AMEA-da keçirilən Dəyirmi Masada Ukraynada fəaliyyət göstərən soydaşımız professor Arif Quliyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb

14:17 / 03.07.2022

İyulun 1-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Müasir xarici siyasətin fəlsəfəsi və xalq diplomatiyası” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Baş direktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açıb və qlobal miqyasda dünya siyasəti və diplomatiyasının müəyyən problemləri, müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplər, xalq diplomatiyasının mahiyyəti barədə fikirlərini söyləyib. Professor İlham Məmmədzadə vurğulayıb ki, hazırki şəraitdə Azərbaycan dövlətinin xarici siyasəti həm milli maraqları gözləyir, həm də dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. “Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır” – deyə qeyd edən professor İlham Məmmədzadə onu da əlavə edib ki, bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında, Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam ölkəmizin dinamik inkişafı üçün geniş perspektivlər açır. Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır.
Dəyirmi Masada AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Eynulla Mədətli Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyev və onun Ukraynada elmi- ictimai fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Məruzəsində ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılması imkanlarından bəhs edən professor Eynulla Mədətli bildirib ki, professor Arif Quliyevin “Elm və Xalq diplomatiyası” adlı samballı monoqrafiyasında özünün bu sahədəki fəaliyyətində üstünlük verdiyi əsas prinsiplər, istifadə etdiyi metodlar barəsində ətraflı məlumat almaq olar. Onun qeyd etdiyi kimi, xalq diplomatiyası qlobal çağırış və təhdidlərə, yeni dünya düzəninin bərqərar olmasına, daxili siyasi inkişafın gedişinə cavab olan bir fəaliyyətdir.
Dəyirmi Masada hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi (Kiyev) Arif Quliyev “Müasir xarici siyasətin fəlsəfəsi və xalq diplomatiyası”mövzusunda məruzə ilə çıxış edib və qeyd edib ki, Azərbaycan dövlətinin xarici siyasəti yuxarıda qeyd etdiyimiz prinsiplərə söykənməklə özünün konkret prioritetlərinə malikdir. Arif Quliyev vurğulayıb ki, ölkənin xarici siyasətinin digər prioritetlərini də göstərmək olar. Məsələn, bunlardan regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması; təhlükəsizliyin və sabitliyin gücləndirilməsi; Xəzər dənizi hövzəsinin demilitarizasiyası; nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması; iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək və s. istiqamətlərdə geniş fəaliyyət proqramın həyata keçirilməsini qeyd etmək olar.
Professor Arif Quliyev onu da əlavə edib ki, Azərbaycan dövləti istər regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prioritetinə istisnasız olaraq böyük həssaslıqla yanaşır.
Dəyirmi Masada hüquq elmləri doktoru, professor, AMEA Azad Həmkarlar Komitəsinin sədri Habil Qurbanov, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri Rəna Mirzəzadə, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli və başqaları çıxış ediblər. Tədbirdə çıxış edənlər “Xalq diplomatiyası” kitabının müəllifi, Ukrayna Azərbaycanlıları Alimlər Şurasının Sədri Arif Quliyevi 70 illiyi ilə əlaqədar təbrik edib, ona uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzu ediblər. Sonra professor Arif Quliyevin mükafatla təltif olunması baş tutub.
“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli “Xalq diplomatiyası” kitabının müəllifi, Ukrayna Azərbaycanlıları Alimlər Şurasının Sədri Arif Quliyevi 70 illiyi ilə əlaqədar “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görüldüyünü söyləyib. Emil Nəsirli bildirib ki, hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi, “Azərbaycanım” beynəlxalq jurnalının Fəxri üzvü Arif Quliyev dövlət quruculuğu, diplomatiya, sosial-iqtisadi, elmi-texniki və təhsil sahələrinin inkişafına böyük töhfəsinə və Azərbaycan diasporunun möhkəmlənməsində xidmətlərinə görə qeyd olunan mükafata layiq görülüb və qızıl ordeni Arif Quliyevə təqdim edib.
Çıxışında professor Arif Quliyevin “Elm və Xalq diplomatiyası” adlı samballı monoqrafiyasında özünün bu sahədəki fəaliyyətində üstünlük verdiyi əsas prinsiplər, istifadə etdiyi metodlar barəsində ətraflı məlumat verən baş redaktor Emil Nəsirli onu da əlavə edib ki, Arif müəllimin qeyd etdiyi kimi, xalq diplomatiyası qlobal çağırış və təhdidlərə, yeni dünya düzəninin bərqərar olmasına, daxili siyasi inkişafın gedişinə cavab olan bir fəaliyyətdir və rəhbərlik, diplomatik və jurnalist fəaliyyətində mühüm təcrübəsi Arif müəllimə öz elmi-pedaqoji fəaliyyətində, elmi əsərlərinin yazılmasında, mətbuatdakı müsahibələrində, eləcə də həmkarları ilə ünsiyyətində, Ukrayna ilə Azərbaycan Respublikası arasında səmərəli münasibətlərin qurulmasında xeyli kömək edir.
Emil Nəsirli onu da xüsusi qeyd edib ki, Arif Cəmil oğlu Quliyevin geniş, çoxşaxəli fəaliyyəti həm Ukrayna, Həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. O, “Ukraynanın əməkdar təhsil işçisi” adına, Azərbaycan Respublikası Prezidenti “Tərəqqi” medalına, “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalına, Azərbaycanın və Ukraynanın 20-yə qədər mötəbər təşkilatlarının diplomlarına layiq görülmüşdür.
Hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev onu “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq gördüklərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və jurnalın kollektivinə minnətdarlığını bildirib.
Sonda Dəyirmi Masada iştirak edənlər xatirə şəkilləri çəkdiriblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM