İsrailli ekspertdən çağırış : Susqunluğa son qoymaq üçün daha nə qədər günahsız azərbaycanlı həyatını itirməlidir?

19:22 / 05.06.2021

İyunun 4-d sarsıdıcı və dəhşətli xəbəri aldım və şok yaşadım. Mənim həmkarlarım - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Bu dəhşətli hadisə bu ərazinin ziyarət edən hər bir jurnalistin başına gələ bilər.

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut deyib.

Siyasi ekspert bildirib ki, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular nəticəsində müharibə bəri 120-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir.

“Mən düz bir ay əvvəl “İsrael Hayom”un jurnalisti ilə Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında oldum. İlk andan hiss etmişdim ki, sanki bu əraziyə dəhşətli vəba gəlib. Azad edilmiş ərazilərdə demək olar bir dənə də salamat ev, uşaq bağçası və ya məktəb, kitabxana və muzey qalmayıb. İşğalçı ermənilər Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi şəhərləri yerlə-yeksan edərək, qarətçilik, neonasizm və vandalizm ilə məşğul olublar. Hətta ağacları da məhv ediblər”, - deyə A.Qut vurğulayıb.

O bildirib ki, digər mövzu minalar məsələsi idi. Bu əraziləri ziyarət edən zaman bizə deyirdilər ki, sağa getməyin, sola getməyin, bu ərazilər çox təhlükəlidir. Təkcə Ağdam yox, Füzuli, Cəbrayıl və Zəngilan da erməni işğalı nəticəsində kabus və minalanmış şəhərlərə çevrilib, məhv edilib. Dağıntıların miqyası, ermənilərin qəddarlığı, faşizmi, neonasizmi və vandalizmi insanı dəhşətə gətirir. Hazırda dünyanın heç bir yerində erməni vandalizminin, erməni nifrətinin və düşmənçiliyinin nəticələrinin bu qədər əyani nümayişinə rast gəlmək mümkün deyil.

“Mən siyasi ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəsi, eyni zamanda, İsraildə Azərbaycan Evinin rəhbəri olaraq İsraildə və dünyadakı xarici həmkarlarımı minalanmış ərazilərin xəritəsini verməsi üçün təcili olaraq Ermənistana təzyiq göstərməyə çağırıram.

Azərbaycan Ermənistanın 28 il ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri hərbçilərimizin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükədir. Minalanmış ərazilərin xəritələrin verməsi bir çox şəxsin, o cümlədən jurnalistlərin ölüm təhlükəsi ilə üzləşməsinin qarşısını ala bilər”, - deyə siyasi ekspert əlavə edib.

O vurğulayıb ki, lakin bugünkü beynəlxalq münasibətlər formatında dünya ictimaiyyəti susur, danışmır və sadəcə, laqeydlik göstərir. Bu münasibətə və susqunluğa son qoyulması üçün daha nə qədər günahsız azərbaycanlı mülki şəxs həyatını itirməlidir? Bu insanların günahı nədir? Uzaq tarixə getmək lazim deyil. 29 il əvvəl Xocalı şəhərində mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdı. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş bu qəddarlıq və erməni vandalizmi, eyni zamanda, Ermənistan tərəfindən dəhşətli mina basdırma prosesi heç bir izaha sığmır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM