Azərbaycanda 25 min manata maşın nömrəsi - SİYAHI

23:37 / 25.09.2014

Kamran Əliyev: «DYP-də 15-20 min manata nömrə satılmır»
Dövlət Yol Polisi 3 ildir qanunda nəzərdə tutulan müddəanı icra etmir; nömrələr internetdə satışa çıxarılmır

 

Dövlət Yol Polisi 3 ildir qanunda nəzərdə tutulan müddəanı icra etmir; nömrələr internetdə satışa çıxarılmır. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün müəyyən olunmuş dövlət rüsumu var. Belə ki, nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanunla 22 manat müəyyən edilib. Amma bəzi nömrələr var ki, qiymətinin bir neçə min manat olduğu deyilir. Baha qiymətli nömrələrə isə daha çox iş adamlarının və məmur övladlarının avtomobillərində rast gəlinir. Deyirlər, yaxşı nömrələrin də yaxşı qiymətləri var. El arasında “zerkalnı” adlanan bahalı nömrələri almaq hər adama qismət olmur. Ona görə də iş adamları və məmur övladları bahalı avtomobil alarkən həm də bahalı nömrələrə sahiblənməyə çalışırlar. Bu zaman isə həmin nömrələrin neçəyə olması onlar üçün fərq etmir. Mətbuatda bu nömrələrin bəzən 15-20 min manata alındığı qeyd edilir.
 
Bizimyol.info-nun avtosfer.az-ə istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bununla bağlı açıqlamasında bildirib ki, DYP-də 15-20 min manata nömrə satılmır. Onun sözlərinə görə, tanınmış və yaxud adi bir vətəndaşa, bir sözlə, hər kəsə nömrələr eyni qiymətə satılır. "Dövlət rüsumu haqqında" qanunda hərflərin, rəqəmlərin kombinasiyası üzrə qiymətlər müəyyən edilib və kimsə həmin nömrəni alırsa, dövlət rüsumunu ödəmək məcburiyyətindədir. Burada söhbət istəkdən asılı olan nömrələrə aiddir. O nömrələrin qiyməti 500-2500 manat arasında dəyişir. Hərf və rəqəmlərin dəyişməsindən asılı olaraq qiymət dəyişir. Hərf və rəqəmlərin düzülüşünün kombinasiya üzrə müəyyən edilən dövlət rüsumu var. Adi sıra ardıcıllığı ilə verilən nömrələrin qiyməti isə 22 manatdır”, - deyə K.Əliyev vurğulayıb.
 
Qeyd edək ki, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat müəyyən edilib. Əgər bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat nəzərdə tutulub. Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat - hərflər eyni olduğu halda 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.
 
Facebook sosial şəbəkəsində "Cars in Baku" qrupunun yaydığı siyahıda isə tamam başqa mənzərə ortaya çıxıb. Belə ki, bu siyahıda satışa çıxarılan nömrələr arasında 25 min manatlıq nömrələr də var. Əslində, "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, satışda olan nömrələr Dövlət Yol Polisi İdarəsinin intnernet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində vətəndaşların rahat görə biləcəyi yerdə tablolalarda yazılmalıdır. Burada həm nömrə, həm də onun satış qiyməti qeyd olunmalıdır. Vətəndaş da öz cibinə uyğun nömrəni seçməli, banka ödəniş etməli və qəbzlə birlikdə DYP-yə yaxınlaşıb həmin nömrəni almalıdır. Lakin 3 ilə yaxından DYP qanunun bu müəddəasını icra etmir. Əvəzizində isə başqaları bundan çox məharətlə istifadə edir. Buyurun, Cars in Baku»nun paylaşdığı nömrələrlə və onların qiymətləri ilə tanış olun. Əslində, Azərbaycan qanunvericiliyində ən bahalı nömrə 2500 manatdır. Bu siyahıda isə 1000 manatdan 25 min manata qədər olan nömrəyə rast gəlmək olar.
 
Siyahı:
90 *R 022 - 1500 AZN = TƏCİLİ 
90 AA 1*5 - 13500 AZN 
10 A* 600 - 6300 AZN
10 O* 900 - 9000 AZN 
10 *D 900 - 5700 AZN - Yeni 
10 YY 05* - 6200 AZN - Yeni 
10 PP 05* - 6500 AZN 
90 AS 11* - 3300 AZN 
90 *C 010 - 2700 AZN
10 *O 002 - 20000 AZN - Yeni (super seriya ilə) 
10 O* 009 - 13500 AZN - Qeydiyyatsız 
10 A* 004 - 7500 AZN 
10 YY 109 - 5700 AZN 
10 EE 666 - 4700 AZN - TƏCİLİ
10 *A 200 - 4700 AZN 
10 *U 005 - 4700 AZN 
10 *P 333 - 3200 AZN
10 ** 123 - 25000 AZN - Cüt hərf 
10 S* 555 - 14000 AZN - Qeydiyyat ilə
99 AA 12* - 12300 AZN 
10 A* 003 - 12500 AZN
10 *A 009 - 11500 AZN - Qeydiyyat ilə 
10 *Z 009 - 11500 AZN - Qeydiyyat ilə
90 AA 32* - 11500 AZN
90 AS *0* - 11000 AZN - Qeydiyyat ilə - cüt rəgəm 
90 ** 333 - 6000 AZN - cüt hərif
10 B* 011 - 5700 AZN
10 E* 006 - 5200 AZN
90 ** 999 - 5000 AZN 
10 Z* 003 - 4700 AZN
90 A* 099 - 4200 AZN
10 *O 050 - 4000 AZN
10 A* 060 - 3700 AZN
10 *R 800 - 3700 AZN 
90 *S 007 - 3300 AZN
90 A* 096 - 3200 AZN
10 *M 110 - 3200 AZN 
10 ** 088 - 2700 AZN - cüt hərif 
10 ** 033 - 2700 AZN - cüt hərif
90 *D 011 - 2200 AZN 
90 *K 333 - 2200 AZN 
90 *O 012 - 1200 AZN
10 N* 033 - 1000 AZN
10 ** 036 - 1000 AZN - cüt hərf 
 
Paytaxt yollarında “zerkalni” nömrələrə daha çox bahalı maşınlarda rast gələ bilərik. Bu maşınların qiyməti yüz minlərlə ölçülür. Dəbdəbəli həyat yaşayan imkanlı insanlar bahalı maşınlar, qeyri-adi yaşam tərzi ilə yanaşı, diqqət çəkən avtomobil nömrələrinə də üstünlük verirlər. “Zerkalni” nömrələr imkanlı təbəqə arasında prestij hesab edilir.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM