Kollecin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Baş Prokurorluqdan Strategiya.az-a verilən məlumata görə, Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı kollecin tələbəsinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı kollecin direktoru vəzifəsini icra edən Sahib Hüseynovun kollecin qiyabi və əyani şöbələrində müxtəlif ixtisaslar üzrə təhsil alan 991 tələbədən imtahan sessiyasında müvəffəq qiymətlər almaları üçün 636 min 250 manat pulu rüşvət kimi almasında, 108 tələbədən qrup nümayəndələri və qeyrilərinin vasitəsi ilə 48 min 600 manat pulu rüşvət kimi tələb etməsində, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-2014-cü tədris ili üçün qiyabi təhsil üzrə qəbul planı nəzərdə tutulmadığı halda 27 tələbənin kollecdə təhsillərini qiyabi şöbədə davam etdirmələrini rəsmiləşdirməklə onların təqaüd almalarını və mövcud normativ aktların tələblərini pozmaqla bir müəllimin iki qrupa rəhbərliyini və müəllimlərə əlavə əmək haqqı verilməsini sənədləşdirməklə 5 min 932 manat büdcə vəsaitinin təyinatından kənar istifadə olunmasını təmin etməsində, habelə üç nəfər Ağcabədi rayon sakinini kollecə işə qəbul edib rəsmiləşdirməklə həmin şəxslərin əmək haqqı kartlarından 1.186 manat məbləğində pulu bankomat vasitəsilə çıxarıb mənimsəməsində, kollecdə təhsil alan tələbələrin təqaüd üçün bankomat kartlarının guya itməsi barədə “Kapital bank” ASC-nin Ağcabədi rayon filialına müraciət edərək 50 nəfər tələbənin adına bankomat kartları alaraq 10 min 563 manat məbləğində pulu talamağa cəhd etməsində şübhələr üçün əsaslar olduğundan, o cümlədən kollec tələbəsindən qış imtahan sessiyasında müvəffəq qiymətlər alması üçün 450 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalandığından ona Cinayət Məcəlləsinin 29, 179.3.2 (külli miqdarda mənimsəmə və israf etməyə cəhd), 308.1 (vəzifə saxtakarlığı), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.4 (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Bundan başqa, istintaq zamanı kollecin baş mühasibi Mahir Ağayev və metodisti Yusif Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmələrində və onlara etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmələrində şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 29, 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etməyə cəhd), 308.1 və 313-cümaddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM