DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı

17:18 / 27.01.2021

Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanı verəcək namizədlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilmişdir və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir. Həmin Qaydaya görə, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı DİM tərəfindən keçirilir.

Qaydaya əsasən, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı AAK ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Elmin inkişaf istiqamətlərini nəzərə alaraq, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanmasının tənzimlənməsi və səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə təkliflər vermək hüququna malik dövlət orqanı olan AAK-ın təklifi ilə xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün keçid balı 35 bal, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyən olunmuşdur.

Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş iddiaçılara AAK-ın müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir. İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir. Bu halda iddiaçının təkrar imtahan verməsinə altı aydan tez olmamaq şərtilə icazə verilir.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın 3.2-ci bəndi ilə nəzərdə tutulan qaydada müəyyən edilən keçid balını (yəni 35 bal və ya daha yüksək) toplayaraq doktoranturaya qəbul olmuş iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Beləliklə, doktoranturaya xarici dil üzrə qəbul imtahanı verən namizədlərdən və fəlsəfə doktoru iddiaçılarından DİM-ə daxil olan sorğulara cavab olaraq bildiririk ki, AAK-la razılaşdırılmaqla xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün 25 bal müəyyənləşdirilmişdir.

Xatırladırıq ki, həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur.

Doktoranturaya DİM tərəfindən keçirilən xarici dil üzrə qəbul imtahanında 25 və daha yüksək bal toplayanlar həmin imtahandan keçmiş sayılır və fəlsəfə fənni üzrə qəbul imtahanına buraxılırlar, lakin doktoranturaya qəbul olan şəxslərdən xarici dil imtahanında yalnız 35 bal və ya daha yüksək nəticə göstərənlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Məlum olduğu kimi, DİM 2021-ci il yanvarın 26-dan fevralın 7-dək iddiaçıların xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan etmişdir. Doktoranturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat isə 2020-ci ilin oktyabr-noyabr aylarında aparılmışdır. Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının 2021-ci il fevralın 14-də, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə fevralın 15-də keçirilməsi nəzərdə tutulur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM