDÖZ  Azərbaycan neft sənayesinin inkişafında öz sözünü deməkdədir», Dalğıc və Qəza-xilasetmə işləri İdarəsinin rəisi Pənah Həsənovun «Bayrama böyük qələbələrlə»,  «Neftçi İdman Klubu» İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri,  «Neftçi» PFK-nin prezidenti, MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun «Yeddi ilin ən yaxşı idman cəmiyyəti»  və «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadənin ««Əsrin müqaviləsi» yüzilliyin möcüzəsi kimi reallaşdı» məqalələrində «Əsrin müqaviləsi»nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda   əldə  olunan uğurlar  diqqətə  çatdırılır və  ulu  öndər Heydər Əliyevin müəllifi olduğu  neft  strategiyasının  təntənəsi  kimi  dəyərləndirilir. Məqalələrdə bu fikir də xüsusi yer alır ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Hazırda ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələr Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilir. Azərbaycanın ən böyük maliyyə vəsaiti tələb edən layihəni həyata keçirmək gücündə olması barədə səsləndirilən fikirlər də bu günümüzün reallıqlarına, şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitlərinə  əsaslanır. 

Xüsusi buraxılışda   Prezident İlham Əliyevin bu əminliyi də xüsusi qeyd edilir: «Əminəm ki, ölkəmizin uğurlu inkişafı gələcək illərdə də davam edəcəkdir. Əminəm ki, enerji məsələlərinin həlli ilə bağlı  bütün təşəbbüslərimiz reallaşacaqdır. İyirmi il ərzində  görülən işlər və təcrübə onu göstərir ki, başladığımız istənilən layihə uğurla nəticələnir.» Bu  fikirlərin təsdiqi kimi Xüsusi buraxılışda xüsusi yer tutan «Neft strategiyasının mühüm addımları»nı izləmək kifayətdir.

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan qüdrətinin və nüfuzunun göstəricisidir. Enerjiyə olan tələbatını tam şəkildə ödəyən Azərbaycanın bu gün digər ölkələrin  enerji təhlükəsizliyinin təmin edilməsində  mühüm rol oynayır. Bu günün reallıqları ulu öndər Heydər Əliyevin ««Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl  imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirlərinin təsdiqidir. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM