Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini xarabalığa çeviriblər - İsveçrəli jurnalist

11:51 / 30.12.2020

Almaniyanın "Neues Deutschland” qəzetində jurnalist Andre Vidmerin müəllifi olduğu "Yandırılmış torpaq, yaralanmış ölkə” adlı məqalə dərc olunub.


Jurnalist Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonuna və Tərtərin Suqovuşan kəndinə səfərindən bəhs edir. Məqalədə boya-başa çatdığı əraziyə geri qayıdan Xaliq Hümbətovun təəssüratları da yer alıb.


Məqalənin girişində qeyd edilir ki, bir neçə həftə öncə müharibə başa çatsa da, ötən əsrin 90-cı illərində ermənilərin işğal etdiyi ərazilərdən köçkün düşən azərbaycanlıların geri qayıdışı hələ vaxt alacaq.


Qeyd edilir ki, dekabr ayı olmasına baxmayaraq, Füzuli rayonu ərazisində intensiv döyüş əməliyyatlarının izlərini hər yerdə görmək mümkündür. Burada avtomobildən düşərkən mütləq diqqətli olmaq lazımdır, ətrafa çoxlu sayda istifadə edilməmiş hərbi sursat səpələnib. 27 illik işğaldan sonra Füzuli şəhəri tamamilə dağıdılıb, ermənilərin şəhər kənarında inşa etdikləri hərbi baza yeganə tikili sayıla bilər.


Müəllif burada gedən döyüşlər barədə oxuculara məlumat verərək bildirir ki, noyabrın 10-da 44 günlük ağır döyüşlərdən sonra başa çatan müharibə nəticəsində Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini və bir sıra yaşayış məntəqələrini azad etdi. Dağlıq Qarabağ ətrafında ermənilərin işğal etdiyi yeddi rayonun əhalisinin 90 faizindən artığı azərbaycanlılardan ibarət olub və həmin ərazilərdən birinci müharibə zamanı yüz minlərlə insan didərgin düşmüşdü.


Əldə edilən razılaşma ilə Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil verildi. 44 günlük müharibə zamanı hər iki tərəfin verdiyi itkilərdən də bəhs edən A.Vidmer yazır ki, 1988-1994-cü illəri əhatə edən ilk müharibə zamanı Ermənistan Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini işğal etdi və həmin müharibə 30 min insanın həyatına son qoydu.


Müəllif daha sonra qeyd edir ki, Füzuli rayonu ilə yanaşı, böyük ərazilərin erməni qoşunları tərəfindən işğalı nəticəsində xarabalığa çevrildiyini görmək mümkündür. Ermənilərin noyabrın 20-də təhvil verdikləri Ağdam şəhərində də eyni mənzərə canlanır. Yerlə-yeksan edilən Ağdam şəhəri erməni işğalçılarına Dağlıq Qarabağda tikinti üçün bir növ daş karxanası və metal anbarı rolunu oynayıb. Məscidlər isə tövlə kimi istifadə edilərək təhqir olunub.


A.Vidmer məqaləsində daha sonra qeyd edir ki, Ağdamla yanaşı, bir çox başqa yerlər də acınacaqlı və xarabazar vəziyyətdədir: Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı. Ayrı-ayrı ərazilərdə işğalçılar torpaqlardan aqrar təsərrüfat kimi istifadə ediblər. ANAMA ərazilərin minalardan təmizlənməsi üçün hələ xeyli işin görülməli olduğunu bildirir. Müəllif bir məqama da diqqəti çəkir ki, birinci müharibədən əvvəl əhalisinin 90 faizindən artığı azərbaycanlılardan ibarət olan Kəlbəcərdə ermənilər aktiv məskunlaşma həyata keçiriblər. Atəşkəs Bəyanatına əsasən noyabrın sonunda bu rayon Azərbaycana təhvil verilməli olanda ermənilər buradakı evləri yandırdılar.


Məqalədə 90-cı illərdə öz torpağından didərgin düşmüş Xalid Hümbətovun fikirləri yer alıb. O, müharibədən öncəki həyatlarından bəhs edərək bildirir ki, münaqişədən öncə azərbaycanlılar və ermənilər dinc şəraitdə birlikdə yaşayıblar. O, 14 yaşında ailəsi ilə birlikdə Suqovuşanı tərk edərək Tərtər şəhərində məskunlaşmalı olub və müharibənin qızğın dövründə onların yaşadıqları yer erməni artilleriyası tərəfindən dəfələrlə atəşə tutulub. Artıq müharibə arxada qalıb və X.Hümbətov tezliklə Suqovuşandakı evinə geri qayıdacağı günü gözləyir: "Biz ailəlikcə buraya geri qayıtmaq istəyirik. Bizim uşaqlarımız bu torpağın həsrəti ilə böyüyüblər. Biz uşaqlarımıza bu torpaqlar haqqında danışmışıq. Biz öz ana yurdumuz haqqında elə danışırdıq ki, elə bil nağıl deyirdik. Bu gün onlar görürlər ki, nağıllar da gerçəyə çevrilə bilir. Biz buraya geri qayıdacağıq və mənim övladlarım burada böyüyəcəklər. Çünki bura bizim torpağımızdır”.


Məqalənin yekununda qeyd edilir ki, Azərbaycan hökuməti vaxtilə ermənilərin işğalı altında olan ərazilərin ölkənin digər bölgələri ilə bağlantılarının yaranması üçün sürətlə çalışır. Bunu Tərtər şəhəri ilə Suqovuşan arasında yolun inşası ilə bağlı görülən işlər də sübut edir. 27 il bir-biri ilə əlaqəsi kəsilən yaşayış məntəqələri yeni inşa edilən yollarla yenidən bir-biri ilə qovuşurlar. (AZƏRTAC)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM