Həqiqət belə idimi?
Ceksonun şübhəli ölümünün arxasında qəribə hadisələr silsiləsi var. Ceksonun 1990-cı illərdə şöhrətinin zirvəsindəykən hazırladığı "Black Or White" klipinin əvvəlində yer alan təxminən dörd dəqiqəlik rəqs səhnəsi sırf tamaşaçıya qabiliyyətini göstərmək üçün hazırlanmadığı deyilirdi. "Music İndustry Exposed" adlı sənədli filmdə klipin analizi edilərkən, Ceksonun çox açıq şəkildə bir ayin icra etdiyini və şeytanları qovduğu iddia edildi. Deyilənlərə görə etdiyi rəqslərlə o, əslində dünyada musiqini də öz nəzarətində saxlayan gizli təşkilatlara meydan oxuyurdu.
Bəs görəsən Ceksonun şöhrəti niyə yavaş-yavaş sarsılmağa başladı? Uşaq təcavüzündən tutmuş ərəb şeyxini 7 milyon dollar atmasına qədər bir çox ittihamlar var idi. Lakin irəli sürülən ittihamlarla bağlı heç bir sübut yox idi. Bunlar azmış kimi, dəri xəstəlikləri ilə bağlı xəbərlər də, məşhur ulduza zərər verdi. Ancaq o yenə də dünya səviyyəsindəki heyran kütləsi ilə bir çoxlarını qabaqlayırdı. Cekson, 2009-cu ildə verdiyi müsahibələrinin birində "Dünyanı xilas etmək üçün yalnız 4 iliniz qaldı" deməsi ilə insanlara nə demək istəyirdi? Cekson nələri bilirdi? O, öz əcəliyləmi öldü?
Mətbuata açıqlamalar verən Mayklın oğlu Prince Cekson, atasının öz əcəliylə yox kimlərsə tərəfindən öldürüldüyünü iddia edir: “Çölə nə vaxt çıxırdıqsa maska taxmaq məcburiyyətində idi. Bizi heç kimin tanımasını istəmirdi. Hər zaman bizə zərər gələcəyindən qorxurdu. Əvvəllər bunu anlamırdım və çox hirslənirdim. İndi isə hər şeyi anlayıram. Atamı öldürdülər. Həkim Murray qışqıraraq bizi çağırdı. Qaçaraq yuxarı qalxdım. Həkim Murray dayanmadan qışqırırdı. O sırada bacım ağlayaraq gəldi."
Ceksonu kim öldürmək istəsin ki?
Cekson kəşf edilən zaman o bir qaradərili idi. Ceksonu kəşf edənlərin ona "Vitiliogo" xəstəliyini bulaşdırdıqları iddia edilirdi.
"Vitiliogo" xəstəliyi qazanılmış xroniki xəstəlikdir. (Xəstəlik irsidir, müalicəsi də yoxdu. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir. Dəridə olan "melanin" adlı xüsusi piqmentin azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər.
Yuxarılar yəni onu kəşf edənlər pop kralının qaradərili biri olmasını istəmirdilər. Cekson dərisinin rəngini öz istəyi ilə qaradan ağa dəyişdirmədiyini və bunun daima medianın gündəmində olmasından narahat olduğunu bildirirdi: "Çox yorğunam. Həqiqətən bu hadisələrdən bezdim. Mətbuatın hər şeyi dəyişdirməsindən bezdim. Onlar həqiqətləri demirlər. Yalan danışırlar. Bütün zamanların ən çox albom satanı olursan və daha sonra birdən-birə məni homoseksual, uşaq təcavüzçüsü deyə adlandırırlar. Dərimin rəngini dəyişdirdiyimi söyləyirlər. Onlar hər şeyi, xalqı mənim əleyhimə çevirmək üçün bunları edirlər. Mən irqimi bilirəm. Güzgüyə baxdığımda bunu görürəm."
Ceksonun müsahibələrində dediyi "Onlar" əslində kimlər idi?
Cavab çox sadədir. Onlar subniminal mesajlardan istifadə edərək beyinlərimizi məhv edənlərdir. Onların 2 silahı var. Bunlardan ən güclüsü mediadır. 2-cisi isə musiqi və filmlər. Dünya əhalisinin böyük bir qismi musiqi dinləyir. Lakin çox təəssüf ki, yalnız kiçik bir azlıq mahnı sözlərinin gerçək mənasını və dinləyənlərin üzərində buraxdığı təsiri anlayır. Məşhur olan mahnıların bir çoxu əhəmiyyətli mənalar özündə ehtiva edər. Bir çoxu içində satanizmi, cinsəlliyi, şiddəti əks etdirir.
Məşhur mahnılarda geniş şəkildə istifadə edilən bəzi sözlər və ya adlar vardır. Bəzən sözlər və ya adlar nəqarətlərdə üstü örtülü olaraq ya da "Ağılda qalıcı" bir tonda deyilər. Bunun sayəsində insanların beyninə təsir edilir. 25-ci kadrın sayəsində "Onlar" uşaqların şəxsiyyətinin formalaşmasında rol oynayaraq, gələcəkdə verəcəkləri qərarlara təsir qoyur. "Onlar" adlananlar əslində əsası 18-ci əsrdə qoyulduğu deyilən "İllimunati" adlı təşkilatdır. Bəs bu təşkilatın məqsədi nədir?
Hər gün izlədiyimiz klipləri və filmləri bu təşkilat yönləndirir. Sevə-sevə izlədiyiniz məşhurlar əslində bu təşkilata itaət edərək bu qədər məşhur olublar. İtaəet etməyənlər isə şərlənərək həbs edilir və ya öldürülür. Bəs "İllimunati" ilə Ceksonun nə əlaqəsi var? Bəziləri Ceksonun bu təşkilatda olduğunu sonradan öz arzusu ilə ordan çıxdığını deyirdi. Bəziləri isə umumiyyətlə Ceksonun təşkilatda olmadığını və onlarla mübarizə apardığını iddia edirdi. Təşkilat Ceksonu öz itaətinə almaq istəyirdi. Ceksonun "Mən sizin köləniz deyiləm " deyərək bu gizli təşkilatla əlaqəni kəsdiyi iddia edilirdi. Bəs "Onlar" Ceksondan nə istəyirdi.? Məsələ burasındadır ki, Cekson onlara meydan oxuyurdu. Bəzi məşhurlar kimi ruhlarını satıb onlara itaət etmədi. Qaydaları pozdu. Öldürüləcəyini bilə-bilə kliplərində daima onlarla gizli formada mübarizə apardı.Verdiyi müsahibələrdə müəyyən formalarda "Dünya musiqisini nəzarətdə saxlayanlardan" danışırdı. Təbii ki, sevə-sevə onun rəqsinə baxanlar, müsahibələrini oxuyanlar bunun ayin olduğunu, Ceksonun əslində nə demək istədiyini anlaya bilmirdilər. Bəziləri bu iddiaların sadəcə təsadüf olduğunu deyirdi. Amma Ceksonun bacısı Toyanın verdiyi müsahibədə dedikləri təsadüfə oxşamırdı. Toya müsahibəsində bunları dedi: "Maykl mənə davamlı olaraq onu öldürəcəklərini söyləyərdi. Öləcəyini deyirdi. Həmin gün qışqırıq eşidəndə dərhal "Bunu kim etdi?" deyə soruşdum. Çünki o davamlı olaraq öldürüləcəyini deyirdi. Yalnız mənə deyil, anama da deyirdi..".
Təbii ki, Ceksonun bu dedikləri əslində doğru olmaya da bilər . Çünki onun psixi problemlərinin olduğu və daima təqib edildiyini düşündüyü də irəli sürülür.
Müxbirin “Bunu kim etdi?” sualına Toyanın cavabı isə maraqlıdır:
"Bununla əlaqəli bir neçə şey var, həkimə baxırsan və bir günahkar görürsən. O, bir günahkardı"
Müxbir : "O zaman arxa planda başqaları da var?"
Toya: "Bəli"
Müxbir : Bu kədərli xəbəri aldığında harda idin?
Toya : Əslində atam məni axtardı və mən evdəydim. O, mənə Farrahdan danışdı. Mən "ola bilməz" dedim. Çünki sıradakının kim olduğu ilə maraqlanırdım. Çünki bu daima üçlü olur.
Təbii ki, Toyanın bu danışdıqlarından heç kim, heç nə başa düşmədi.
Ceksonun ailəsi çəkinmədən bildiklərini izah edirdilər. İzləyənlər müsahibələrdən bəzi məqamları ümumiyyətlə anlaya bilmirdilər.
Toyanın demək istədiyi bu idi. Eyni gün 3 adam öldürülməli idi, 3 məşhur. Toya bilmirdi ki, bunlardan biri Cekson olacaq. 25 iyun tarixində M.Ceksondan başqa ABŞ-da yetərincə tanınan 2 nəfər də öldü.
Həmin üç məşhur.
Michael Jackson 25 İyun 2009
Farrah Fawcett 25 İyun 2009
Sky Saxon 25 İyun 2009
Toyyanın adını çəkdiyi Farrah, Farrah Fawcett idimi?
"İllimunati" adətən kimisə öldürəndə bunu 3-lü formada edir. Bu 3 nəfərdən biri çox tanınmış olmalıdır. Digər ikisi çox da tanınmış olmaz. Və media bir adamın üstündə dayanar. Əks halda insanlar bəzi şeyləri fərq etməyə başlayacaqdı.
Bəs niyə 25 iyun tarixi seçilmişdi? 25 - bu şeytanı güclər üçün ayrı bir əhəmiyyət daşıyır. Öldürülən qurbanların ya ayın 25-də ya da 25 yaşında olmalarına böyük əhəmiyyət verilir. Tarixə nəzər salaq.
Michael Jackson 25 İyun 2009
Farrah Fawcett 25 İyun 2009
Sky Saxon 25 İyun 2009
Ceyms Brown 25 dekabr 2006
Earha Mae Kitt 25 dekabr 2008
Lisa Lopes 25 Aprel 2002
Roger Troutman 25 Aprel 1999
Aaliyah Haughton 25 Avqust 2001
Static Major 25 Fevral 2008
Tupac 13 Sentyabr 1996 ( 25 yaşında)
Bu qədər məşhurun hansısa ayın 25-də ölmələri təsadüfdürmü? Təbii ki, "Bu qədər də olmaz axı. Bizə nağıl danışırsan bunlar təsadüfdür" deyəcəksiniz. Bəli bunlar da təsadüf ola bilər. Amma Ceksonun " They Dont Care About Us" klipində bu görüntünün təsadüf olmadığını deyənlər var.
Gördüyünüz görüntünün tam da üstünə düşdüyü yerdə "Məni öldürə bilməzsiniz" sözləri sizcə təsadüfdürmü? Bəlkə də təsadüfdür. Cekson "İllimunati" simvollarının birinin yanında "Məni öldürə bilməyəcəksiniz" deyir.
Sözlər belədir: You Can never kill me. (Məni heç vaxt öldürə bilməyəcəksiniz)
Ceksondan geriyə qalan suallar bunlar oldu.
1. Ceksonun cənazəsində iştirak edən bu yaşlı adam kim idi? Şəkildəki yaşlı adam dəfələrlə onun konsertlərində ön sıralarda əlində kamera ilə görülüb.
2. Həkim Murray niyə yalnızdır?
3. Ceksonun anma mərasimindən bir gün əvvəl niyə Los-Anjelesin küçələrində “The Greatest Show on Earth (Dünyadakı ən böyük şou)” adlı elanlar var idi?
4. 25 iyun tarixində niyə Ceksonun evinin kameraları yoxa çıxmışdı?
6. Maykl niyə ölümündən əvvəl xəstə kimi görünməyə çalışdı? 2 ay ərzində 30 dəfə xəstəxanaya getdi.
7. Niyə bir ailə dostu Mayklın 6 ay ərzində öləcəyini dedi? Niyə Maykl bu sözdən 6 ay 2 gün sonra öldü?
8. Ceksonun ölümü ilə bağlı 911-ə edilən zəng niyə onun evindən yox Beverly Hillsdeki bir otelden edilmişdi?
9. Niyə rəsmi ölüm saatından 6 dəqiqə əvvəl Ceksonun öldüyü xəbəri mediada yayıldı?
10. Niyə Jermaine Jackson, Mayklın ölümündən sonra verdiyi müsahibədə xəstəxana əvəzinə havalimanı dedi?
11. Ceksonun aparıldığı xəstəxanada niyə yanğın alarmı var idi?
Bu sualların doğru cavabları hələ ki verilməyib. Amma həmişə bir əvvəlki parçaya baxmaq lazımdır. İnsanlar parçaları birləşdirə bilmədikləri üçün suallar yaranır, hər şeyi təsadüflərə bağlayırlar və sonra da təsadüfən ölürlər. Medianın dili ilə desək, "M.Cekson həkimin məsuliyyətsizliyi üzündən təsadüfən öldü...."
Ruhun şad olsun Cekson...!/Bizimyol.info/