İŞİD-i hələ belə ələ salan olmamışdı - VİDEO

14:30 / 24.09.2014


Tam əksinə, Fələstində İŞİD-i ələ salır, lağa qoyurlar.
 
Bu terror təşkilatının qanlı əməllərini törədənlərin iç üzlərini göstərən, maskalarını yırtan satira internetdə sürətlə yayılır.
 
Milli.Az Memri TV-yə istinadən bildirir ki, Fələstinin Qəzza bölgəsindəki Al Falastiniya TV telekanalında "İŞİD-in idiotları" adlı videosatira çəkilib.
 
Video İŞİD-in Suriyada yollardan birini kəsmiş 3 üzvünün "macəra"larından bəhs edir. Yolu kəsərək gəlib-gedənləri "yoxlayan" İŞİD mənsublarının ilk "qurban"ı peyda olur.
 
Bu zaman terrorçulardan biri deyir: "Ya Əbu Hüzeyfa, üzümü qara şalla ört! Başıma bağlama, gicbəsər! Üzümü ört! Başıma bağlama, mən sənə qadın deyiləm! Yaxşı, əl çək! Rədd elə o şalı! Aha, dur! Deyəsən, bir kafir gəlir! Qorxutma!"
Maşını saxlayan şəxs avtomobildən düşür və terrorçulara yaxınlaşır.
 
Terrorçulardan biri soruşur:
 
- Haralısan?
- Livanlı. Beyrutda yaşayıram.
- Müğənni Rami Ayaşı tanıyırsan?
- Yox. Mən televizora baxmıram. Televizor haramdır. Mən möminəm, namaz qılıram. Hə...
- Hm... Sən Əl Cümeyzə küçəsində yaşayırsan?
- Yox, Əl Həmra küçəsindənəm.
- Əbü Hüzeyfəni tanıyırsan?! Mən İŞİD-ə qatılanda o, İŞİD-dən evə qayıtmışdı. Əla oğlandır. Onu arabir Əl Cümeyzə küçəsində əylənəndə görürlər. Onunla Əl Cümeyzədə günlərimiz olub...
- Əl Həmra da pis deyil.
- Yox bir! Əl Həmradakılar hamısı geridə qalmış insanlardır. Nə isə... De görüm, Fəcr duasında neçə rükət var?
- İki və iki, cəmi dörd.
- Harada namaz qılırsan?
- Məhəlləmizdəki məsciddə.
- Kafir! Sən o gün məsciddə namaz qılanda iki rükəti unudubsan! Al gəldi! Murdar, axı sən iki rükəti necə unuda bilərsən?!
 
Bunu deyən saqqallı İŞİD-çi "qurban"ını şillələyir, təpikləyir və aparır güllələməyə. Kadr arxasından güllə səsi gəlir.
İŞİD-çilər yenə pusquya durub yoldan keçənləri gözləyirlər.
Bu zaman ağ köynəkli şəxs onlara yaxınlaşır.
İŞİD-çilər sevincək onun qarşısını kəsirlər:
 
- Aha, yaramaz! Dur. Əbu Quta, gördün bunu, necə qorxdu?! Ha-ha! Kafir, de görüm, Əl Buxarinin "Hədislər" kitabında neçə "A" hərfi var?!
- Uşaqlar, yaxşısı budur, məni güllələyin.
- Əla! Güllələyək səni.
- Təşəkkür edirəm, uşaqlar!
 
Yenə kadr arxasından güllə səsi gəlir.
İŞİD-çilər bu dəfə ortaboy, çəlimsiz, dazbaş birini saxlayırlar:
 
- Dur, bir dənəm, ürəyimin tacı! Kimsən sən?
- İordaniyadanam.
- İordaniyadan?
- Hə, İordaniyadan.
- Yəni iordaniyalısan?
- Hə də, iordaniyalıyam.
- Pah! Doğrudan iordaniyalısan, yoxsa elə-belə iordaniyalısan?
- Əl çəkin də! Dedim axı, iordaniyalıyam!
- Adın nədir?
- Xoxa ("xoxa" ərəb dilində "şaftalı" deməkdir)
- Xoxa?
- Hi-hi! İordaniyalılar adətən "Qartal", "Qırğı", "Şahin" olurlar. Sənsə şaftalısan. Hi-hi!
- Xoxayam mən! Xoxa!!!
- Yaxşı, şəxsiyyət vəsiqəni göstər.
- Ala, bax! Xoxa yazılıb.
- Olmaya müsəlman deyilsən, xristiansan?
- Hə, xristianam!
- Paho! Əla. Səni mən öldürəcəyəm.
 
İki İŞİD-çi arasında mübahisə başlanır:
 
- Xeyir ola, Əbu Qütata? Niyə sən? Onu mən öldürmək istəyirəm. Sən bu gün artıq 4 nəfəri güllələyibsən.
- Ya Əbu Hüzeyfa, deyim də sənə "niyə". Bu xristianı öldürməyə görə savabı mən qazanacağam.
- Xeyir ola, niyə mən savab qazanmamalıyam ki?!
- Mən iki nəfəri güllələmişəm bu gün. Sənsə artıq 4 nəfərə görə cənnətdə 20 hurini qazanıbsan.
- Yalandır. Mən cəmi bir nəfəri öldürdüm, Əbu Qütata!
- Bu xristiana görə 20 huri mənə çatacaq, vəssalam!
 
Mübahisəyə Xoxa qarışır:
 
- Uşaqlar, mübahisə etməyin! Biriniz mənə bir güllə vurun, sonra o biriniz də bir güllə. Beləcə, ikiniz də savab qazanın, yox?!
- Olmaz, Şaftalı! Savab və hurilər mənimdir!
- Ay sən öləsən, Əbu Qütata! Savabla hurilər mənə çatacaq!
- Özün öləsən, ya Əbu Hüzeyfa! Səni İŞİD-ə kimin gətirdiyini unutma!
- Uşaqlar, mübahisə etməyin. İkiniz də vurun...
- Sən mumla, Şaftalı! O vurmayacaq. Vursa, bu gün 5 adam öldürmüş olacaq.
 
İki İŞİD-çinin mübahisəsindən qorxan Xoxanın ürəyi yatır və o, ölür.
Əbu Qütata yerə sərilmiş Xoxanı qucaqlayır, ağlayır, yalvarır:
 
- Şaftalı, ölmə! Dur, sənə bircə güllə vurum, öl, sonra yıxılıb istədiyin kimi ölərsən! Məni hurilərdən məhrum etmə, Şaftalı, canım-gözüm! Dur ayağa! Mən 90 hurimi gözləyirəm, qardaşım Xoxa! İki gözüm, dur!
 
Videonun sonunda Əbu Qütata yolda bir yeniyetməni saxlayır:
- Dayan! Kimsən, haradansan?
- İsraildən.
- İsrail?
- Hə.
- Xoş gəlibsən, buyur!
- Təşəkkür edirəm.
 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM