İndoneziya saytı ermənilərin azərbaycanlı əsirlərə işgəncə verməsi barədə məqalə yayıb

09:15 / 07.01.2021

İndoneziyanın "matamatapolitik.com” saytı Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə verilən işgəncələr barədə böyük məqalə yayıb.


"Ermənistanda saxlanılan azərbaycanlı əsirlərin taleyi: barmaqları sındırmaqla verilən işgəncələr” adlı məqalədə əvvəlcə Dağlıq Qarabağdakı, Azərbaycan Ordusunun qələbəsindən sonra isə Ermənistandakı həbsxanada saxlanılan Dilqəm Əsgərovun "Əl Cəzirə” qəzetinə müsahibəsi əsasında ona verilən işgəncələr barədə ətraflı məlumat öz əksini tapıb.


Yazıda altı il erməni əsirliyində qalan D.Əsgərovun barmaqlarının sındırılması və elektrik enerjisi vasitəsilə ona işgəncə verilməsi barədə etirafları geniş yer alıb.


Məqalədə Kəlbəcər rayonunda dünyaya gələn Dilqəm Əsgərovun ermənilər tərəfindən əsir götürülməsi barədə ətraflı məlumat öz əksini tapıb. Qeyd edilib ki, onun anası 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilən Kəlbəcər rayonunda dəfn edilib. Doğma torpaqlarda yaşadığı zamanı daim anasının qəbrini ziyarət edən D.Əsgərov işğaldan sonra həmin əraziyə gedə bilməyib.


Anasının və digər qohumlarının qəbirlərini ziyarət etməkdə israrlı olan D.Əsgərov və digər yoldaşları təhlükəyə baxmayaraq, doğma kəndə keçməyə nail olublar. Hazırda 60 yaşı olan Dilqəm 2014-cü ilədək bu səfərlər zamanı zərər çəkməyib. Həmin ilin iyulunda Kəlbəcər rayonuna keçən Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən ələ keçirilib. Onlarla birlikdə olan üçüncü azərbaycanlı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.


Bildirilir ki, həbs olunarkən D.Əsgərovun Rusiya vətəndaşı olması belə onun köməyinə çatmayıb. Həmin üç nəfəri kəşfiyyat məlumatları toplamaqda ittiham edən Ermənistanın rəsmi şəxsləri onları cəbhə xəttini qeyri-qanuni keçməkdə və 17 yaşlı yerli sakini öldürməkdə təqsirli elan ediblər. Lakin azərbaycanlı əsirlər bu ittihamları heç vaxt qəbul etməyiblər.


Məqalədə qeyd edilir ki, D.Əsgərov "Əl-Cəzirə" qəzeti müxbirinin suallarını telefon vasitəsilə Azərbaycan Ordusunun Ermənistandan geri alınmış Kəlbəcərdəki evindən cavablandırıb. D.Əsgərov və Ş.Quliyev tərəflər arasında əldə edilən razılaşmaya əsasən ötən ilin dekabrında evlərinə dönüblər.


Bildirilir ki, 2014-cü ilin iyulunda həbs olunan D.Əsgərov və Ş.Quliyev Xankəndidəki həbsxanada saxlanıblar. D.Əsgərovu ilk dəfə heç bir beynəlxalq qurum tərəfindən tanınmayan Dağlıq Qarabağ məhkəməsinə gözübağlı şəkildə çıxarıblar. Həmin vaxt o, normal şəkildə yerisə də, ikinci dəfə keçirilən məhkəmə iclasında axsayırmış və bu ona işgəncə verildiyini təsdiq edir.


Məqalədə vurğulanır ki, beynəlxalq hüququn tanımadığı Dağlıq Qarabağ məhkəməsi casusluqda və adam öldürməkdə təqsirli bilinən D.Əsgərov haqqında ömürlük, Ş.Quliyev haqqında isə 22 il azadlıqdan məhrumetmə qərarı çıxarıb.


Onların hər ikisi israrla günahsız olduqlarını bəyan ediblər.


Yazıda D.Əsgərova istinadla bildirilir ki, həbsxanaya gətirilərkən onun barmaqlarını sındırıblar.


Məqalədə D.Əsgərovun Qırmızı Xaç Cəmiyyəti tərəfindən ona bağışlanan radioqəbuledici vasitəsilə Azərbaycan, cəbhədəki vəziyyət barədə xəbərləri böyük həyəcanla dinləməsi barədə məlumata da yer verilib. Qeyd edilib ki, ötən ilin sentyabrında Azərbaycan ordusunun əks-hücuma keçərək işğal altında olan torpaqları azad etməsi barədə xəbərləri də o bu radioqəbuledici vasitəsilə dinləyib.


Yazıda bildirilir ki, Azərbaycan Ordusunun torpaqları azad edərək Şuşaya yaxınlaşmasından qorxuya düşən ermənilər onları buradakı həbsxanadan çıxararaq Ermənistana aparıblar. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında atəşkəs barədə imzalanan razılaşmadan sonra digər əsirlərlə yanaşı, D.Əsgərov və Ş.Quliyev də azad edilərək Azərbaycana təhvil veriliblər. (AZƏRTAC)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM