Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəyi qoyub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi ərazidə - rayonun mərkəzi meydanında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
İsmayıllıya səfəri çərçivəsində prezident İlham Əliyev rayon mərkəzi xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verib.
Əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Həkim Gülər Babayeva səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdırıb.
Dövlət başçısı bu günlərdə 20 illiyi qeyd edilən “Əsrin müqaviləsi”ndən başlayan inkişaf tempinin ölkənin bütün regionları kimi, İsmayıllının tərəqqisində də həlledici rolundan danışıb. Prezident İlham Əliyev səhiyyə xidmətinin yüksək səviyyədə təşkili üçün gözəl imkanlar yaradıldığını vurğulayıb və bu imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Prezident İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısına rayonda aparılan abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Prezident İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib. Daha sonra İlham Əliyev İsmayıllıda ümumi ərazisi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub.
İsmayıllı rayonuna səfərini başa çatdıran İlham Əliyev Qəbələyə gedib.Dövlət başçısı Qəbələdə bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Əvvəlcə prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə məlumat verib.
Sonra İlham Əliyev “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışında iştirak edib. Otellə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov prezident İlham Əliyevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Qəbələyə səfəri çərçivəsində prezident İlham Əliyev Gilan-Qida şəhərciyinə gedib. Dövlət başçısına məlumat verilibi ki, Gilan-Qida şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub. Sonra İlham Əliyev “Gilan Holdinq”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb.
Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki N saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxıb.
Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak edib. Daha sonra dövlət başçısı Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib. AMEA-nın müxbir üzvü və Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri İlyas Babayev prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM