Əli Həsənov: “Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir”

13:55 / 29.09.2014

Azərbaycan Prezidenti Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı yaydığı növbəti hesabata münasibət bildirib.
 
PA-nın şöbə müdiri Ə.Həsənov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir.
 
Onun sözlərinə görə, indi Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir:
 
“İnsanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır”.
 
Ə.Həsənov qeyd edib ki, xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərib, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməyiblər:
 
“Hazırda Qərbin demokratik standartlarına uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən müvafiq düzəlişlər və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin, onların hesabatlılığının təmin edilməsi, bu sahədə mövcud pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Hesab edirik ki, istənilən sahədə şəffaflığın olmaması korrupsiya və digər qanun pozuntularına birbaşa yol açan başlıca səbəblərdən biridir. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaqardına vuran ayrı-ayrı təşkilatları, xüsusilə də onların “demokratiya carçısı” kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, “5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır.
 
Təəssüf ki, müəyyən xarici dairələr insan hüquqları ilə bağlı təhrif olunmuş ayrı-ayrı halları ümumiləşdirərək müstəqil ölkələr barədə mənfi rəy formalaşdırmaq praktikasından geniş şəkildə yararlanırlar. Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümləri, media və vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hallarını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Ancaq bir gün öncə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: Nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar Qərbin bəzi dairələrinin hətta region ölkələrinə münasibətində də özünü açıq şəkildə büruzə verir.
 
Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndələri tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.
 
Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində deyil”.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM