Elman Nəsirov: "Jirinovskinin Azərbaycanla bağlı fikirlərində 180 dərəcə dəyişiklik özünü göstərirsə..."

12:15 / 29.09.2014

“Rusiya rəsmilərinin Azərbaycana səfəri  ikitərəfli münasibətlərin inkişafı mənafeyinə xidmət göstərir". 


 
Strategiya.az bildirir ki, bunu Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirov Aktual.az-a şərh edib.
 
 
"Çıxışlarına, davranışlarına, münasibətinə görə, birmənalı qarşılanmayan Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovskinin Bakıya səfəri, eyni zamanda Moskva şəhərinin merinin Bakıda səfərdə olması, səfər çərçivəsində Azərbaycanla kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü ilə bağlı 48 sənədin imzalanması, bir daha təsdiq edir ki, ikitərəfli münasibətlərdə inkişaf tendensiyası müşahidə olunmaqdadır”, - deyə politoloq vurğulayıb. 
 
 
 O qeyd edib ki, Rusiya rəsmilərinin ölkəmizə son səfərləri Azərbaycanın balanslı, çoxvektorlu siyasət yeritdiyini bir daha təsdiq edir: “Azərbaycan milli dövlətçilik maraqlarından çıxış edərək xarici dövlətlərlə münasibətini formlaşdırır və inkişaf etdirir. Bəyənatlarında bir çox hallarda anlaşılmaz məqamlar olan Jirinovskinin Bakıya səfəri yəqin ki, bir çox suallar doğurur. Səfər ərəfəsində Rusiya Liberal Demokrat Partiyasının sədrinin Azərbaycana loyal münasibəti, Azərbaycanda rus məktəblərinin, tolerantlıq mühitinin mövcudluğu, Azərbaycan prezidenti ilə bağlı səsləndirdiyi müsbət fikirlər təbii ki, bizim üçün xüsusi əhəmiyət kəsb edir.Yenə də bu fikirdəyəm ki, siyasətdə birdən-birə heç nə baş vermir. Jirinovskinin Azərbaycanla bağlı fikirlərində 180 dərəcə dəyişiklik özünü göstərirsə, burada konkret motivlər var”.
 
 
Zaman-zaman Rusiyanın “qamçı” və “kökə” siyasəti yeritdiyini vurğulayan politoloq bildirib ki,  Azərbaycanla bağlı fərqli fikirlər səsləndirən Jirinovskinin mövqeyinin belə dəyişməsi Rusiya rəhbərliyinin Azərbaycana münasibətdə “qoğal” siyasəti yürütdüyünü göstərir: “Rəsmi Moskvanın Azəbaycanla münasibətləri indiki geopolitik reallıqda beynəlxalq konyukturanı nəzərə alsaq xoşməramlı siyasət kimi dəyərləndirilə bilər. Rusiyanın özü Qərbin, Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalardan artıq ziyan çəkməyə başlayıb. ABŞ dövlət Departamentinin ən son məlumatına görə, rublu qiymətdə saxlamaq üçün Rusiya bu gün 37 milyard dollar vəsait xərcləyib. Bu gün Rusiyanın ayrı-ayrı müəssisələrinin Avropa banklarına olan borclarının həcmi 1.3 trilyon dollara gəlib çatıb. Bu il isə həmin borcun 157 milyard dollarını qaytarmaq lazımdır. Bütün bunlar Rusiyanın Azərbaycanla bağlı siyasətinə, yəni kənd təsərrüfatı ölkəsi, eyni zamanda nəhəng enerji potensiaılna malik olan Azərbaycanla münasibətinə yenidən baxmaq, yenidən qiymətləndirmələr həyata keçirməyi labüd edir”. 
 
 
E. Nəsirov deyib ki, V.Jirinovskinin Bakıya səfərinin siyasi motivlərini Rusiyanın mövqeyi kimi açıq şəkildə başa düşmək mümkündür: “Rəsmi Moskva bu addımla demək istəyir ki, vaxtilə əleyhimizə bəyanatlar verən bir şəxs Azərbaycanın mövqeyini müdafiə edə biləcək siyasəti də həyata keçirə bilər və Azərbaycanla bağlı müsbət fikirlər səsləndirmək imkanına malikdir”.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM