Çoxlarımız azad insan olduğumuzu düşünürük. Ancaq mənim sizi məyus edəcək xəbərlərim var. Quldarlıq hələ də ləğv olunmayıb. Sadəcə, forması dəyişib. İnanmırsınızsa, aşağıdakı əhvalatları oxuyun. Milli.Az-ın təqdim etdiyi əhvalatlarda özünüzü görəcəksiniz. Əgər razılaşmırsınızsa, şərhinizi yazın. Bu mövzuda istənilən diskussiyaya hazıram.
Kredit kartları
Elşən Allahverdiyev aya 600 manat pul qazanır. Onun "Bolkart", "Albalı Kart", "World Card" kimi bir neçə kredit kartı var. Bu kartlara üst-üstə borcu 3000 manatdır. Bu kartların xidmətlərindən istifadə etdiyi üçün hər ay əmək haqqının 20 faizini - 120 manat ödəyir.
Borcları qaytardıqca yeniləri üzərinə gəlir. Yəni nə qədər qaytarsa da, yenidən həmin kartlarla alış-veriş edir və borc, demək olar ki, dəyişməz qalır. Borclardan tamamilə xilas olmaq üçün bir neçə ay ard-arda əmək haqqının yarısını banklara ödəməlidir ki, bunu da edə bilmir. Çünki digər işləri üçün pul qalmır.
Digər tərəfdən isə reklamlar, minimum ödənişlər, inanılmaz endirimlər onu özünə cəlb edir və hər dəfə borclarını artırır. Elşənin ildən ilə bankları dolandırmaqdan başqa çıxış yolu yoxdur.
Maraqlı fakt: Elşən artıq uzun müddətdir ki, şəxsi biznesini qurmağı arzulayır. Biznesin rentabelli olmağı və 30% illik gəlir onu tamamilə qane edərdi. Ancaq banklara olan borcu imkan vermir ki, Elşən öz arzularını reallaşdırsın.
Avtomobil
Hafiz Quliyev avtomobil həvəskarıdır. Əvvəllər o işə, dərsə, evə metro ilə gedirdi. Sonradan pul toplayaraq "VAZ 2107" aldı. İndi isə öz "07"ni sataraq ilkin ödəniş düzəldib və "Mercedes E-Class" (el arasında bu maşına "dörd göz" və ya "qoşa fara" da deyirlər) alıb. Aydan-aya pulunu güclə çatdırır. Ən vacib şeylərə, misal üçün, tətilə, sağlamlığına xərclənəcək pullara qənaət edir. Ancaq avtomobilinin mühərrikindən gələn anlaşılmaz səsin kəsilməsi üçün simiclik etmir. O, həyatını avtomobilsiz təsəvvür edə bilmir.
Hər ay avtomobil üçün kredit ödəyir, ehtiyat hissələri, sığorta və s. alır, hər gün parkinqə pul ödəyir, xırda cızıqları düzəltmək üçün əlini cibinə salır. İki ildən bir maşının təkərlərini dəyişir, həftədə üç dəfə benzin bakını doldurur. Belə pullar xərcləyərkən heyfslənmir. Çünki maşın üçün pul xərcləmək imkanı var. Ancaq Hafiz dörd təkərli gözəli üçün xərclədiyi xırda pulları hesablasa, dəhşətə gələr. Bu gözəl hər ay onun əməkhaqqının üçdə bir hissəsini, boş vaxtının isə yarısını əlindən alır.
Kiçik xərclər
Ceyhun Vəkilov santexnik işində çalışır. Oradan 10 manat, buradan 20 manat alır. Ümumilikdə götürəndə qazancı pis deyil. Ancaq Ceyhunun pulqabında heç vaxt əhəmiyyətli məbləğdə pul görünmür. Demək olar ki, həmişə əli aşağıdır.
Nəyə görə?
Çünki Ceyhun nə qədər qazansa da, heç hesablamadan dərhal xərcləyir. 5 manat evə getmək üçün taksiyə, 5 manat restoranda nahar yeməyinə və s. Nə vaxt qazandığının, necə xərclədiyinin fərqində olmur.
Əgər Ceyhun özü üçün qeyd dəftəri tutsaydı və gündəlik xərclərini ora yazsaydı, ayın sonunda alınan rəqəmləri görəndə tükləri biz-biz durardı. Onda başa düşərdi ki, gündəlik əhəmiyyətsiz hesab etdiyi naharlar və digər xərclər ayın sonunda böyük məbləğə çevrilir. Anlayardı ki, taksi ilə getmək rahatdır, ancaq cəmi iki ay ictimai nəqliyyatdan istifadə etsəydi, uzun müddət arzusunda olduğu kompüteri ala bilərdi.
Toylar və ad günləri
Leyla Nəsirova ailə qurmağa hazırlaşır. Leyla baş menecerin köməkçisi işində çalışır. Sevib seçdiyi oğlan isə İT üzrə menecerdir. Yeni qurulmuş ailənin təxmini büdcəsi 700 manatdır. Toy büdcəsi isə 9900 manata qədərdir.
Leyla öz sevdiyi oğlanla, sadəcə, dövlət qurumuna gedərək nikahı rəsmiləşdirdikdən sonra kiçik restoranda dostların əhatəsində onu qeyd edə bilməzdimi? Bu cür dəm-dəsgah, tamada, müğənni, video, rəqqasələrin gətirdiyi aş və başqa lazımsız xərclər onun nəyinə gərəkdir? Səbəb çox sadədir. Leyla bütün dost-tanışları, qohumları kimi ümumi matrisanın tərkib hissəsidir. Ona zorla təbliğ edilmiş ənənələrdən kənara çıxmır. Bundan əlavə, Leyla hesab edir ki, iki nəfərin illik qazancı belə tədbiri keçirməyə və bir neçə toy fotosu çəkdirməyə imkan verir.
Bu sadəlöhv qızın tərəfdarları deyə bilərlər ki, toy ömürdə bir dəfə olan şeydir... Ancaq bundan əlavə ad günləri, yas mərasimləri, uşaqların doğum günləri, sünnət mərasimləri kimi başqa tədbirlər də var.
Alkoqol asılılığı
Namiq adlı Bakı sakini hər gün səhər güzgüyə baxır və axır ki, trenajor zalına getməyə və ciddi məşqlərə başlamalıdır ki, pivənin yaratdığı piylənməni aradan götürə bilsin. Ancaq Namiq həftənin beş günü işləyir, işdən sonra isə dostlarla adama bir-iki parç pivə içir. O, heç də alkoqol asılılığından əziyyət çəkmir. O düşünür ki, az miqdarda spirtli içkinin faydası olmasa da, ziyanı da yoxdur.
Alkoqol və iş onun vaxtını elə tamamlayır ki, trenajor zalına getməyə heç cür imkan tapa bilmir. Həyatının ritmini dəyişmək üçün ciddi stimul da yoxdur. Bundan başqa, ağır iş günündən sonra trenajor zalına getmək heç də zövqlü görünmür.
Reklamlar
Nərgiz Məmmədli də Bakı sakinidir. O, hər gün Coca-cola içir, Marlboro siqareti çəkir, Dirol saqqızı çeynəyir. Gün ərzində üç dəfə Mc’Donalds hamburgeri yeyir. Ondan hər gün Dolce Gabanna qoxusu gəlir. Öz iPhone-nu da Lui Vitton çantasına qoyur.
Bununla belə, Nərgiz əmindir ki, reklamlar onun həyatına heç cür təsir göstərmir. Xəstə mədə və boş cib isə onun öz seçimidir.
Televiziyanın böyük ekranları isə Nərgizi və onun sadəlöhv azğınlığını dəstəkləyir: “Nərgiz, sən azad qadınsan. Sən ağıllı və gözəlsən. Sən hər zaman azad seçim edirsən. Öz maaşına diqqətlə yanaşırsan və dəyərli şeylərə xərcləyirsən”.
Ardı var...
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM