Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə hazırda icra edilən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş rayonların ərazisində aparılan radioloji və radioekoloji tədqiqatların ilkin nəticələri barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.
İclasda Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparıldığı və ilin sonunadək hava limanına ilk uçuşların planlaşdırıldığı, eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işlərinin aparıldığı qeyd edilib. Qarabağ bölgəsinin ölkə və region iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyətli olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Qubadlı-Laçın və sair avtomobil yollarının tikintisi üzrə görülən işlər barədə məlumatlar verilib. İclasda aparılan müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərdə icra ediləcək infrastruktur layihələri üzrə layihə-smeta sənədlərinin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması proseslərinin sürətləndirilməsi, həmçinin ərazilərin minalardan təmizlənməsi işlərinin proritetlik nəzərə alınmaqla tərtib edilən icra qrafiklərinə uyğun davam etdirilməsi, hazırda işğaldan azad edilmiş ərazilərin rabitə təminatında mühüm rol oynayan mobil və xüsusi rabitə şəbəkələrinə aid baza stansiyası qurğularının daimi elektrik enerjisi ilə təminatı məsələlərinin vacibliyi vurğulanıb, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi üzrə müvafiq qərarlar qəbul edilib.
İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb
Vilayət Eyvazov Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gündən etibarən DİM-də imtahan protokollarının emalına başlanılır
Nəqliyyat vasitəsində gizlədilən külli miqdarda dərman vasitələri aşkarlandı
Prezident İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
“Demokratik.az” saytının baş redaktoru Osman Rzayev tutulub
Azərbaycan atleti Fransada qızıl medal qazanıb
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb
İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 mini ötüb
Qızıl filiz yataqları barədə xarici şirkətlərlə bağlanmış Sazişdə Dəyişiklik sənədi təsdiqləndi
Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndi
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunub
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib
Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır - MN
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil
Marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib
Akademik: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
Azərbaycan nefti bahalaşıb
Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verilib
Baş Prokurorluq Bakıda qırılan liftlə bağlı MƏLUMAT YAYDI
Neft bahalaşıb
Pensiyalar bu tarixdə ödəniləcək
Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi
DİM abituriyentlərə müraciət edib
Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb
Ceyhun Bayramov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Mədəniyyət Nazirliyi tərəfindən son bir ildə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb
DİM məlumat yaydı
Prezident İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərib
Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, ölən yoxdur
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
Hazırda Zaqatala rayonunun ərazisindən axan bir neçə çaydan sel keçir
Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
Motosikletlə narkokuryerlik edənlər şəxslər tutuldu
ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək
Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı
Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb
Təbiətə 40 min manat məbləğində ziyan vurulub
Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Marketdə kütləvi zəhərlənmənin səbəbi məlum oldu - SİYAHI
Uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və region üçün həyati əhəmiyyətli məsələdir
Rusiya quru sərhədlərini açır
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi