Ucuz qurbanlıqlar bu ünvanlarda (SİYAHI)

15:44 / 26.09.2014

Nazirlik bu bayramda da qiymət artımının qarşısını alacaq

“Ay arvad, bu bayramda qurban kəsmək istəyirəm. Neçə vaxtdır 150 manat pul yığmışam. Gərək indidən heyvan alım ki, bayrama 2-3 gün qalmış heyvanların qiyməti "kəllə-çarxa qalxacaq"”, - söyləyən 65 yaşlı Şöhrət Kərimov Qurban bayramında ətin qiymətinin qalxmasından çox narahatdır. O, iki aylıq pensiyasından ayırdığı 150 manata heyvan almaq istəyir. Lakin Şöhrət dayı qorxur ki, bayram günlərində ətin qiyməti qalxaq və bu pula heyvan tapa bilməz.

Əslində bu fikir təkcə Şöhrət Kərimovun deyil, bir çox paytaxt vətəndaşını narahat edir. Çünki, hər il adət etdiyimiz kimi, Qurban bayramı ərəfəsində iri və xırda buynuzla heyvan bazarında qiymət artımı müşahidə olunur. Lakin rəsmi qurumla tam əminliklə bildirirlər ki, bu bayramda nə ətin, nə də diri heyvanın qiymətində artım olmayacaq.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov ANS PRESS-ə açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də Bakıda və ətraf qəsəbələrdə qurbanlıq heyvanlıqların satışı təşkil olunan yarmarkalar keçiriləcək. Yarmarkaların keçirilməsində başlıca məqsəd bayram ərəfəsində ət və ət məhsullarının, eləcə də, diri heyvanların qiymətinin artırılmasının qarşısını almaqdır.

“Yarmarkalar ötən ilki bazarların yerlərində təşkil olunacaq. Bundan əlavə, yeni ərazilərdə qurbanlıq heyvanların satışı qurulacaq. Nəzarət olunacaq ki, süni qiymət artımı olmasın. Hansısa satış məntəqələrində qanunsuzluq aşkar olunarsa, cavabdeh şəxslər ciddi şəkildə cəzalandırılacaq”, - deyə Əliabbas Bağırov bildirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən də bildirilib ki, Qurban bayramı ərəfəsində ət və ət məhsullarının qiymətində heç bir artım olmayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, artıq reydlərə başlanılıb.

Qeyd olunan günlərdə əhalinin müxtəlif ərzaq məhsullarına olan təlabatının artmasını nəzərə alaraq bazarlarda reydlər keçirilir. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri keçirilir. Bazarlarda intensiv olaraq yoxlamalar aparılır. Əgər kimsə süni qiymət artımı halları ilə rastlaşarsa, o zaman nazirliyə məlumat versin”, - deyə Abbas Əliyev bildirib.

Abbas Əliyevin sözlərinə görə, təşkil olunacaq yarmarkalar əsasən əhalinin daha çox bazarlıq etməyə adət etdiyi ərazilərdə təşkil olunacaq. Bakıının 9 rayonu və bütün qəsəbələr ərazisində belə yarmarkalar olacaq.

Qeyd edək ki, hazırda təşkil olunacaq satış yarmarkalarının ünvanları hazırlanır. Yarmarkalar əsasən ötən illər təşkil olunmuş ərazilərdə keçiriləcək.

ANS PRESS ötən ildə təşkil olunan yarmarkaların ünvanlarını təqdim edir:

Sabunçu rayonu

-Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,dəmir yolu stansiyasının yanı;

Zabrat-Kürdəxan yolu, Zabrat dairəsi;

Nərimanov rayonu

-Əliyar Əliyev küçəsi 26,Keşlə bazarının yanı.

Xətai-Nizami rayonu

-Xətai rayonu,Nobel prospekti, “Nargilə”kafesinin yanı;

Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;

-Nizami rayonu,R.Rüstəmov küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsi, “Milord” restoranının yanı;

Suraxanı rayonu

-Zığ qəsəbəsi Hatəm Alleverdiyev küçəsi,Tikiş sexinin yanı;

Bülbülə qəsəbəsi,N.Nərimanov küçəsi,Bakı Toxuculuq ASC-nin yanı,

Əmircan qəsəbəsi malik Mustafayev küçəsi “Neftçi” stadionun yanı;

Qaraçuxur qəsəbəsi,Etibar Bəkirli küçəsi,114N-li yaşayış evinin yanı.

Hövsan qəsəbəsi,Oqtay Şabanov küçəsi,Maral heykəlinin yanı

Səbail rayonu

– Bibiheybət yolu, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanı

20-ci sahə dairəsi ticarət cərgəsinin arxasındakı boş sahə

Yasamal rayonu

-Şərifzadə küçəsi,196,İdeal Şadlıq sarayının həyəti

Binəqədi rayonu

-8mkr Cəfər.Xəndan və Atatürk prospektinin kəsişməsi, Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfi, Boksol yolu ilə kəsişmənin yanı.

Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 78, qəsəbə mərkəzi-Əsgərov Ramiz-Biləcəri qəsəbəsi, Xırdalan –Binəqədi yolunun A.Zeynallı küçəsi ilə kəsişməsi

Xəzər rayonu

- Binə qəsəbəsi, ƏliAğa Vahid küçəsi 6, Sovxoz yol Qala qəsəbəsi, Dəmiryolçular küçəsi,Qala dəmiryolu stansiyasının yanı;

-Mərdəkan qəsəbəsinin girişi,Yeseni küçəsi, “Bank of Baku”nun qarşısı.
Pirallahı rayonu

-Rayonun 3 hisəsində ət kəsimi məntəqələri fəaliyyət göstərəcək.

Qaradağ rayonu

-Lökbatan qəsəbəsi Dəmir yolu stansiyasının yanı,

-Sahil qəsəbəsi Mədəniyyət evini yanı.

-Meyvəli bazarın yanı, Qaçayev Babasən-Qobustan mərkəzi.

Bazara çıxarılacaq ətin keyfiyyətin gəlincə, Dövlət Baytarlıq Xidmətindən əminliklə bildirilir ki, bu baxımdan da heç bir problem olmayacaq. Baxmayaraq ki, ötən aydan bəzi rayonlarda iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılmışdı. Əsasən Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, Bərdə, Samux, Laçın, Zərdab rayonlarında heyvanlar arasında “Nodulyar dermatit” adlı virus bu xəstəliyə rast gəlinir.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, həmin rayonlardan gətirilən heyvanlar ciddi şəkildə yoxlanılacaq. Onun sözlərinə görə, hansı kənddə virus aşkar olunubsa, həmin yerlərdən heyvan gətirilməsinin qarşısı alınacaq.

“Nodulyar dermatit” virusu yayılan kəndlərdən heyvan gətirilməsi məhdudlaşdırılacaq. Bundan başqa, satşa çıxarılacaq heyvanlar bir neçə mərhələdə yoxlamalardan keçiriləcək. Heyvanların linfa düyünlərindən nümunələr götürülərək, analiz olunacaq. Bundan başqa, bütün salllaqxanalarda xüsusi yoxlamalar təşkil olunacaq. Heyvanların kəsilmə şəraitinə ciddi şəkildə nəzarət olunacaq”, - deyə Yolçu Xanvəli bildirib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM