26 İyun – hər il Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Lakin bu il xalqımız Ordu Gününü təkcə əsgər və zabitlərimizin peşə bayramı kimi deyil, həm də Vətən Müharibəsində qazandığı Zəfər bayramı kimi qeyd edir. İlk dəfədir ki, Milli Ordumuz bayramını ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağımızın mənfur düşməndən azad edilməsi şəraitində qeyd edir. İşğaldan azad edilən torpaqlarımızın sevinci, 44 günlük Vətən Müharibəsinin zəfəri qarışıb bu bayrama. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılan böyük Qələbənin tərənnümüdür bu tarixi gün.
Həm Vətən Müharibəsi dövründə, həm də müharibənin ziyanlarını aradan qaldırmaq, Qarabağın quruculuğuna dəstək olmaq üçün dövlətimizin irəli sürdüyü bütün təşəbbüslərə dəstək verən Kaspi Təhsil Şirkətinin rəhbərliyinin Kaspi Liseylərində ödənişsiz təhsil alacaq şəhid övladları və onların ailələri ilə görüşünün də məhz Milli Ordu Günündə baş tutması təsadüfi deyildi.
Kaspi Şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstərir.
Kaspi Təhsil Şirkəti ilə “Yaşat” Fondu arasında yaranan əməkdaşlığa əsasən 2021/2022-ci tədris ilində 6 şəhid övladı Kaspi Liseylərində ödənişsiz təhsil almaq üçün qeydiyyatdan keçib. Ümumilikdə “YAŞAT” Fondunun Dəstək proqramına qoşulan “Kaspi Liseyi” Ümumtəhsil məktəbi, “Kaspi-Kids” Uşaq Bağçası, “Kaspi Abituriyent”, “Kaspi Polyglot” və Kaspi Kids Məktəbəqədər hazırlıq müəssisələrində ümumilikdə 26 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.
Kaspi Liseylərində təhsil alacaq şəhid ailələrinin övladları və onların ailələri ilə keçirilən görüşdə şəhid övladlarına təkcə dövlətin deyil, ölkənin hər bir vətəndaşının qayğı göstərməsinin vacibliyi qeyd edildi.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva yeni tədris ilini torpaqlarımızı işğaldan azad edən bir dövlətin vətəndaşları olaraq qarşılamaqdan qürur duyduğunu bildirdi: “Sevinirik ki, Silahlı Qüvvələr Gününü qalib ölkənin insanları kimi qeyd edirik. Təhsil Şirkəti olaraq Vətən uğrunda şəhid olan, canından keçən əsgər və zabitlərimiz qarşısında daim borcumuzu yerinə yetiririk. Şəhid övladlarının Kaspi liseylərində pulsuz təhsil almasına şərait yaratmaqla onların ruhu qarşısında az da olsa borcumuzu yerinə yetiririk. Biz bu ailələr üçün nə etsək azdır. Şəhidlərimizin övladları bizə əmanətdir. Bu uşaqlar hamımızın övladıdır”.
Kaspi Şirkətinin marketinq direktoru Aydın Əliyev Kaspi liseylərinin fəaliyyəti haqqında məlumat verərək: “Bizim üzərimizə düşən vəzifə liseylərimizdə təhsil alacaq şəhid övladlarına yüksək diqqət göstərməkdir. Şəhidlərimiz Vətənin azadlığı uğrunda canlarından keçiblər. Biz də onların övladlarını diqqət və qayğıdan kənarda qoymamalıyıq”-deyə qeyd etdi. A.Əliyev liseydə təhsil alacaq şəhid övladlarının geyim, qida, dərs ləvazimatı və nəqliyyat servisi ilə təmin olunacaqlarını diqqətə çatdırdı: “Çalışacağıq ki, bu uşaqlar heç bir diqqətdən kənarda qalmasınlar. Bu uşaqlar öz təhsilləri ilə uğur qazanacaq, məktəbin adını daha da yüksəldəcək, atalarının xatirəsinə və Vətən naminə layiqli övlad olacaqlar. İnanırıq ki, onlar respublika və beynəlxalq olimpiadalarda uğur qazanacaqlar. Bizim bütün diqqətimiz də onların üzərində olacaq”.
Liseydə yeni tədris ilindən təhsil alacaq şəhid Sənan Zamanovun övladları - Fidan (V sinif) Ləman (VII sinif) və Kənan (II sinif) Zamanovların sevinci hədsizdir. Babaları Qahir Zamanov nəvələrinin təhsil alması üçün Kaspi Təhsil Şirkətinin yaratdığı imkana görə təşəkkürünü bildirdi: “Biz heç bir məktəbdə belə diqqət görməmişik. Övladlarımızın təhsilinə sahib çıxdığına görə Kaspi Təhsil Şirkətinin rəhbərliyinə çox minnətdaram!”
Şəhid Vüqar Nəcəfovun anası Şəmsiyyə Yusifova nəvəsi Aydın Nəcəfovun Kaspi bağçasına, digər nəvəsi İncinin Bakıxanov filialının 1-ci sinfinə qəbul edilməsinin sevincini bölüşür: “Biz yalnız uşaqların təhsili üçün narahat idik. Sevinirik ki, Kaspi Təhsil Şirkəti bu məsuliyyətli işi təmənnasız olaraq dəstək verdi”.
Kaspi Ağ Şəhər Liseyinin direktoru Səbinə Əliyeva və Bakıxanov filialının direktoru Sahil Əliyev şəhid övladlarına təhsillərində uğurlar arzulayıb, hər zaman onların yanında olacaqlarını bildirdilər.
Tədbirdə ad günü Silahlı Qüvvələr Gününə təsadüf edən - Kaspi liseyinin 2-ci sinfində təhsil alacaq Kənan Zamanovun doğum günü münasibətilə tort kəsildi. Uşaqlara hədiyyələr təqdim edildi və şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkildi.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM