Vətəndaşların vaksinasiyaya inamı və etimadı çox önəmlidir. Ölkəmizdə vaksinasiya strategiyası hazırlanır. Peyvəndləmə bir neçə mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə ən yüksək risk qrupu olan səhiyyə işçilərinin və 65 yaşdan yuxarı olan vətəndaşların vaksinasiyası nəzərdə tutulur. Strategiyada yer alan mühüm müddəalardan biri də vətəndaşların vaksinə inamını təmin etmək üçün tədbirlər planının həyata keçirilməsidir. Bu istiqamətdə biz vətəndaşlarla kifayət qədər şəffaf olacağıq, ikitərəfli tərəfdaş ölkələrin, hansılar ki, bizdə yüksək inam doğurub, onların vaksinasiya ilə bağlı nəticələrini paylaşacağıq. Bununla bağlı həm elektron, həm də yazılı mediada çoxlu sayda maarifləndirici materiallar hazırlanır. Bunlar ictimaiyyətə təqdim olunacaq. Biz əminik ki, vətəndaşlar vaksinasiyaya inanacaq və peyvəndləmədən keçəcəyik. Vətəndaşlara izah etməyə, inandırmağa çalışacağıq ki, təəssüf ki, pandemiyadan qurtulmağın başqa yolu yoxdur.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, vaksinasiya pulsuz olacaq və strategiyada yer alan bütün risk qruplarına tətbiq ediləcək: “Koronavirus əleyhinə vaksinasiya könüllülük prinsipi əsasında aparılacaq. Peyvənddən imtina edənlərə yoluxduruculuq ehtimalının qaldığını inandıracağıq. Dünyanın bir sıra ölkəsi öz strategiyalarında peyvəndin məcburi olmasını əks etdirməyə çalışırlar. Azərbaycanda indiyədək vaksinasiya könüllülük əsasında aparılıb. Ölkəmizdə planlı vaksinasiyadan yararlananların sayı kifayət qədər yüksəkdir. Biz inanırıq ki, insanları inandırmaqla, inamını qazanmaqla könüllülük əsasında böyük əhali qrupunun vaksinasiyadan keçməsinə nail olacağıq. İctimaiyyəti inandırmaq üçün ən şəffaf məlumatları paylaşmaq lazımdır. Həmin məlumatları vətəndaşlarla bölüşəcəyik.
Vaksinasiyadan sonra yaranan immunitetin dayanıqlığının nə qədər olacağı ilə bağlı yekun tədqiqat nəticəsi əlimizdə yoxdur. Əksər alimlərin fikrincə, peyvəndləmədən sonra ən azı bir il gözləmək lazımdır. Bu müddətdə ola bilsin ki, virus mutasiyaya uğrayıb həyatımızdan çıxsın. Həmçinin ehtimal var ki, bundan sonra mövsümi qrip xəstəliyi kimi ildə bir dəfə koronavirus əleyhinə vaksinasiyaya da ehtiyac yaransın. Bu, vaksinasiyadan sonra yaşayıb görəcəyimiz nəticələrdir. Bunun üçün tədqiqatlar hələ davam etdirilməlidir”.
R.Bayramlı, həmçinin deyib: “Peyvənd olunandan sonra bizim gözlədiyimiz məsələ anticisim cavabının formalaşmasıdır. Qanda anticisim testi yetərli olacaq ki, peyvənd vurdurmağımız məlum olsun. Bundan başqa, tədbirlər planında yer alan strateji məsələlərdən biri peyvəndləmənin elektronlaşdırılmasıdır. Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışırlar. Burada peyvəndləmədə göstəriş və əks göstərişlər nəzərə alınmalıdır. İnsanlara vaksinin hər iki dozası vurulmalıdır. Birinci dozanı vurduranlara ikinci dozanı vurdurmaq vaxtı üçün xəbərdarlıq edilməlidir. Elektron sistem e-təbib proqramı üzərində hazırlanıb. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvəndləmədən keçən şəxslərə onun çap versiyası da veriləcək. Əgər hər hansı xarici ölkə koronavirus vaksini ilə əlaqəli sənəd tələbi irəli sürsə, biz buna hazırıq və həmin vətəndaşlara pasportun çap versiyası təqdim ediləcək”.
TƏBİB-in sədrinin sözlərinə görə, inaktiv vaksinlərin əlavə təsirləri demək olar ki, çox azdır: “İndiyədək bizə vurulan bütün vaksinlərin tərkibində bəzi maddələr var. Məsələn alüminiumdan istifadə olunur və vaksin hissəcikləri həmin alüminiuma hopdurulur. Alüminiuma qarşı allergiyası olanlara - bu da çox nadir halda rast gəlinə bilər – allergik reaksiya verə bilər. Bundan başqa, inaktiv vaksinlərin ciddi əks göstərişlərinin və əlavə təsirlərinin şahidi deyilik. Koronavirus təkcə ağciyəri zədələmir. Mərkəzi sinir sistemi, ürək qan-damar sistemi, damarların endoteli, çoxalma orqanları, qadın orqanları. Bu orqanların daxilində virus çoxala bilir. Bundan başqa, xəstəlikdən sonra da davam edən əlavə təsirlər var. Xəstəlikdən sağalıb evə yazılan xəstələr arasında bir neçə həftədən sonra insult, miokard infarktı keçirmə halları müşahidə olunub. Virus laxtalanma sisteminə çox ciddi təsir edir. Ona görə də xəstəliklə vaksinin yan təsiri müqayisəolunmazdır”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM