Gürcüstanda 14 yaşlı qızı qaçırmaq istəyən 21 yaşlı azərbaycanlı öldürülüb

12:51 / 06.10.2014


APA-nın məlumatına görə, Qazılar kənd sakini Ülfüqar Quliyev bir ailənin üzvləri tərəfindən döyülüb və hadisə yerində ölüb.
 
Gürcüstan Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, faktla bağlı Gürcüstan CM-nin 108-ci maddəsinə əsasən, qəsdən adamöldürmə faktı ilə cinayət işi qaldırılıb: "Hazırda qızın atası, 1972-ci il təvəllüdlü Novruz Kərimov saxlanılıb. İstintaq müəyyən edib ki, öldürülən 21 yaşlı Ülfüqar Quliyev gecə gizlincə həddi-buluğa yetməyən qızı evlənmək üçün qaçırmaq istəyi ilə Novruz Kərimovun evinə gəlib. Nəticədə o, möhkəm döyülüb və xəstəxanaya aparılarkən aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib. Gəncin ölümündən bir neçə dəqiqə sonra Kaxeti bölgəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Novruz Kərimov günahını boynuna alıb”.
 
Gürcüstan mətbuatının məlumatına görə, ölüm hadisəsi iki gəncin bir-birinə sevgisinin faciə ilə bitməsinə səbəb olub: “Qazılar kəndinin gənc sakinləri bir-birini seviblər. Lakin qızın atası bu sevgiyə mane olub. Qız oğlana mesaj yazıb ki, gəl, məni apar. Oğlan gecə radələrində sevdiyi qızın evinin qarşısına gəlib və maşınında onu gözləyib. Atasının evdə olmamasından istifadə edən qız tez gələrək oğlanın maşınına minib. Onlar maşını işə salan anda qızın atası onları görüb və balta ilə maşının şüşələrini sındırıb. Daha sonra oğlanı ailə üzvləri ilə birlikdə saxlayıb, əl-qolunu və ayağını bağlayaraq evə gətiriblər. Sonra oğlanı qızın ata-anası və iki qardaşı möhkəm döyüblər. Gecə yarısından səhər saat 5:00-dək döyülən oğlan ona verilən işgəncələrdən ölüb”.
 
Hadisənin Qazılar kəndində baş verdiyini adının çəkilməyini istəməyən sakin də təsdiqləyib. Lakin o, APA-ya açıqlamasında hadisənin Gürcüstan mətbuatında yazıldığı kimi olmadığını deyib: "Hadisə oktyabrın 3-dən 4-nə keçən gecə baş verib. Qaçırılan qızın - Nərgizin heç telefonu olmayıb və o, oğlana mesaj da yazmayıb. Amma Ülfüqar Quliyevin ailəsi 7-8 dəfə Nərgiz üçün elçi gəlib. Qızın atası Novruz Kərimov qızının azyaşlı olduğunu deyərək, elçilərə razılıq verməyib. Bundan sonra Ülfüqar Quliyev və onun adamları oktyabrın 3-dən 4-nə keçən gecə saat 2.00 radələrində Novruz Kərimovun evinə giriblər. Onlar qapıbir qonşudurlar. Gecə Novruz Kərimov yatan otağın qapısını arxadan bağladıqdan sonra 14 yaşlı Nərgizi yatağından götürüb maşına gətiriblər və qız ayılaraq qışqırıb. Səsə ata-anası və qardaşları oyanıb. Novruz Kərimov arxadan bağlanan qapını güclə açaraq maşına tərəf qaçıb. Bu vaxt maşın işə düşməyib. Kərimov əlinə gecə vaxtı nə keçibsə, maşına atıb və maşında olanlar qaçıblar. Yalnız Nərgizi qaçırmaq istəyən oğlan - Ülfüqar Quliyev qalıb. Novruz Kərimov daşla və yaxud başqa bir şeylə onun qulağının dibinə vurub. Oğlan özündən gedib. Onu tutub əl-qolunu bağladıqdan sonra evə gətiriblər. Sonra Novruz Kərimov təcili yardıma və polisə zəng vurub, özü isə polisə təslim olub. Xəstəxanaya aparılarkən yolda oğlan ölüb".
 
Qaçırılan qızın dayısı Qafqaz Kərimov APA-ya açıqlamasında hadisə barədə ətraflı məlumat verib: "Nərgiz mənim bacım qızıdır, 14 yaşı var. 3-cü sinfə qədər məktəbə gedib, lakin sonra oxumayıb. Onun telefonu da olmayıb. Hara gedibsə, anası ilə gedib. Biz tərəflər - Qaraçöp eli çöl adamıyıq, mal-qara saxlayırıq. Bizdə qızlar böyüyən kimi məktəbə getmirlər. Hadisə ilə bağlı bildirim ki, 5-6 ay bundan əvvəl Ülfüqar Quliyevin anası Nərgizə elçi düşüb. Lakin qızın ailəsinin razılığı olmayıb. Bu yaxınlarda qıza başqa bir oğlanın ailəsi elçi gəlib. Ülfüqar bunu eşidəndə elə hesab edib ki, Nərgizi həmin oğlana verəcəklər. Buna görə də plan qurublar ki, qızı qaçırsınlar. Ülfüqarla birlikdə 5 oğlan Novruz Kərimovun evinin giriş-çıxışını və kimin hansı otaqda yatdığını dəqiq öyrəndikdən sonra gecə bacımın evinə gəliblər. Maşını bir tərəfdə saxlayaraq, divardan aşmaqla darvazanı açıblar. Sonra işıqları söndürüblər. Qızı qaçıran gənclərdə məlumat olub ki, qızın atası həmin gün evdə olmayacaq. Lakin Novruz Kərimov axşam evə qayıdıb və yatıb. Bunu bilməyən gənclər Nərgizin yatdığı otağa girib, onun ağzını tutub və yorğana bükərək maşına gətiriblər. Nərgiz bir dəfə qışqıra bilib. Ata-ana və 15-16 yaşlı iki qardaşı yuxudan oyanaraq Nərgizə köməyə qaçıblar. Ana maşının qarşısına keçib ki, sürüb qaçmasınlar. Ata qızı qaçırmaq istəyən Ülfüqarı tutub, maşında olan 5 nəfərdən üçü qaçıb. Novruz oğlanları ilə birgə Ülfüqarı evə gətirib və evdə döyüb. Sonra təcili yardıma və polisə zəng vurub. Bildiyimə görə, Ülfüqar Quliyev təcili yardımla xəstəxanaya yola salınanda sağ olub. Mən bundan başqa heç nə bilmirəm".

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM