Ekspertlər təsdiqləyir: “Kompüter tomoqrafiyası xərçəngə səbəb olur”

16:36 / 24.09.2014

Adil Qeybulla: “Rentgen şüaları uzun müddət təsir etdikdə xərçəng şişi yarada bilər”

Böyük Britaniya alimlərinin araşdırmaları  kompüter tomoqrafiyasının xərçəng xəstəliyinə səbəb olduğunu aşkara çıxarıb. Bütün dünyaya SOS mesajı verən mütəxəssislər tomoqrafiya testi zamanı  insan bədəninə normal rentgendən 100 dəfələrlə artıq radiasiya verildiyini aşkar ediblər. 
 
Bundan sonra İngiltərənin Səhiyyə Nazirliyi sağlam adamların bədənlərini tomoqrafiya etmələrinə qadağan qoyub. Nazirliyin mütəxəssislərinin rəyinə görə, bu zaman bədənin məruz qaldığı radiasiya Xirosimaya atılan atom bombasın partlayışından qurtulan insanlarda olan qədərdir.
 
Türkiyəli professor  Ahmet Rasim Küçükusta da xəstəyə saysız miqdarda şüa verilməsinin xərçəng xəstəliyinə səbəb olduğunu vurğulayıb:
 “Bunlar bədəndə qalıcı olduğu üçün məhv edilə bilməz. Heç bir şikayəti olmayan adamın tomoqrafiya edilməsi doğru deyil. Həmin şüanın təsirləri 30-40 il sonra üzə çıxır”.
 
Qeyd edək ki, alimlər kiçik yaşlarda olan uşaqların və hamilə qadınların radiasiyaya daha həssas olduğunu və belə dövrlərdə tomoqrafiyadan uzaq durmağı tövsiyə edirlər. 
Qeyd edək ki, bu məsələ uzun illər dünya tibb ekspertlərinin müzakirə mövzusu olub. Rentgen şüalarının və bundan daha çox istifadə olunan kompüter tomoqrafiyasının xərçəng xəstəliyinə səbəb ola biləcəyi dəfələrə təsdiqlənsə də, alternativ müayinə üsulu olmadığından tibbdə bu üsuldan istifadə olunur. 
 

Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, rentgen şüaları dəriyə nüfuz etdiyinə görə, ionlaşdırıcı şüalar qrupuna aid olduğu üçün hüceyrələrdə mutasiya yarada bilirlər, xərçəng şişi törətmə ehtimalı var: “Kompüter tomoqrafiyası zamanı rentgen şüaları nisbətən daha çox miqdarda istifadə olunur. Çəkilən şəkillər kompüter rejimində emal olunur, bu zaman şüalanma daha çox olur. Ancaq bu şüalanma xəstənin bədənində şiş yaranmasına səbəb olmur, tədricən bədəndən sorulur. Kompüter tomoqrafiyası da rentgenin bir növüdür. Rentgen şüaları uzun müddət təsir etdikdə xərçəng şişi yarada bilər. Bu baxımdan belə bir ehtimallar var”. 
A . Qeybullanın sözlərinə görə, kompüter tomoqrafiyasından imtina etmək hələ ki, mümkün deyil: “Ancaq kompüter tomoqrafiyasından imtina etməyə gəlincə, gərək rentgen müayinəsindən və bütün şüalanma ilə həyata keçirilən müayinə vasitələrindən  də imtina olunsun. Bəzən həm diaqnostik müayinə və müalicə zamanı bu şüalara ehtiyac olur. Məsələn, elə xərçəng şişinin müalicəsində ionlaşdırıcı şüalanmalardan, qamma şüalardan, radioizotop şüalardan istifadə olunur ki, bunun özü də xərçəng şişi törədə bilir, eyni zamanda xərçəng şişinin müalicəsi üçün istifadə olunur. Hər halda insan orqanizmi üçün daha təhlükəsiz alternativ metodlar tapılsa, əlbəttə, bu metodlar tədricən tarixə qovuşacaq. Ancaq hələ ki, alternativ yoxdur. Bəzən xəstənin bir neçə dəfə tomoqrafiya olunması vacib olur”. 
 
Tibb ekspertinin sözlərinə görə, sovet dövründə rentgen kabinetlərində çalışan həkimlər, şüalanmaya məruz qaldıqları üçün  əlavə imtiyazlar verilirdi, pensiyaya nisbətən tez çıxırdılar, maaşları nisbətən yüksək idi: “İnsan orqanizmi üçün şüalanmaya yol verilən hədd var. Bu həddən artıq ola bilməz. Əgər orqanizm daha çox şüalanmaya məruz qalırsa dinamik olaraq müşahidə altında olmalıdır”. 
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin  sözlərinə görə, tomoqrafiyanın insan bədəninə zərərli təsiri onun şüalanma dərəcəsindən asılıdır və bu da həkimlər tərəfindən tənzimlənir: “İstər rentgenin və kompüter tomoqrafiyasının, istərsə də digər şüalanma üsulu ilə həyata keçirilən müayinələrin insana zərəri var. Həkimlər xəstənin müayinədən keçmə periodunu nəzarətdə saxlamalıdır və bu tez-tez baş verməməlidir. İldə bir və ya iki dəfə bu cür müayinələrdən keçməyin zərəri yoxdur”. 
Anar Qədirli hər hansı xəstədən daha çox şüalanmaya məruz qalan rentgen şöbəsinin həkimlərinə hazırda da müəyyən güzəşt və imtiyazların olduğunu bildirdi.
 
Kompüter tomoqrafiyası diaqnostikadakı əhəmiyyətinə görə, tibbdə ən  bahalı müayinə üsulları sırasındadır. Əvvəllər rentgen müayinələrinin qiyməti 10 manatdan başlayırdısa, hazırda kompüter tomoqrafiyasının qiyməti 50 manatdan başlayır. 
 
Adil Qeybulla deyir ki, Azərbaycan tomoqrafiya qiymətlərinin ən ucuz olduğu ölkələrdən biridir: “Tomoqrafiya qiymətləri əvvəllər yüksək idi, ancaq indi getdikcə ucuzlaşır, qiymətlər 60-70 manat civarında dəyişir. Ola bilər ki, klinikanın statusundan asılı olaraq bir az fərqli olsun. Xaricdə tomoqrafiya qiymətləri Azərbaycandan dəfələrlə bahadır. Məsələn, maqnit rezonans tomoqrafiyası bəzi klinikalarda 1000 ABŞ dolları civarındadır. Bu da həmin ölkədən, klinikadan və bu bölgədəki qiymətlər sistemindən asılıdır”. 
Tomoqrafiya qiymətləri ilə bağlı bəzi dövlət və özəl klinikalarla əlaqə saxladıq. Məlum oldu ki, orta hesabla qiymətlər əksər klinikalarda eynidir. Belə ki, baş-beyin tomoqrafiyası 70-100 manat, döş qəfəsi tomoqrafiyası 80-100 manatdır. Müəyyən dərman və iynələrin tətbiqindən sonra həyata keçirilən həyata keçirilən tomoqrafiyasının qiyməti isə dərmanların qiymətindən asılı olaraq 130-160 manat arasında dəyişir. 
 
Türkiyə xəstəxanalarında tomoqrafiya qiymətləri üzrə internetdə apardığımız araşdırmalardan bəlli oldu ki, qardaş ölkədə müayinə Azərbaycandakından 2-3 dəfə baha başa gəlir./musavat.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM