"İraq Şam İslam Dövləti" təşkilatının girovluğunda olan və Həsaka şəhərində saxlanılan 16 girov terrorçuların əlindən qaçıb. Musavat.com xəbər verir ki, məlumatı BBC yayıb.
Qaçan girovlardan biri deyib ki, şəhərin bir hissəsi ABŞ aviasiyası tərəfindən bombardman edildikdən sonra naməlum şəxs kameranın qapısını açıb və onlar azadlığa çıxıblar.
Məlumata görə, bombardman zamanı 30 İŞİD üzvü məhv edilib. Onların əksəriyyəti əcnəbilərdir.