İstanbulda bir gecəsi 100 dollara olan azərbaycanlı qadın

09:59 / 24.09.2014

Əfsələddin Ağalarov

İstanbulda bir gecəsi 100 dollara olan azərbaycanlı qadın

Qadınlığını unudan o qadınla bir yerdə bir neçə saat yol getdim. “Boğaz”ı, “Kız kulesi”ni, “Taksim”i , “Sultan Ahmed”i görmək üçün alışıb-yanan və artıq öz alçalan qadınlığını ucuz içki məclislərində 100 dollara satmağa hazırlaşan həmin qadınla. İlk baxışdan mənə elə gəlirdi ki, bədəninin bütün gözəlliyini türk kişilərinə göstərmək üçün dəridən-qabıqdan çıxan o qadının İstanbula ayaq basdıqdan sonra ilk işi seriallardakı həmin yaraşıqlı aktyorların prototipini tapmaq olacaqdı. Amma, deyəsən, onun məqsədi tamam başqa idi.

Elə Bakıda - hava limanında ilk gözümə sataşan kimi gözlərim dəqiqəbədəqiqə onu izləyirdi.

İlk dəfə hava limanında hamı kimi sıraya düzülən zaman göz-gözə gəlmişdik onunla. Cılız bədəni ilə heç də cəlbedici görümürdü kənardan. Saralmış dişlərindən hər gün bir qutudan çox siqaret çəkdiyi dərhal anlaşılırdı. Bütün imkanlarını sanki bədəninin cazibədarlığını ortaya qoymaq üçün xərcləmişdi. Sarı saçlarını arxadan yığmış, qısa ətəyini geyinmiş və aşırı makiyajı ilə elə ilk baxışda özü haqqında təəssürat yaratmışdı ətrafdakılara. Dərin sinə dekoltesi isə tamamilə ürəyincə idi.

Elə hey ora-bura vurnuxur, təyyarənin qalxacağı saatı səbirsizliklə gözləyirdi. Sanki kimsə onun arxasınca qaçıb təyyarədən endirəcək və əlindən gözlədiyi azadlığını alacaqmış kimi. Heç kəsə baxmamağa çalışırdı. Xüsusilə də, əks cinsin nümayəndələrinə. Amma hava limanında təyyarəyə minəcəyi anı gözləyən həmcinslərinin tənqidedici baxışlarına daha çox məruz qalırdı. Qadınların ona olan baxışları kişilərin baxışlarından daha çox narahat edirdi onu. Sanki əlində imkan olsa elə həmin an oturduğu oturacağın üstünə qalxar və ona gözləri ilə “fahişə” deyən qadınların gözünə baxıb “fahişə özünüzsüz” deyə qışqırmaq istəyirdi. Amma rəqiblərinin sayının çoxluğu onun qəlbində qorxu yaradırdı.

İstanbul sərnişinlərindən olan orta yaşlı bir qadın ərinin bu cılız, amma hər bir kişini yoldan çıxarmaq iqtidarında olan qadına baxdığını görüb tədirginliyini gizlədə bilmədi. O, qarnı qabağa doğru əyilən balacaboy dazbaş həyat yoldaşının hər an rəqibi ola biləcək qadına baxdığını görən kimi kişinin sol qolunu möhkəmcə çimdiklədi. Kişi gözləmədiyi bu hücumdan sonra yerindən durub arvadının gözünə tərs-tərs baxdı. Ancaq dazbaş kişi evli bir kişinin arvadı yanında ola-ola başqa bir qadına baxmasının səhv olduğunu başa düşürdü. O, haqsız olduğunu anlayıb arvadının bu həmləsi qarşısında kirimişcə yerinə oturdu. Və həmin an üçün bütün imkanlarını bir də o qadına baxmamağa sərf etdi.

Bu qadın İstanbula oxumağa gedən universitet tələbələrinin də diqqətindən kənarda qalmamışdı. Hələ bığ yeri təzəcə tərləyən, dodağının altında bir barmaqlıq saqqal saxlayan tələbələr də şəhvət hisslərini bu qadının yanında boğa bilmirdilər. Əyninə geyindiyi dar köynəklə bütün əzələlərini nümayiş etdirməyə can atan həmin tələbələrdən biri qadının gözü qarşısında nə qədər güclü olduğunu nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırdı. Tək istəyi bu qadınla tanış olmaq, onun nömrəsini öyrənmək və İstanbulda kişilik ehtiyaclarını havayı ödəmək idi. Oğlanın bütün bu hərəkətləri isə qadının vecinə də deyildi.

Bir neçə saat sonra biz artıq İstanbulda idik. Kimiləri üçün xəyalların şəhəri, kimiləri üçün azadlıqların şəhəri, kimiləri üçün isə əvəzolunmaz gəlir mənbəyi. Bir sözlə, 16 milyon insanı qoynuna alan həmin şəhərə qədəmlərimizi qoyduq.

Təyyarə İstanbula endikdən sonra çantaları götürmək üçün sıramı gözlədiyim zaman yenə həmin qadın gözümə dəydi. Bakıdakından fərqli olaraq bu dəfə üzü gülürdü. Çamadanlarını aldıqdan sonra o məndə olimpiya oyunlarından bir gün qabaq azadlıq məşəlini əlinə alıb dairəvi stadionun ətafında qaçan idmançıları xatırlatdı. Səbirsizliyi üzündən görünürdü. Ona elə gəlirdi ki, sonsuzluğa qədər azadlıq şərbətininin ləzzətini damağında hiss edəcək.

Amma fərqli bir azadlığı yox idi onun da.

İstanbula ayaq basdıqdan bir neçə gün sonra dostlardan birinin göstərdiyi şəkil onun azadlığının hara qədər olduğunu mənə göstərdi. Elə həmin qadının rəsmini qürbətə getdikdən bir neçə gün sonra “İnstagram”da gördüm. Bu dəfə cılız bədənini örtmək üçün əynində heç bir libas yox idi. Anadangəlmə necə var, elə də poz vermişdi telefonun fotokamerasına. Bir xeyli lüt bədəni ilə “selfi” də çəkdirmişdi. Nömrəsini altına “Her tür hizmet gösteriyorum” deyə, bir mesaj da qeyd etmişdi.

Deməli, biz yanılmadıq. Nə mən yanıldım, nə balacaboy-dazbaş kişinin arvadı, nə də İstanbula oxumağa gələn, dar köynəkdə bütün əzələsini nümayiş etdirməyə çalışan həmin tələbə. Deməli, biz hamımız düz gözlə baxmışıq ona. Bir gecəsi 100 dollara olan azərbaycanlı fahişə kimi.../azxeber/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM