Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu "beyin mərkəzləri”ndən biri – "Atlantik Şurası” ("Atlantic Council”) Ermənistan-Azərbaycan müharibəsinin yekunlarına və münaqişədən sonrakı dövrdə regional əməkdaşlığın perspektivlərinə həsr edilmiş onlayn-seminar keçirib.
Moderatoru "Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.
Hikmət Hacıyev deyib ki, Ermənistan ilə Azərbaycan arasında 44 günlük müharibə nəticəsində Yerevanın son 26 ildə sui-istifadə etdiyi qondarma "status-kvo” ləğv edilib və bundan sonra Cənubi Qafqazda qarşıdurma əməkdaşlığa və regional inteqrasiyaya transformasiya olunmalıdır. Prezidentin köməkçisi 2020-ci ilin sentyabr ayında hərbi əməliyyatlara hansı tərəfin başlaması barədə suala cavab verərək qeyd edib ki, sonuncu silahlı münaqişənin səbəblərini aydınlaşdırmaq üçün müharibəyə gətirib çıxarmış şəraiti nəzərdən keçirmək lazımdır. Ermənistan və Azərbaycan liderlərinin Düşənbədəki görüşündən sonra Prezident İlham Əliyev xoş məram nümayiş etdirərək Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsini Ermənistanda sabitlik yaradılandan sonra nizamlamaq məsələsinə qayıtmasına icazə verib, lakin Ermənistanın baş naziri bu xoş münasibətdən sui-istifadə edib və sonradan millətçi bəyanatlarla çıxış etməyə başlayıb, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərinin gedişində "Arsax” (Qarabağ - AZƏRTAC) Ermənistandır və nöqtə” deyib. Paşinyanın bu cür absurd bəyanatlarından əlavə, Ermənistanın müdafiə naziri Tonoyan ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın "yeni ərazilər uğrunda yeni müharibə” doktrinasını bəyan edib. Bütün bu bəyanatlar, üstəlik ötən ilin iyul ayında Tovuz rayonunda erməni tərəfinin silahlı təxribatları, Azərbaycanın mülki obyektlərinin və Azərbaycan Ordusunun mövqelərinin sentyabr ayında məqsədyönlü şəkildə artilleriya atəşinə tutulması Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək məqsədilə bütün cəbhə boyu əks-hücumuna gətirib çıxardı.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin silahlı fazasında Azərbaycan dəfələrlə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib, bu şərtlə ki, Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması qrafikini dərhal təqdim etsin. Lakin belə olmadı və nəhayət, noyabr ayında Şuşa şəhəri və Azərbaycanın digər əraziləri azad ediləndən sonra Ermənistan Bakının şərtlərini qəbul etməyə məcbur oldu.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan RF sülhməramlı kontingenti ilə "açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri "öz işini peşəkar səviyyədə yerinə yetirir”. Azərbaycan Prezidentinin köməkçisi erməni hərbi əsirləri barədə sualın cavabında bəyan edib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər. Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb.
Prezidentin köməkçisi seminarın erməni iştirakçılarına xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlı hələ də itkin düşmüş hesab edilir və Ermənistan bu şəxslər barədə məlumat təqdim etməlidir.
Onlayn-seminarın gedişində Hikmət Hacıyev auditoriyaya münaqişənin başlanması barədə, o cümlədən keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən təşkil olunmuş və etnik erməni Eduard Qriqoryan kimi cinayətkarlar tərəfindən icra edilmiş Sumqayıt hadisələri barədə də məlumat təqdim edib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və həmin ərazilərdə yenidənqurma, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması planı da müzakirə edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar.
Hikmət Hacıyev münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun rolu barədə suala cavab verərək deyib ki, Minsk qrupu iki tərəf arasında etimadın möhkəmlənməsi tədbirlərinin müəyyən olunmasına kömək edə bilər.
Azərbaycan Prezidentinin köməkçisi sonda bəyan edib ki, Amerika şirkətləri Azərbaycanın Qarabağ regionunun infrastrukturunun bərpasına investisiyalar qoymaq və bu işlərdə iştirak etmək yolu ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və regional inteqrasiyaya öz töhfələrini verə bilər. (AZƏRTAC)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM