Bu gün Bakı Dövlət Universitetində (BDU) “Güclü Lider - Qüdrətli Azərbaycan!” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Virtual tədbir iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxararaq müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun sağlam gələcəyinin etibarlı bünövrəsini yaratdığını qeyd edib. E.Babayev tariximizin ən böyük xilaskarlıq missiyasını isə “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən Ulu Öndərin ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyinə diqqət çəkib.
Rektor Vətən Müharibəsində qazanılan zəfərin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm qələbəni Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığından söz açıb. Bu qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da vurğulayaraq Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırıb.
Rektor Prezident İlham Əliyevin ölkəyə rəhbərik etdiyi illərdə gənclərin təhsil, kareyra və inkişaf məsələlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini, ölkədə könüllük hərəkatına verilən dəstək və gənclərin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələlərinin reallaşdırılmasını ölkə gənclərinə göstərilən diqqət və qayğı nümunəsi kimi qiymətləndirib.
Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov “Beynəlxalq hüquq və Azərbaycanın möhtəşəm qələbəsi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni bizə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Ulu Öndərin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini xatırlayan natiqin sözlərinə görə, dövlət başçısının qətiyyətli addımları, xalqa müraciətləri ürəyi Azərbaycanla döyünən hər kəsdə böyük ruh yüksəkliyi yaratdı, hər kəsi səfərbər etdi. Çıxışda eyni zamanda Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcacüzün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, uzun illər davam edən işğalçılıq siyasətinin dayandırılmasını şərtləndirən amillər və qələbənin nəticələri barədə geniş məlumat verilib.
Daha sonra Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova “Xalqın yenilməz sərkərdəsi”, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, BDU Himayəçilər Şurasının üzvü Fərid Şəfiyev Azərbaycanın beynəlxalq əlaqələrinin, xarici siyasətinin uğurlarına dair, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Kamilə Əliyeva “Tarixə fateh sərkərdə kimi düşən prezident”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Fərid Babayev “Azərbaycanın iqtisadi uğurları gələcək qələbələrimizin əsasıdır”, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev “İnformasiya cəbhəsinin komandanı”, Hüquq fakültəsinin magistrantı Əkbər Əliyev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tələbə-gənclərin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış ediblər.
Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, düşmənin belini qıran dəmir yumruğu, xalqın Prezidentinə olan birmənalı dəstəyi, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı, informasiya müharibəsində qazanılan zəfər, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri, işğaldan azad edilmiş ərazilərdə aparılacaq yenidənqurma və quruculuq işləri, uğurla aparılan çoxşaxəli islahatlar sayəsində gənclərin bütün sahələrdə fəallığı, bilikli gənclərin idarəetmədə yaxından iştirakı və mühüm vəzifələrə təyin edilməsindən söz açılıb. Qeyd olunub ki, məhz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.
Onlayn dəyirmi masada Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik nitqləri səsləndirilib, ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dəyirmi masaya 350-dən çox iştirakçı qatılıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM