Heydər Əliyev əmanəti Azərbaycan etibarlı əllərdədir

13:43 / 10.05.2021

Emil KƏRİMOV,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəisi, ədliyyə polkovniki.


Ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyası

 

Dövlətimizin qurucusu, Azərbaycanın siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, bütün bunlar millətimizin taleyində müstəsna əhəmiyyət kəsb etmişdir. İllər keçdikcə Heydər Əliyevin dövlət xadimi kimi Azərbaycanın müstəqilliyində və idarə edilməsinin demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür. Ümummilli lider ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün etdiyi mükəmməl işlərlə həmişəyaşardır. Ulu öndərin şah əsəri müstəqil Azərbaycandır və nə qədər ki, bu dövlət yaşayır, Heydər Əliyev də yaşayacaqdır. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan qoymuşdur.

1990-cı illərin əvvəllərində Azərbaycanda mürəkkəb ictimai-siyasi vəziyyət yaranmışdı, tənəzzülə uğrayan ölkə dövlətçiliyini itirmək təhlükəsində idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazimizin 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və siyasi hakimiyyətin yarıtmazlığı ucbatından daxili və xarici siyasətin iflası, ölkəmizin vətəndaş müharibəsi astanasında olması müstəqilliyimizin ilk iki ilinin acı reallıqları idi.

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu və həmin gün azadlıq, istiqlal və istiqbal uğrunda mübarizənin və qəhrəmanlığın rəmzinə çevrildi. O gün ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqe tutaraq onlara havadarlıq etməklə təcavüzkar siyasəti açıq-aşkar dəstəklənməsinə, eləcə də respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə hiddətlənərək, buna etiraz əlaməti olaraq Bakının küçə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı qanunları və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla sovet ordusunun hərbi hissələri yeridilərək dinc əhaliyə divan tutuldu, insanlar qətlə yetirildi, yaralandı və itkin düşdü. Azərbaycanda, xüsusilə də Bakıda misli görünməmiş faciə baş verdi və həmin gün Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar Günü” kimi həkk olundu.

Moskvada yaşayan xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə atmaqla, qətliamdan bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Vətənini və xalqını canından çox sevən böyük insan bu hadisəyə biganə qala bilməzdi və qalmadı da. Dahi şəxsiyyətin bu bəyanatından sonra Azərbaycan xalqının məruz qaldığı dəhşətli və amansız terror dünya dövlətləri tərəfindən də qətiyyətlə pisləndi.

Zamanında dərindən araşdırılmayan və siyasi qiymət verilməyən faciəyə yalnız bir neçə ildən, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Qanlı Yanvar hadisələrindən sonra Heydər Əliyevə qarşı repressiya planları hazırlandı və həyata keçirilməyə çalışıldı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidarda olanlar, ondan hakimiyyət bölgüsü gözləyən müxalif qüvvələr ümummilli liderin Bakıda qalmasına hər cür maneə törətdilər və o, böyüyüb boya-başa çatdığı Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın “Azadlıq” meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Ulu öndər xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb beynəlxalq və daxili şərait yarandı. Keçmiş SSRİ yeni qurum yaratmağa çalışır, qonşu xəyanətkar Ermənistan Azərbaycan ərazilərində separatçılıq və işğalçılığı genişləndirirdi, daxildə hakimiyyət uğrunda mübarizə gedirdi. Müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yürütdüyü səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, xaos, anarxiya müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini qaçılmaz edirdi. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.

Ümummilli lider Heydər Əliyev postsovet məkanında yeganə siyasi xadim idi ki, həm ölkəni məhv olmaqdan qoruya bildi, həm də müstəqil dövlət quruculuğunu davamlı olaraq reallaşdırdı. Həmin dövrdə bu işi görmək olduqca çətin idi. Çünki daxildəki separatçıların fəaliyyətindən başqa, kənardan da çox güclü təzyiqlər mövcud idi. Eyni zamanda, həm kənar təzyiqlərə sinə gərmək, həm daxildə separatçı qrupları neytrallaşdırmaq və dövlət quruculuğunu aparmaq fövqəladə iradə, uzaqgörənlik, siyasi təcrübə və iti zəka tələb edirdi. Heydər Əliyev müdrik siyasəti ilə bu vəzifənin öhdəsindən gəlmək naminə dövlət quruculuğu üçün vacib olan üç faktoru vahid sistemdə birləşdirə bildi. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkül tapmasına görə ümummilli lider Heydər Əliyevə minnətdarıq.

 

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər siyasəti

Bu gün Azərbaycan Respublikası dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ilk yerlərdən birini tutur. Bunun əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəklikləridir.

Ölkəmizin bütün sahələrdə inkişafı və dünya dövlətləri arasında mühüm yer tutması istiqamətində bir çox yeniliklərə imza atan dövlət başçısı qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə idarəetmə sahəsində aparılan kadr islahatlarına xüsusi yer verdi.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu uğurlu inkişaf dövrünün sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.

 

Ali Baş Komandan cənab İlham Əliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ulu öndərimizin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını möhtərəm Prezidentimiz İlham Əliyev həyata keçirdi. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı tarixi zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gələrək xalqımıza Böyük Qələbə sevincini yaşatdı. Xalqımızın mübariz övladları Vətənimizin keşiyində mərdliklə, ayıq-sayıq dayandığı kimi, ərazi bütövlüyümüzü təmin etmək üçün Ali Baş Komandanın döyüş əmrini də rəşadətlə yerinə yetirdilər. Hər bir zabit, gizir və əsgərimiz döyüş meydanında igidlik, mərdlik, vətənpərvərlik nümunəsi göstərərək qəhrəmanlıq salnaməsi yaratdılar. Öz qəhrəmanlıqları ilə tarix yazdılar, tarixə yazıldılar.

Vətən müharibəsi dövründə xalqımızı daim öz qələbə müjdələri ilə sevindirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük xoş xəbəri verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi və təslim oldu. Bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

 

Müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısı davamlı xarakter daşıyır

Torpaqlarımızın azadlığı uğrunda vuruşmuş Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı ictimaiyyət arasında razılıqla qarşılanır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Prezident cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq müsbət nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri gücləndirilmış, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılmışdır. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.

Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cəmiyyətdə baş verən bütün prosesləri dəqiqliklə müşahidə edir, ölkədəki ictimai-siyasi durumu hərtərəfli qiymətləndirir, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydın müəyyənləşdirir və bunlara əsasən də strategiyasını, taktiki gedişlərini, eləcə də idarəçilik metodlarını və qarşıda duran hədəfləri müəyyənləşdirir. Bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar məhz cənab Prezidentin bu idarəçilik prinsiplərindən irəli gəlir.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM