Yeni külək elektrik stansiyası 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək

10:26 / 30.12.2020

Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

Nazirlikdən verilən məlumata görə, müqavilələrin imzalanması videokonfrans formatında baş tutub. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və hər iki ölkənin səfirlərinin iştirakı ilə müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan imzalayıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Nazir çıxışında “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “ACWA Power” şirkəti ilə əməkdaşlıq əlaqələrindən, şirkətlərin seçim prosesinin şəffaf şəkildə həyata keçirilməsindən, cari ilin yanvar ayında Nazirlər Kabinetində imzalanmış 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı İcra müqaviləsi üzrə görülmüş işlərdən bəhs edib. Həmçinin bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın fəaliyyəti xüsusi olaraq diqqətə çatdırılıb. Enegetika naziri Pərviz Şahbazov deyib: “Müqavilələrin imzalanması və layihənin icrası ölkəmizdə formalaşmış biznes mühitinə olan inamın göstəricisidir və iqtisadi əməkdaşlığımızda yeni mərhələnin başlanğıcını qoyur. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən, ildə 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısını alacaq, yeni iş yerlərinin açılmasına, bəzi istehsal və xidmət sahələrinin yaranmasına yol açacaqdır“.

 Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud isə “OPEC plus” çərçivəsində Azərbaycanın öhdəliklərinin icrasını və qlobal neft bazarının sabitləşdirilməsində mühüm rolunu yüksək qiymətləndirib. Külək elektrik stansiyası üzrə imzalanmış müqavilələri isə hər iki ölkənin iqtisadiyyatı şaxələndirmək kursunun nümunəsi kimi dəyərləndirib: “Bu layihə yalnız ölkələrimiz üçün deyil, dünya üçün əhəmiyyətlidir. Çünki qlobal enerji sektoru çağırşlarla üz-üzədir. Dayanıqlı inkişafa nail olmaq üçün bütün enerji resurslarından istifadə olunmalıdır. Bu gün imzaladığımız layihə bu məqsədə nail olmağa kömək etməklə yanaşı, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələri gücləndirəcəkdir. Səudiyyə Ərəbistanı olaraq Azərbaycanın enerji resurslarını şaxələndirmə siyasətində iştirakdan məmnunuq. 240 MVt-lıq layihə Azərbaycanın enerji diversifikasiyasına və bərpa olunan enerji sahəsində irəlilələməsinə töhfə verəcək. “ACWA Power” şirkəti zəngin təcrübəsindən istifadə edərək Azərbaycanın elektrik enerjisinə olan ehtiyaclarını iqtisadi cəhətdən sərfəli və beynəlxalq standartlara uyğun şəkildə ödəmək səylərini dəstəkləyəcək.”

Tədbirdə, həmçinin “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də çıxış edib. Müqavilə layihələrinin hazırlanması prosesində səhmdar cəmiyyət tərəfindən görülmüş və müqavilələrin imzalanmasından sonra həyata keçiriləcək işlər haqqında məlumat verilib. Bildirilib ki, bu layihənin reallaşdırılması milli iqtisadiyyatımızın inkişafına stimul verəcək, ölkəmizin enerji dayanıqlığının təmin edilməsində xüsusi rol oynayacaq, təbii sərvətimiz olan qaza qənaət etməyə imkan verəcək və ekologiyaya müsbət təsir göstərəcəkdir.
“ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan layihə çərçivəsində Energetika Nazirliyi və “Azərenerji” ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Hər iki ölkənin energetika nazirlərinin layihəyə dəstəyini yüksək qiymətləndirib. Qeyd edilib ki, COVİD-19 qlobal pandemiyasının mənfi təsirlərinə baxmayaraq həm layihə üzərində, həm də layihənin reallaşması üçün imzalanması zəruri olan müqavilə sənədlərinin formalaşdırılması və razılaşdırılması üzərində intensiv işlər davam etdirilib. Bu sahədə müqavilə tərəflərinin peşəkarlığı, əzmi və səriştəsi nümunə hesab edilə bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM