"Söz fidanları" – uşaqların yaratdığı ədəbiyyat

11:48 / 04.06.2021

“Şagirdlərin, klub rəhbərlərinin – bu yaradıcı insanların “Söz fidanları” kitabındakı mətnləri hər şeydən əvvəl özünüifadədir. Bu mənada yazmaq həm də özü ilə tək qala bilmək, məni ilə görüşmək, qəlbi ilə üzləşməkdir ki, bu da hər adama qismət olan xoşbəxtlik deyil”. Kaspi Təhsil Şirkətinin “Kaspi” nəşrləri seriyasından olan “Söz fidanları” kitabının təqdimatı Kaspi Liseyinin müəllim və şagirdlərinə əsil bayram ovqatı yaşatdı. Liseyin  Ağ şəhər və Bakıxanov filiallarının şagirdləri və klub rəhbərlərinin şeir, esse və hekayələrinin toplandığı nəşrin təqdimatı gözəl bir bayrama - 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə əsil ərməğan oldu. Lisey şagirdlərinin hər tədris ilinin sonunda ingilis dilində nəşr etdirdikləri “Kaspi Teens” (Kaspi Gənclik) qəzetinin də növbəti nəşrinin təqdimatı tədbirə xüsusi bir sevinc qatdı.

   Hibrid formatda keçirilən tədbirdə 2-ci Qarabağ Müharibəsində şəhid olan hərbçilərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. Azərbaycanın Himni səsləndi.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri və “Kaspi ” nəşrlər seriyasının rəhbəri və redaktoru Sona Vəliyeva ədəbiyyatı ilk növbədə insanın özünüifadəsi adlandırdı: “Ola bilər ki, sənin yazdıqların zamanın sınağından çıxmasın - uzaq gələcəkdə oxunmasın, amma ədəbiyyatın carilik, indiyə ünvanlanmış xilaskarlıq missiyası da var ki, bu da insanın ani - içərisində olduğu zamanı ifadə etmək ehtiyacıdır. Məhz həmin ehtiyac hər kəsə yazmaq, özünü ifadə etmək, ürəyini boşaltmaq haqqı verir”. S.Vəliyeva qeyd etdi ki, kitabda yer alan və bir neçə şagirdin yazdığı “Mən kiməm?” adlı esse məhz özünü tanımaq, bu böyük dünyada öz yerini müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir: “Özünə “Mən kiməm?” sualını vermək insandan cəsarət tələb edir. Əminliklə qeyd etmək istəyirəm ki, bu sualın cavabını təfəkkür süzgəcindən keçirə bilənlər zamanla həyatda tutduqları mövqedə qalib olacaqlar. Bu mənada öz mənini yazan, şəxsi fikirlərini ifadə etməkdən çəkinməyən, hisslərini bölüşən şagirdləri alqışlayıram!”

S.Vəliyeva kitabın liseyin şagirdlərini həvəsləndirmək üçün bir vasitə və təməl nəşri olduğunu vurğuladı: “Kitabda yer alan mətnləri ik cəhət birləşdirir: şagridlərin sevdiklərinə vətən, valideyn, dost sevgisi və s. münasibətləri və itirdiyimiz torpaqlar, gələcəkləri ilə bağlı onları düşündürən məsələlər, uşaq qayğıları və s. daxili narahatlıqları. Bu mənada sevgi və narahatlıq bu mətnlərin əsas nöqtəsidir. İnanıram ki, şagirdlərimiz gələcək ədəbiyyatımızın, mədəni həyatımızın önündə gedən ləyaqətli ədəbi imzalarından olacaqlar”.

“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan nəşrin təqdimatını fərqli bir ədəbiyyatın bünövrəsinin qoyulması kimi dəyərləndirdi: “Biz bu gün uşaqların yaratdığı ədəbiyyatın başına yığışmışıq. Yəni böyüklər uşaqların yaratdığı ədəbiyyatın başındadır. Bu kitab bütün mənalarda Vətənin ruhunu təmsil edən nəşrdir. Bu kitaba baxdıqca: “Bizim uşaqlarımız niyə bu qədər vaxtından əvvəl müdrik oldular?”- deyə düşündüm. Bu kitabda elə mətnlər var ki, Azərbaycan ədəbi düşüncəsində böyüklər çox çətinliklə yazar. Bəlkə bu ondan irəli gəlir ki, uşaqların ruhu, qəlbi son dərəcə səmimidir. Uşaq vaxtı təməl necə qoyulursa, o düşüncə və fikir sonralar millətin milli kimliyini bədirləyir. Bu kitab həm də SÖZ haqqında bir dəlildir. O söz ki, Tanrı kainatı elə həmin sözdən yaratmışdı. Bu kitab əyləncə kitabı deyil.  Vətənin, torpağın dəyərini dərk etmiş uşaqların düşüncələrinin ifadəsidir”. Azər Turan Kaspi liseyinə bu gözəl ənənənin əsasını qoyduğuna görə təşəkkürünü bildirdi: “Bu kitabda bədbin ovqat yoxdur. Uşaqların kifayət qədər nikbin ovqatlarını, əxlaqlarını təmsil edən belə bir kitab hasilə gətirdiyinizə görə təşəkkür edirəm!”

“Söz fidanları” haqqında “Ədəbiyyat” qəzetində məqalə ilə çıxış edən ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova

kitabı oxuyanda səhifələrində uşaqların əməyini, zəhmətini, istedad və sevgilərini hiss etdiyini dedi: “Onlar bunu məharətlə sərgiləyiblər. Kitabda məni duyğulandıran uşaqların Vətən sevgisi, Qarabağ arzusu oldu. Vətən bu uşaqların sevgisinin adıdır. Evə gedəndə də rahat olmadım. Əslində ədəbiyyat həm də budur - özünü ifadə edəndə rahatlaşırsan. Mən məqaləni bu kitaba bir töhfə olaraq qələmə aldım. Kitabda  elə mətnlər var ki, ədəbiyyatşünaslığın elmi-nəzəri kriteriyaları, ən kəskin bədii estetik meyarları qarşısında duruş gətirməyə qüdrəti çatar.” E.Akimova yazdığı məqalədən tezislər səsləndirdi, kitabda yer alan mətnlərdən nümunələrlə çıxış etdi.

Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu nəşrdən ana xətt kimi keçən “Mən kiməm?” sualına diqqət çəkdi: “Bu sualı bizdən əvvəlki nəsil də axtarıb. Biz də axtarmşıq, indi uşaqlar da axtarır. “Mən kiməm?” sualının cavabını uzaq dağ kəndində, bir kol dibində, bənövşəliyin yanında, bulaq başında axtarırdıq. Amma bizim yaradıcılıq nümunələrini təqdim edən uşaqlarımız fərqli məkanlardan axtarırlar. Biz rayondan kiçik şəhərlərimizə boylanırdıq. Bu uşaqlar Azərbaycandan dünyaya baxırlar. Bu, olduqca vacib məsələdir. Düşüncə cox vacib şeydir. Düşünən insan böyük insandır. Düşüncənin kökü söz fidanlarıdırsa, orda hər cür inkişafdan danışmağa dəyər. Kaspi Təhsil Şirkətinə təşəkkür edirəm ki, söz fidanlarının böyüməsi üçün əlindən gələni edir!”

Tədbirdə “Söz fidanları” haqqında videoçarx təqdim olundu. Şagirdlərin kitabda yer alan mətnlər əsasında hazırladıqları səhnəciklər, “Kaspi Teen” qəzetinin kollektivinin ingilis dilində təqdimatları maraqla qarşılandı.

Qeyd edək ki, “Kaspi nəşrləri”ndən olan “Söz fidanları”nın redaktoru  Fərid Hüseyndir.

 Kitab “Zərdabi Nəşr” MMC- də nəşr olunub.

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM