Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərin ali tibbi təhsil (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə) olmalıdır.
Könüllülərin 25-45 yaş arası olmaları tələb olunur. Seçim edərkən xarici dil bilənlərə üstünlük veriləcək. Maraqlananlar tərcümeyi-hallarını[email protected] elektron poçtuna göndərməlidir.