AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərlə görüşüb.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən akademik Arif Həşimov iki qardaş ölkə arasında bütün sahələrdə yüksək səviyyədə münasibətlərin olduğunu, “TEKNOFEST Azərbaycan” festivalı sayəsində isə yeni dövrün – texnoloji əməkdaşlığın başladığını söyləyib. Qeyd edib ki, dost və qardaş Türkiyə Respublikası son illərdə yeni texnologiyalar və hərbi sənayedə yüksək nailiyyətlər əldə edib və indi bir çox dünya ölkələri pilotsuz uçuş aparatları və digər sahələrdə Türkiyənin təcrübəsini öyrənməyə çalışırlar. Qardaş ölkənin uğurlarının qürur yaratdığını dilə gətirən akademik Arif Həşimov AMEA və Türkiyə Elmlər Akademiyasının texnologiya sahəsində əməkdaşlığının perspektivlərindən danışıb və əhəmiyyətinə toxunub.
Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər AMEA-da olmaqdan məmnunluğunu ifadə edib, Azərbaycanın elm məbədinə daha əvvəl ziyarət etməyi planlaşdırdığını, lakin ötən iki il ərzində pandemiyaya görə bunun baş tutmadığını vurğulayıb. Rəhbərlik etdiyi qurum barədə məlumat verən M.Şəkər Türkiyə Elmlər Akademiyasının təməlinin hələ XVIII əsrin sonları – XIX əsrin əvvəllərində atılmağa başlandığını, bir sıra səbəblərə görə, fəaliyyətinə fasilə verildiyini, rəsmi olaraq isə 1993-cü ildə təsis olunduğunu deyib.
“TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizdə olduğunu diqqətə çatdıran M.Şəkər bu gün elmi-texniki tərəqqinin, texnoloji inkişafın, innovativ ideyaların dövlətlərin müstəqilliyində, azadlıqlarının təmin edilməsində xüsusi önəm daşıdığını söyləyib. Bildirib ki, Türkiyə daxili imkanlar, tədqiqatlar və yerli mühəndislər sayəsində texniki sahədə tarixi nailiyyətlər əldə edib.
M.Şəkər hazırda Türkiyə Elmlər Akademiyasında texnoloji tədqiqatlardan əlavə, insan sağlamlığının qorunması, biotexnologiyalar, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində önəmli araşdırmalar aparıldığını vurğulayıb. O, bu prosesin Türkiyənin özəl sektoru, ali təhsil müəssisələri və aidiyyəti nazirliyinin birgə iştirakı ilə həyata keçirildiyini deyib.
Türkiyə Elmlər Akademiyasının prezidenti son illərdə aparılmış tədqiqatlar nəticəsində ərsəyə gəlmiş və “TEKNOFEST Azərbaycan”da sərgilənmək üçün ölkəmizə gətirilmiş 45-ə yaxın elmi əsərin AMEA-ya bağışlanacağını diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli iki ölkə arasında elmi əlaqələrin təməllərinin Mövlana Cəlaləddin Rumi ilə Şəms Təbriziyə söykəndiyini, görkəmli sufi şairlərinin Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin simvolları olduğunu söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə prezidentlərinin atdıqları addımlar iki ölkənin mənəvi-siyasi birliyinin əyani göstəricisidir və dünyada münasibətləri bu səviyyədə olan hər hansı bir başqa dövlət yoxdur. “TEKNOFEST Azərbaycan” festivalının bu münasibətlərin daha da güclənməsinə rəvac verəcəyini deyən akademik ölkələrimiz arasında elmin bütün sahələrində əməkdaşlıq təməllərinin atılmasının vacibliyini bildirib.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova isə çıxışında qardaş Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana dəstəyini və Bakıda keçirilən Zəfər paradında yaxından iştirak etdiyini xatırladıb. Həmçinin rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsində Azərbaycan və Türkiyə xalqlarının genetik strukturunun öyrənildiyini diqqətə çatdırıb. Festivalın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsinin önəmini qeyd edən akademik bu gün ən böyük gücün elm və texnologiya olduğunu deyib, Bölmədə aparılan tədqiqatlarda texnoloji yeniliklərdən geniş istifadə edildiyini vurğulayıb. Bundan əlavə, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Türkiyədə koronavirusa qarşı vaksinlərin hazırlanması üzrə elmi qrupda aktiv iştirak etdiyini bildirib. O, “TEKNOFEST Azərbaycan” festivalının ölkəmizdə yeni texnologiyaların inkişafına töhfə verəcəyini və festivalın nəticələrinin bəhrəsini yaxın illərdə görəcəyimizi deyib.
AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva isə bu günlərdə Türkiyə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. Qeyd edib ki, 2013-cü ildə AMEA ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. O, sözügedən sənəddən irəli gələrək tərəflər arasında 3 layihə müsabiqəsinin həyata keçirildiyini və Azərbaycandan alim və mütəxəssislərin TÜBİTAK-ın çağırışlarında aktiv iştirak etdiklərini söyləyib. Həmçinin hazırda TÜBİTAK-ın ekspertlər bazasının (PYS) AMEA-nın istifadəsinə açılması üzrə razılığın əldə olunduğunu və PYS-dən istifadə üzrə ilkin təlimlərin keçirildiyini deyib.
Sonda tərəflər qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər. Müzəffər Şəkər Türkiyə Elmlər Akademiyasının “İslamda elm və texnologiya” beşcildiyini akademik Arif Həşimova təqdim edib.
Strategiya.az
Bu gündən etibarən DİM-də imtahan protokollarının emalına başlanılır
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb
Vilayət Eyvazov Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gündən etibarən DİM-də imtahan protokollarının emalına başlanılır
Nəqliyyat vasitəsində gizlədilən külli miqdarda dərman vasitələri aşkarlandı
Prezident İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
“Demokratik.az” saytının baş redaktoru Osman Rzayev tutulub
Azərbaycan atleti Fransada qızıl medal qazanıb
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb
İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 mini ötüb
Qızıl filiz yataqları barədə xarici şirkətlərlə bağlanmış Sazişdə Dəyişiklik sənədi təsdiqləndi
Azərbaycan və Türkiyə arasında Əlavə Prosedur Müqavilə təsdiqləndi
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunub
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib
Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır - MN
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil
Marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib
Akademik: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
Azərbaycan nefti bahalaşıb
Azərbaycana gətirilən meymunçiçəyi testləri Səhiyyə Nazirliyinə təhvil verilib
Baş Prokurorluq Bakıda qırılan liftlə bağlı MƏLUMAT YAYDI
Neft bahalaşıb
Pensiyalar bu tarixdə ödəniləcək
Kür çayından qanunsuz qum-çınqıl daşıyan şəxsin işi məhkəməyə göndərildi
DİM abituriyentlərə müraciət edib
Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
Müdafiə Nazirliyi adıçəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb
Ceyhun Bayramov İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Mədəniyyət Nazirliyi tərəfindən son bir ildə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb
DİM məlumat yaydı
Prezident İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərib
Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, ölən yoxdur
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
Hazırda Zaqatala rayonunun ərazisindən axan bir neçə çaydan sel keçir
Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
Motosikletlə narkokuryerlik edənlər şəxslər tutuldu
ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək
Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı
Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb
Təbiətə 40 min manat məbləğində ziyan vurulub
Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Marketdə kütləvi zəhərlənmənin səbəbi məlum oldu - SİYAHI
Uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və region üçün həyati əhəmiyyətli məsələdir
Rusiya quru sərhədlərini açır
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi