Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - VİDEO

20:35 / 08.10.2014

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident İlham Əliyev bildirib ki, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub, ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb.

Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb.

Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb.

Dövlət başçısı qeyd edib ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Ötən 9 ayda sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyev vurğulayıb ki, artıq bir çox sahələrdə Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bunu bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqləyib.

Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlət başçısı qeyd edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır: “Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi”.

Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşüb və bunu tarixi hadisə adlandırıb.

Sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

İclasa yekun vuran prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini deyib. Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini qeyd edib, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirib.

Prezident İlham Əliyev bu ilin sonuna qədər investisiya proqramının təsdiq edilməsinin vacibliyini vurğulayıb, müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sahələrinin xüsusi yer tutduğunu bildirib. Dövlət başçısı yaxın iki ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam istifadəyə veriləcəyini bildirib, bununla da Xəzərdə ən iri ticarət limanının yaradılacağını qeyd edib. Hava nəqliyyatının inkişaf etdiyini, keçən rübdə ilk dəfə olaraq Bakıdan Nyu-Yorka uçuşların təşkil edildiyini vurğulayan İ. Əliyev məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini söyləyib, ekologiya məsələlərinin həllinə diqqət göstərilməsinin önəmini vurğulayıb. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən prezident İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM