Trend xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, istinqatın ilk günündən bu şəxslər onların özlərinin tələb etdiyi vəkillə təmin olunub: "Vəkillə də hər gün, istənilən vaxt görüşürlər. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq hüquq və azadlıqları təmin olunur".
Baş prokuror Leyla Yunusovaya qarşı zorakılıq törədilməsi məsələsinə də aydınlıq gətirib: "Yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır. Dərhal ekspertiza keçirilib, heç kəsə xəsarət yetirilməyib".