Strategiya.az saytı filologiya elmləri doktoru Sona Vəliyevanın "Alim köç edəndə…" adlı yazısını təqdim edir:
Kamran Əliyev haqqında keçmiş zamanda çətindir. Çünki belə insanlar ən azı onları tanıyanlar sağ olduqca hər zaman xatırlanır, onların əsərlərinəsə hər zaman müraciət olunur, beləcə daim müasirlərinin həmsöhbətinə çevrilirlər. Qoyub getdikləri elmi irsləri gələcək nəsillər arasında mənəvi körpü rolunu oynayır.
Onun elmi rəhbərlik, yaxud məsləhətçilik etdiyi dissertantlarla, doktorantlarla özünəməxsus işləmək üslu var idi. Plan, prospekt və ayrı-ayrı fəsillərlə bağlı əvvəl-əvvəl dissertantın düşüncələrini dinləyirdi. Bu təhlillər, müzakirələr diktofona yazılırdı. O, dissertantda çox böyük özünəinam yaradırdı. Hərdən də bu özünəinamı möhkəmlətmək üçün "bax, bu fikrin ədəbiyyatşünaslığımızda yenidir" – deməklə növbəti yazıların yaranmasına da həvəs yaradırdı. Onun həddindən artıq təvazökar, sadə insan olması dərin biliyi, zəhmətkeşliyi ilə tamamlanırdı. Ona görə də onu tanıyanların gözündə Kamran müəllim rəğbət oyadan şəxsiyyətə çevirirdi.
Səhhətində problemin yaranmasına baxmayaraq, dissertant və doktorantlardan vacib məsləhətlərini əsirgəmir, onlara həmişə vaxt ayırırdı. Hər bir dissertantı elmi konfranslarda və ya ictimai tədbirlərdə çıxış edərkən Kamran müəllim çox həyəcanlı olar, onların uğurlarına övladının yüksəlişlərinə sevinən kimi sevinərdi.
Elmi rəhbərlərdən söz düşəndə müəllimlərini hörmətlə xatırlayar, A.Zamanovdan danışanda kövrələrdi: "Biz təkcə elmi uğurlarımıza görə deyil, əxz etdiyimiz həyat və insanlıq dərsinə görə də ustadlarımıza borcluyuq" – deyirdi”. Bu günlərdə Kamran müəllimin onu haqq dərgahına qovuşma xəbərinin mətbuatda yer alandan dərhal sonra onu tanıyan yüzlərlə insan bu üzücü xəbərdən təsirlənərək onun haqqında çox dəyərli fikirlər yazdılar. Bu, ağrı, təəssüf dolu fikirlər Kamran müəllimin əvəzolunmaz ziyalı, hər zaman yeri görünəcək əvəzsiz alim olduğunun növbəti sübutu idi.
Turan ellərində Cavid konfransları
2013-cü ildən başlayaraq H.Cavidin ədəbi irsinin təbliği üçün geniş bir fəaliyyət proqramı hazırlayanda mən əvvəl elmi rəhbərim K.Əliyevdən bəzi tövsiyələr aldım. Elə həmin ildə Əli Həsənovun təşəbbüsü ilə "Kaspi nəşrləri” seriyasından Cavidşünas alim Azər Turanın tərtib etdiyi "Hüseyn Cavid əsərləri" kitabı İstanbulda işıq üzü gördü. Biz Cavidşünaslar qrupu yaradaraq geniş fəaliyyət planı hazırladıq. "Hüseyn Cavid ədəbi-irsinin poetikası" mövzusunda doktorluq işinin müdafiəsi ilə paralel olaraq mütəfəkkir şairin irsini, onun türkçülük, Turan ideyasını türkdilli ölkələrdə təbliği prosesinə başlamağı qərar verdik. İşçi qrupunun dəyişməz üzvləri kimi Kamran Əliyev, Azər Turan və digər türkdilli ölkələrin Cavidşünasları bu konfranslarda iştirak edirdilər. İstər İstanbul Universitetinin Avrasiya İnstitutunda, istər Ankara Universitetində, eləcə də Qazaxıstanın Əl Fərabi Universitetində, Özbəkistanın N.Gəncəvi adına Universitetində, Urgənc Dövlət Universitetlərində Kamran müəllimin etdiyi çıxışlar H.Cavidin Turan ideyasının hər zaman müasir olduğunu sübut edən bir ustad dərsi idi.
Ankara Universitetində çıxışı zamanı bizimlə bir sırada əyləşən türk alimlərinin birinin dediyi: "Adam boyu dolusu elmdi" – fikrini indi də xatırlayıram. Kamran müəllim bütün çıxışları alqışla qarşılanırdı. H.Cavidlə bağlı növbəti konfransımız Qırğızıstandakı universitetlərin birində baş tutacaqdı. Çox heyf ki, ömürü kimi arzuları da yarımçıq qaldı. Səhhətindəki ciddi problemləri bildiyimizdən həkim olan həyat yoldaşı Tünzalə xanımın onu müşayiət etməsini də düşünmüşdük. Onun xanımına, xanımının ona qayğıkeş münasibəti isə bir çox ailələr üçün əsl nümunə sayıla bilərdi. Daşkənddən Səmərqəndə gedərkən "Əfrasiyab" adlı sürət qatarına oturanda üzündə işıqlı bir təbəssüm yarandı: "Cavidin "Siyavuş"undakı Əfrasiyab indi bizi Səmərqəndə aparır. Bu konfransa, bu səyahətə görə yenə H.Cavidə bir müqəddəs borcumuz var. Bax, Cavid bu gün, əslində, yaradıcılığında əsas ideya kimi irəli sürdüyü Turan düşüncəsi ilə bizimlə bu yerlərdə səyahətdədir. Ölməzlik dediyimiz də budur. Ziyarət etdiyimiz Türküstan şəhəri, Əhməd Yasəvi türbəsi, Səmərqənd şəhərindəki "Gur Əmir" mavzoleyi, Buxara şəhəri və Bahəddin Nəqşibəndi türbəsi, Səhih əl-Buxari türbəsi, Xarəzm vilayəti, Urgənc şəhəri və s. səyahət etdiyimiz yerlər Cavidin əsərlərində yer alan məkanlardır. Biz H.Cavidi hələ də uğrunda şəhid olduğu türkçülük ideyasının mövcud türkdilli ölkələrə yetərincə çatdıra bilməmişik..." – dedi.
Mən, bu layihənin başa çatmasından sonra H.Cavidin başqa ölkələrdə kitablarının tərcüməsi və yaradıcılığına həsr olunmuş elmi konfransların təşkilinin planımızda olduğunu dedim. Hətta Hüseyn Cavid əsrlərinin serb dilində tərcüməsinin başladığını eşidəndə çox sevindi. Bir-iki ay öncə H.Cavidin əsərlərinin Serbiyada çapdan çıxan kitabının üz qabığını telefon vasitəsilə ona göndərəndə çox sevinmişdi. Hətta bu nəşrlər seriyasından Qırğızıstanda "Hüseyn Cavid əsərləri"nin çapdan çıxacağını və pandemiya dövründən sonra təqdimatı olacağını dedim. "Qismət, İnşallah, Allah sağlıq eləsin, Şükür ki, bu layihələr də baş tutur" – dedi...
İştirak etdiyimiz konfranslara türkdilli xalqların Cavidşünaslarının çoxu Kamran müəllimin alim dostları idi. Bizim bu konfransların əhatə dairəsini daha da genişləndirmək planlarımız vardı. Cavidin bir vaxtlar personajlarının tarix yazdığı məkanlarda indi Cavidin ideyaları təbliğ olunurdu. Kamran müəllim bir vaxtlar bu tarixi məkanlar haqqında qeyd edirdi ki, Cavidin dramaturgiyasında məkan ucsuz-bucaqsız dünyadır. Avrasiya məkanıdır. İran, Hindistan, Ərəbistan, Qafqaz Dərbənd, Nişapur, Səmərqənd, Buxara, bütövlükdə Türküstan, Bursa, İstanbul və Avropa! Çünki H.Cavidin qəhrəmanları ali həqiqət düşüncəsi ilə yaşayırlar. Ona görə də mübarizələrində ədalətli və ardıcıldırlar.
Konfranslarda iştirak edənlər dərin məzmunlu çıxışlardan sonra H.Cavid irsinə gec bələd olduqlarına görə təəssüf hissi keçirdiklərini DƏ etiraf edirdilər.
Əvəzolunmaz alim
Həyat sürprizlərlə bizi hər zaman təəccübləndirir. İnsan doğulur, öz missiyasını İlahinin ona vermiş olduğu mənəvi enerji ilə yerinə yetirir və gəldiyi Vətəninə, əbədiyyətə köç edir. Hər bir xalqın alimi, qələm adamı o xalqın milli-mənəvi sərvətidir. Alimin əbədi dünyaya səfərindən geriyə qalanlar isə xalqı, milləti üçün yazıb-yaratdıqları və yetişdirdiyi elmli nəsillərdir.
K.Əliyev dərin elmi biliklərini, əhatəli düşüncələrini sadə yolla çatdırmağın tərəfdarı idi. Həmişə: – "elmin şərh metodu planlı, anlaşıqlı olmalıdır. Elmi əsəri biz məcburən sevdirə bilmərik. Gələcək nəsillər bizdən daha praqmatik olduğu üçün ruhuna, elmi düşüncəsinə uyğun, müasir və faydalı əsərləri seçəcəklər" – deyirdi. Bu tövsiyələr onun tələbələrinə, elmi rəhbəri olduğu hər kəsə sözə və elmə sədaqətli olmağı aşılayırdı.
O, H.Cavidi yaradıcılığını müxtəlif aspektlərdən araşdıran əvəzolunmaz Cavidşünas idi. Masamın üstündə onun on cildliyi var. Vərəqləyirəm, bir daha əmin oluram ki, o, ədəbiyyatşünaslığımızda romantizm ədəbi cərəyanını, ədəbiyyatımızın müxtəlif tarixi mərhələlərini dərindən araşdırıb. Bu gün ədəbiyyatşünaslığımızın müxtəlif istiqamətlərində araşdırma aparan gənc alimlər çox haqlı olaraq Kamran müəllimin elmi əsərlərinə üz tuturlar.
Onun "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər" kitabı ədəbiyyat tariximizin ən görkəmli nümayəndələrinin fəaliyyətlərini gələcək nəsillərə çatdırır. M.Fətəlinin maarifçi realizmi, C.Məmmədquluzadə yaradıcılığı, eləcə də "Molla Nəsrəddin" satirik realizmi, H.Cavid və onun müasirlərinin ideya qayəsi kimi araşdırdığı məsələlər Kamran müəllimin elmi düşüncəsinin əhatəliliyinin göstəricisi idi. O, Azərbaycan ədəbiyyatında folklor qatının ədəbiyyatın gücünə güc qatmasını təsdiq edərək folklor və romantizm məsələlərini şərh edirdi. O, folklorşünaslıqda yeni elmi nəzəri istiqamətləri müəyyənləşdirdi.
Folklorda gizli qalan sirləri aça bilmək hər alimə nəsib olmur. Hərdən söhbətlərində K.Əliyev qeyd edirdi ki, folklorun yaşı və gücü, enerjisi insanlığın, dünyanın yaşı və gücü ilə ölçülür. Folklor xalqların əbədiyaşar enerjisinin mənbəyidir.
Düşünürəm ki, Kamran müəllimin folklorşünaslıq sahəsində qazandığı uğurların əsasında onun müdrik insan olması, xalqına, millətinə sonsuz məhəbbəti, ən əsası dərin savadı və ziyalılığı dururdu. İki il öncə onun "Kaspi nəşrləri” seriyasından 65 illik yubileyi münasibəti ilə hazırladığımız kitabı üçün "Açıq kitab – Dədə Qorqud" kitabı barədə "Dədə Qorqudun sirr verdiyi alim" adlı məqalə yazmışdım. Bəli, Dədə Qorqud hər alimə sirr verməzdi. Kamran müəllim bu tarixi, Ana kitabımızın Dədə qəhrəmanı ilə "söhbətləşə” bilmişdi. O, "Dədə Qorqud" dastanındakı toponimləri, rəngləri, say və rəqəmləri simvolik işarələri elmi şəkildə təhlil edərək bizə çox sirləri açdı. Gələcəkdə bu sahə ilə maraqlananlar mütləq həmin kitaba müraciət edəcəklər.
K.Əliyevin "Azərbaycanın müstəqilliyi ədəbiyyatşünas alimlər üçün yeni azad fikrin ifadə meydanına çevrildiyi bir tarixdir" – fikrində çox mənalar var. O, durmadan yazırdı. Xəstəliyə təslim olmaq istəmirdi. Ona görə də yazıb-yaradır, çoxcilidli əsərlərini nəşr etdirirdi. Hər kitabı işıq üzü görəndə mənə də imzalı göndərirdi.
Kamran müəllim həm də bədii yaradıcılıqla məşğul idi. Son dövrlərdə yazdığı romanı da xeyli maraqlı əsər idi.
Kamran müəllim təkcə elmi əsərləri deyil, bədii əsərləri idə oxucuları tərəfindən hər zaman sevilərək oxunacaq. Onun istər elmi, istərsə də bədii yaradıcılığı milli yaddaş fəlsəfəsini özündə ehtiva edir. Yaddaş İlahi nemətdir! Ondan məhrum olmaq diriykən ölüyə çevrilməkdir, manqurtlaşmaqdır.
Bu məqamda Akademik İsa Həbibbəylinin "Kamran Əliyev – 65" yubiley kitabında yer alan "Fərqli və fərdi siması olan ədəbiyyatşünaslıq" məqaləsindən bir fikri xatırlamaq istədim: "K.Əliyevin Azərbaycan ədəbiyyatşünaslıq elminin mənalı səhifələrinə çevrilmiş elmi əsərləri böyük ömrün bir dövrünün sanballı yekunu, qarşıdakı illərdə həllini tapacaq problemlərin möhkəm bünövrəsi olmaq mənasında mükəmməl başlanğıcdır".
Böyük şəxsiyyətlər ölmür, onların ömrü əbədiyyətə yol aldığı gündən yeni yaşam mərhələsinə keçir. Son əvvələ qayıdır. Qayıdır ki, əbədiyyətin öz mahiyyətinə insanları inandıra bilsin.
Sondan başlayan yeni ömrün mübarək, əziz ustad!
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM