Dəyərlər mövzusunda beynəlxalq konfrans keçirilib

09:56 / 01.03.2021

 

Fevralın 27-si Şərq-Qərb Qadın İnkişaf Mərkəzi İctimai Birliyi, AMEA  Fəlsəfə və Sosiologiya İnstitutu Müasir Fəlsəfə Problemləri şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə «Mənəvi dəyərlərin milli və ümumbəşəri səciyyəsi: epistemoloji problemlər» mövzusunda zoom platforması üzərindən beynəlxalq videokonfrans keçirilib. «Dəyərlər: milli və bəşəri aspektlər» adlı layihənin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov videokonfransı açaraq layihə haqda məlumat verib, bu layihə çərçivəsində çap olunan «Etika, Estetika, Aksiologiya: epistemoloji problemlər» kollektiv monoqrafiyasını təqdim edib. O qeyd edib ki, kitabda Azərbaycandan olan alimlərlə yanaşı 8 ölkədən, o cümlədən, Qazaxıstan, Özbəkistan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Almaniya və ABŞ-dan olan müəlliflərin məqalələri çap olunub.

Şərq-Qərb Qadın İnkişaf Mərkəzinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli layihəni həyata keçirməkdə göstərdiyi maddi və mənəvi köməyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edib, sosial problemlərin etik aspekinə diqqət çəkib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov konfrans mövzusunun aktuallığından, ənənəvi və modern cəmiyyətlər arasında bilik, informasiya mübadiləsinin xüsusiyyətllərindən, eləcə də sosial institutların səmərəli fəaliyyəti üçün elmi-tədqiqat xarakterli biliklərdən istifadənin zərurətindən danışıb.

Konfransda çıxış edən ekspert- fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rauf Məmmədov mənəvi və sosial dəyərləri fərqləndirib, tarixən dəyərlərin formalaşmasının, onların anlaşılmasının müxtəlif aspektlərini işıqlandırıb.

Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin eksperti  Aynur Veysəlova-Abbasova maddi-texniki inkişaf fonunda müasir dünyada artan sosial problemlərdən söz açıb, mənəvi dəyərlərin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq videokonfransda fəlsəfə elmləri doktoru, professor Əli Abasov «Postqeyri-klassik dövrün etika və estetikası» (Azərbaycan), fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov «Postneoklassik praksiologiya və aksiologiya zərurəti» (Azərbaycan), fəlsəfə elmləri doktoru, professor Nigina Şermuhamedova «Epistemoloji biliyin  təkamülü» (Özbəkistan), fəlsəfə elmləri doktoru, professor Mustafa Bilalov «Avrasiya sivilizasiyasının aksioloji əsaslarında Şərq-Qərb dilemması» (Rusiya), fəlsəfə elmləri doktoru, professor Tursun Qabitov «Qazax xalqının etika universaliləri və əxlaqi dəyərləri» (Qazaxıstan), sənətşünaslıq elmləri doktoru, professor Sevil Fərhadova «Kainatın əbədi musiqisi: orqan və muğam» (Azərbaycan), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Teymur Tağıyev «Ölüm- mütləq hipersinqulyarlıq kimi» (Azərbaycan),  fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli «Azərbaycan türk mentallığı və milli-mənəvi dəyərlər probleminə tarixi-fəlsəfi baxış» (Azərbaycan), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev «Şərqşünaslıq baxış və dəyərlərini formalaşdırmış bəzi mifologemlərə münasibət» (Azərbaycan), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov «Qloballaşma şəraitində sosial-mədəni dəyərlərin transformasiyası» (Azərbaycan) və doktorant Fəridə Bağırova «Gender tədiqatlarında mənəvi dəyərlər problemi» (Azərbaycan) mövzularında çıxış etmişlər.

Konfrans öz işini qarşılıqlı müzakirələr şəklində davam etdirmiş, region ölkələrinin birgə araşdırma mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM