Rumıniya televiziyasının efirində Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və perspektivləri müzakirə olunub

10:05 / 24.09.2014

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının qorunmasının təmin olunması” mövzusunda Moldova Respublikasının paytaxtında beynəlxalq konfrans keçirilib. Moldova Respublikasının “İctimai Palata” adlı qeyri-hökumət təşkilatı tərəfindən və Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun himayəsi ilə keçirilmiş tədbir böyük ictimai-siyasi diqqətə səbəb olub.
Bu konfransın böyük beynəlxalq marağını nəzərə alaraq, "Realitatea" Rumıniya televiziyasının Kişinyov bürosu"Təmiz söhbət" verilişin efirinə bu konfransda iştirak edən üç eksperti dəvət edib - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovu, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulianı və beynəlxalq münasibətlər sahəsində İsrail eksperti, Haifa Universitetin doktorantı Arye Qut. "Təmiz söhbət" veriliş çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və perspektivləri müzakirə olunub. Ekspertlər müasir beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinin nisbəti məsələlərini müzakirə ediblər. 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov müzakirə olunan problemlə bağlı çıxışında aşağıdakı elmi və siyasi mühakimələrini irəli sürdü:" Serj Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur" – professor Nəsirov qeyd etdi
Elman Nəsirovun sözlərinə görə Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. "Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa Serj Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməmişdir. Xüsusilə də Ukrayna böhranı fonunda Rusiya ilə Qərbin münasibətlərinin son dərəcə korlanması, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə də öz mənfi təsirini göstərir"- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru söylədi.
Politoloqun fikrincə, BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir. "Azərbaycanın mükəmməl informasiya təhlükəsizliyinə malik olması, iqtisadi-hərbi potensialı, demoqrafik üstünlüyü və möhkəm beynəlxalq mövqeləri qarşısında ya Serj Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edərlər" –Elman Nasirov söylədi.
Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia Gürcüstanın və Azərbaycanın müstəqillik tarixlərindən, strateji tərəfdaş ölkələr kimi üzləşdikləri müxtəlif problemlərdən, Gürcüstan və Azərbaycanın 20% torpaqlarının işğal olunmasından, ölkələrin dövlətçiliyinin qorunub saxlanılmasından, hərbi gücünün getdikcə inkişaf etməsindən, hər iki ölkənin ərazisindən ən böyük beynəlxalq layihələrin keçməsindən və əldə olunan uğurlardan söhbət açıb. Professor Marxulia qeyd edib ki, müəyyən zaman çərçivəsində Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılacaq və ərazi bütövlüyü təmin olunacaq.
Beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Qut təəssüf hissi ilə bildirmişdir ki, son 20 ildə BMT Nizamnaməsinin prinsipləri və normaları real təcrübədə nəzəriyyəyə çevrilib. "Vaxtı ilə Amerika diplomatı Henri Morgentau demişdir ki, məhz hərbi güc dövlətin siyasi qüdrətini təmin edən ən mühüm amildir. 
" Bu gün bu reallıqdır ki ölkələr özünü müdafiə etməyi bacarmalıdır. Bunu İsrail Dövlətinin timsalında görmək olar. Eyni zamanda Cənubi Qafqazın timsalında da görmək olar. Bu gün Ermənistan Cənubi Qafqazın ən asılı ölkəsidir, bu ölkənin heç bir inkişaf vektoru yoxdur. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Ölkənin büdcəsi boşdur. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (onun özəl transfertləri ildə təxminən 2 milyard dollara bərabərdir) və ABŞ Konqresinin sponsor köməyidir. Ölkədə ağır siyasi-iqtisadi vəziyyət üzündən adamlar Ermənistanı tərk edir. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı tarixi iddiaları bu ölkəni tam maliyyə kollapsına və regionda təcrid olunma vəziyyətinə gətirib çıxarıb. Digər tərəfdən, Azərbaycan Respublikası qüdrətli və güclü geosiyasi potensiala malik olan ölkə kimi, öz hərbi potensialını və gücünü gündən-günə artırır. Özünü müdafiə edə bilən dövlət, regionda xüsusi geosiyasi çəkisi olan güclü dövlət, istənilən zaman öz ərazi bütövlüyünü qoruya biləcək. Erməni xalqı öz müqəddəratını bir dəfə təyin edib və Cənubi Qafqazda öz dövlətini yaradıb. İkinci erməni dövlətinin regionda yaranması mümkün deyil. Bu məntiqlə ermənilər Krasnodarda və ya Los-Ancelesdə öz müqəddəratını təyin etməlidirlər. Maraqlıdır nə üçün orada ermənilər bunu etmirlər"? - deyə Arye Qut soruşur.
Qutun fikrincə, Qərb ölkələri və ABŞ, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi separatizmdən əziyyət çəkən bu ölkələrə lazımi və önəmli diqqətini göstərməlidir. "Yuxarıda qeyd etdiyim ölkələrdən yalnız Azərbaycan Respublikası kifayət qədər səmərəli, çox vektorlu xarici siyasət aparır. Azərbaycan silahlı qüvvələri quruculuğunda və hərbi sənaye quruculuğu sahəsində böyük uğurlar əldə edilib. Bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsini 50% üstələyir. Bu bir faktdır ki, Azərbaycan diplomatiyası danışıqlar prosesində iştirak edir, fəqət bu proses gec və ya tez bitməlidir. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tədricən əriyir. Məhz ona görə ki, tamamilə aydındır, rəsmi Bakı regionda mövcud olan status kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistan dərk etməlidir ki, Azərbaycanın səbri tükənmək üzrədir. Rəsmi Bakı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi üçün özünümüdafiə üçün deyil, həm də beynəlxalq hüquq normalarına əsasən azad etmək hüququna malikdir"- Arye Qut qeyd edib.
İsrailli ekspert vurğulayıb ki, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz və qeyd-şərtsiz lideridir. “ İqtisadi inkişafın sürəti baxımından Azərbaycan dünyada lider dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxu Azərbaycanın payına düşür. On il ərzində ölkəyə 100 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycan sübut edib ki, o, regionun lider dövləti kimi tam bərqərar olub, onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihə həyata keçirilə bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi rolunun güclənməsi ilk öncə rəsmi Bakının qlobal enerji təhlükəsizliyi sistemində rolunun möhkəmləndirilməsi ilə bağlıdır. Bu tarixi faktdır ki, güclü geosiyasi layihə olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı dünya bazarında Azərbaycanı önəmli və təsir edən ölkəyə çevirdi" - israilli ekspert bildirib./Piar.Az/
 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM