Hərbi Prokurorluq: itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyiti aidiyyəti üzrə verilib

11:32 / 03.05.2021

Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanıb və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnib.

Respublika Hərbi Prokurorluğundan bildiriblər ki, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, cəsədlər müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.


Etiket:

Strategiya.az

Xəbərlər
07.05.2021

Azərbaycan neftinin bir bareli 68,39 dollara satılır

07.05.2021

Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi

07.05.2021

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub 

07.05.2021

ÜST: Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 847 mindən çox artıb

07.05.2021

Xalq artisti Arif Quliyev vəfat edib

06.05.2021

Buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya təşkil ediləcək

06.05.2021

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib 

06.05.2021

Dövlət Vergi Xidmətininə rəis təyin olundu - SƏRƏNCAM

06.05.2021

Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur

06.05.2021

Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI

06.05.2021

Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib

06.05.2021

10 noyabr Bəyanatının yerinə yetirilməsi ilə bağlı narahatlığa əsas yoxdur - Ramil Usubov

06.05.2021

Neft qiymətləri bahalaşıb

06.05.2021

Baydenlə Putin Bakıda görüşə bilər

05.05.2021

Putinlə Ərdoğan Qarabağı müzakirə edib

05.05.2021

Daha bir şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib

05.05.2021

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib

05.05.2021

Bakı-Xırdalan-Sumqayıt qatarı ilə sərnişin daşımaları bərpa edilir

05.05.2021

Azərbaycan neftinin bir bareli 68,56 dollara satılır

05.05.2021

Bakıda ən çox yoluxma bu rayonlarda olub

05.05.2021

Dünyada ötən sutka koronavirusa yoluxanların sayı 644 mindən çox olub

05.05.2021

Binəqədi rayonundakı yanğında 12 ağac məhv olub

05.05.2021

Mayın 5-də xarici valyutaların manata qarşı məzənnələri

05.05.2021

Fikrət Qoca vəfat edib

04.05.2021

“Azərsu”nun sədri vəzifəsindən azad edildi

04.05.2021

“Türk dünyası coğrafiyası və etnosu” üçcildliyi geniş ictimaiyyətə təqdim edilib

04.05.2021

Ombudsman beynəlxalq təşkilatlara azərbaycanlılara qarşı nifrət cinayətlərinə dair hesabat ünvanlayıb

04.05.2021

Dövlət Neft Fondunun səhm alışı artıb

04.05.2021

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib

04.05.2021

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb

03.05.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03.05.2021

Xəzər dənizi akvatoriyasında gözlənilən hidrometeoroloji hadisə haqqında XƏBƏRDARLIQ

03.05.2021

Azərbaycan Prezidenti: Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir

03.05.2021

Bu gün Azərbaycanda Ramazan ayının ikinci Qədr gecəsidir

03.05.2021

Neft qiymətləri ucuzlaşıb

03.05.2021

Neft Fondu apreldəki valyuta hərraclarında 509,9 milyon dollar satıb

03.05.2021

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

03.05.2021

Hərbi Prokurorluq: itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyiti aidiyyəti üzrə verilib

02.05.2021

Azərbaycanda 2125 nəfər COVID-19-dan sağalıb - STATISTIKA

02.05.2021

Dünyada ötən sutka koronavirusa 870 mindən çox yoluxma qeydə alınıb

02.05.2021

Sergey Markov: Ağdamda şahidi olduğumuz vəhşiliklərdən heyrətə gəldik

01.05.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azad Rəhimovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

01.05.2021

Azərbaycanda koronavirusa 1213 yeni yoluxma faktı qeydə alınıb

01.05.2021

Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

01.05.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib (FOTO)

01.05.2021

Qırğızıstan Prezidenti mayın 1-2-ni milli matəm günü elan edib

01.05.2021

Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb

30.04.2021

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib

30.04.2021

Ləğv edilmiş Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edildi

30.04.2021

Azərbaycanda vaksinasiyada yeni peyvənddən istifadə olunacaq