Mayın 21-də Nefçala şəhərində şəhid Fərid Əsgərovun ad günü ilə bağlı vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri və ziyalılar şəhidin ailəsini ziyarət ediblər.
Əvvəlcə mərasim iştirakçıları bu gün 25 yaşı tamam olan şəhidin məzarını ziyarət ediblər.
Sonra tədbir iştirakçıları şəhid Əsgərov Fərid Ərəstun oğlunun döyüş yolunu əks etdirən foto sərgini ziyarət ediblər. Şəhidin xatirəsinə ehtiramlarını bildirən görüş iştirakçıları ailəsinə baş sağlığı veriblər. Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir Azərbaycan Ordusunun qüdrətinin daha da artdığını bildirib, Vətən torpaqlarının azadlığa qovuşmasında şəhidlərimizin və qazilərimizin mühüm rolundan bəhs edib.
Mərasimdə, Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunub. Şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini söyləyən “Əsgərə xatirə kitabı” layihəsinin müəllifi, Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin direktor müavini Nuranə Şıxəliyeva, dövlət başçımızın bu yöndə fəaliyyətinin hər kəs üçün nümunə olduğunu söyləyib. Psixoloq Aytən Ələkbərova hər bir soydaşımızın torpaqlarımızın azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir. Şairə-publisist Zərəngiz Dəmirçi Qayalı vurğulayıb ki, Vətən müharibəsində igidlik göstərən hər bir Azərbaycan oğlu bizim qəhrəmanımızdır. Bu cür qəhrəmanlar yetişdirən xalqa heç bir düşmən bata bilməz. Şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün nümunədir.
Görüşdə iştirak edən mayor İlham Tanrıverdiyev Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildirib. Azad olunan torpaqların indi gənclərə əmanət olduğunu vurğulayan qazi onlara Vətəni daima uca tutmağı tövsiyə ediblər.
Çıxışlarda tarixi qələbəmizin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən qazilərimizlə görüşlərin böyük əhəmiyyəti olduğu diqqətə çatdırılıb və bu görüşlərin gənc nəslin tərbiyə olunmasında xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Şəhidin yaxınları bu dərdə dözməyən Şəmsəddin babanın dünyasını dəyişdiyini, əziz nəvəsinin şəhadətə çatdığı 40-cı günündə onun da yeddi mərasiminin verildiyini ürək ağrısı ilə qeyd ediblər. Nəvəsinin toyunu gözləyən babaya bu dərdi yaşadan mənfur qonşularımız erməni qəsbkarlarına lənət oxunub. Azərbaycan xalqının heç bir zaman özgə torpaqlarında gözü olmadığını, Vətəni üçün lazım gəlsə göz belə qırpmadan şəhid olmağa, Ana Vətəni qorumağa hazır olduqlarını deyiblər. Mərasimdə rayonun icra nümayəndəliyinin üzvüləri, Yeni Azərbaycan Partiyasının ilk təşkilat komitəsinin üzvüləri və şəhidin keçmiş tələbə yoldaşları da iştirak ediblər.
Şəhid ailəsi olaraq qürur duyduğunu bildirən Fəridin ata-anası Ərəstun və İlhamə Əsgərovlar oğullarının xatirəsinə göstərilən qayğıya görə qonaqlara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, şəhid Fərid Ərəstun oğlu Əsgərov 1996-cı il mayın 21-də Nefçala rayonunun Qaçaqkənd kəndində hərbiçi ailəsində anadan olub. 2012-ci ildə Lənkəran şəhər 6 saylı litseyi bitirib, 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetinin ingilis dili fakultəsində təhsil alıb. 2017 və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xitmət keçib, hərbi xidmətdən sonra Bakı şəhərində mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktaybrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib, igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Zərəngiz Dəmirçi Qayalı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM