Turalın anası: "Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə”
O, Bakı Slavyan Universitetinin (BSU) 4-cü kurs tələbəsi idi. Arzusu tərcüməçi olmaq idi. Elə bu səbəbdən də universitetin tərcümə (polyak-azərbaycan-dili) fakultəsini seçmişdi. Amma təhsilini başa vura bilmədi. Valideynlərinin də onunla bağlı arzuları gözlərində qaldı. Böyüdüb boya-başa çatdırdıqları, ali məktəbə daxil olanda sevincdən özlərinə yer tapa bilməyən valideynləri universieti bitirər-bitirməz bu xəbəri aldılar. Neçə-ananın gözünü yaşlı qoyan bu xəbəri. Onlarla gənc kimi o da bu yolu seçmişdi. Artıq camaat arasında gedər-gəlməz adlandırılan, gəncləri bu həyatdan zövq almadan ölümə aparan Suriya yolunu....
Təhsilini yarımçıq qoyan tələbənin izi ilə...
Movqe.az-a BSU-nun 4-cü kurs tələbəsi Əhmədov Tural İsmayıl oğlunun universitetdə təhsilini yarımçıq qoyaraq Suriyaya, döyüşlərə yollandığı barədə məlumat daxil olan kimi araşdırmalara başladım. Məlumatın həqiqətəuyğun olub-olmadığını dəqiqləşdirmək üçün bizə yeganə kömək edəcək mənbə elə BSU idi. Odur ki, ilk öncə universitetlə əlaqə saxladıq. Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev Movqe.az-a açıqlamasında Tural İsmayıl oğlu Əhmədovun vaxtıilə BSU-nun tələbəsi olduğunu təsdiqlədi. T. Əhmədov bildirdi ki, T. Əhmədov 2013-cü ilin aprel ayınadək universitetin polyak-azərbaycan-dili fakultəsinin tələbəsi olub. Elə həmin tarixdən sonra universitetə, dərslərə gəlmədiyindən dərsləri 30 faiz buraxdığından universitetdə təhsili yarımçıq qalıb: " Qaydalara görə, tələbə 30 faizdən yuxarı dərs buraxırsa universitetdən xaric olunur. Tural çox dərs buraxdığına görə, universitetdən xaric olunub. Bizdə olan məlumat bu qədərdir. Onun universitetdə təhsilini yarımçıq qoyduqdan sonra hansı işlə məşğul olduğu barədə məlumat yoxdur”.
Universitetdən Turalın Suriyaya getdiyini təsdiqləyən faktı əldə edə bilmədiyimizdən onu vaxtıilə universitetdə birgə oxuduğu keçmiş tələbə yoldaşları ilə əlaqə saxlamağa cəhd etdik. Çünki, Turalın təhsil aldığı orta məktəbdən, 264 saylı orta məktəbdən onun validynlərinin yaşadığı ünvanı heç cürə dəqiqləşdirə bilmədik. Məktəb direktoru qəti şəkildə Turalın valideynlərinin ünvanını bizə verməkdən imtina etdi. Yeganə ümid yerimiz Turalın dostlarını tapıb onlarla söhbətləşmək idi. Kiçik araşdırmadan sonra onun vaxtıilə universitetdə birgə oxuduğu yoldaşları ilə təmasa keçə bildik.
"Hamımız onu tərbiyyəli, başıaşağı uşaq kimi tanıyırdıq"
Adının çəkilməməsi şərti ilə Movqe.az-a danışmağa razılıq verən Turalın keçmiş tələbə yoldaşı bildirdi ki, hazırda dostları, vaxtıilə Turalla birgə oxuyan yoldaşları da ondan nigarandırlar: "Tural Tərcümə fakultəsinin 403-cü qrupunun ən nümunəvi tələbəsi idi. Hamımız onu tərbiyyəli, başıaşağı uşaq kimi tanıyırdıq. Bilirdik ki, namaz qılır. Hətta dərs fasilələrində də imkan edib namaz qılırdı. Eşitmişdik ki, idmana da gedirdi. Elə evə qayıtmadığı gün də, idmana getdiyini deyib evdən çıxıb. Onun el arasında vəhabi adlandırılan təriqət üzvülərinə qoşulduğu barədə məlumatlar eşidirdik. Elə dərsə də üzü tüklü gələrdi. Dekan israr etdikdən sonra üzünü təmizləyərdi. Bir gün eşitdik ki, Tural evə getməyib. Türkiyəyə, oradan da Suriyaya yollanıb. Bu xəbər bizi də təsirləndirdi. Onun hansı səbəbdən bu yolu seçdiyini deyə bilmərik. Bircə onu bilirik ki, Tural könüllü şəkildə Suriyaya gedib”.
"Qaysaq bağlamış yaramı niyə qopardırsız”
Turalın dostları ilə sağollaşıb onun valideynləri ilə əlaqə saxlamaq üçün etdiyimiz cəhdlər uğurlu alındı. Turalın anası Şəlalə xanımla əlaqə qurmağa müvəffəq olduq. Sözün açığı oğlunu aylardır ki, görə bilməyən ananın qaysaq tutmuş yarasını qoparmaq, onun yarasını təzələmək çox çətin idi. Bəlkədə oğlu ilə bağlı xəbər gələcəyini gözləyirdi telefonda. Amma Turalın anası ilə bağlı danışmaq məcburiyyətində idim. Telefonun zəngimcellinə qoyulan kədərli melodiya yarımçıq kəsilir. Telefonun o başından gələn zəif səs oğlunun adını eşitdikdə əvvəlcə kəsilir. Daha sonra xanım Turalın anası olduğunu təsdiqləyərk bizdən Turaldan "xəbər var” deyə soruşur: "Siz kimsiniz, oğlumu hardan tanıyırsınız? Bəlkə ondan bir xəbər var demirsiniz?”.
Ananın ağlayaraq verdiyi suallar qarşısında verəcəyim sualları bir anlıq unutsam da, çıxış yolunu ona təskinlik verməkdə tapıram. Jurnalist olduğumuzu öyrənən ana əvvəlcə "qaysaq bağlamış yaramı niyə qopardırsız”deyə narazılıq etsə də danışmağa razılıq verir:
"Balam 10 aydır ki, yoxdur"
"Doğru xəbərdir balam 10 aydır ki, yoxdur. 10 aydır ki, bağrıma daş basıb oturub onun yolunu gözləyirəm. 10 aydır ki, gözlərim yollarda balamı gözləyirəm. 22 ildir ki, böyüdüb boya-başa çatdırdığım balamın qoxusunu evdə qoyub getdiyi paltarlarından alıram. Bilmirəm sən də anasan yoxsa yox. Əgər anasansa baladan ayrı qalmağın ana üçün nə demək olduğunu gərək ki, anlayasan. Mənim balam ötən ilin aprel ayının 1-dən evdən çıxıb bir daha geri qayıtmayıb. Evdən gedəndə idmana gedirəm ana dedi. Axşam saat 11 oldu geri qayıtmadı. Telefonuna zəng etdik cavab gəlmədi. Anayam axı dəli oldum ki, bəlkə balamın başına bir iş gəlib. Tez polisə məlumat verdim. 5-6 gün xəbər çıxmadı balamdan. Baxdım ki, xarici pasportunu götürüb özü ilə. Bir gün zəng gəldi telefona. Tural idi. Dedi ki, ana mən artıq Türkiyədəyəm. Gürcüstan vasitəsilə sərhədi keçib Türkiyəyə gedibmiş. Soruşdum bala orda neyniyirsən? Axı sən tələbəsən dərslərin yarımçıq qalıb. Dedi ki, ana haqqını halal elə. Mən Suriyaya döyüşməyə gəlmişəm. Cihada. Çox yalvarıb-yaxardım. Dedim ki, sənə haqqımı halal etmərəm geri dön evimizə. Dedi ki, mümkün deyil, geri dönməyim. Telefonda nə qədər ağlayıb, yalvarıb-yaxardımsa xeyiri olmadı. Telefonu bağladı. Ondan sonra bir müddət yenə əlaqə kəsildi. Arada skayp vasitəsilə əlaqə saxladı. Dedi ki, təlim bölgəsindədir. Təlim keçirlər. Özü də deyirdi ki, təlim bitdikdən sonra Suriyaya gedəcəyindən əlaqə saxlamaq mümkün olmayacaq. Neçə aydır ki, səsini belə eşitmirik. Bilmirik hardadı, ölüdü, sağdı xəbərimiz yoxdur. İnterpola da axtarışa vermişik. İndi bircə arzum var. Balamın yerini öyrənib onun yanına gedib boynuna sarılmaq. Bəs deyincə qoxusunu içimə çəkmək. Atası ilə onun həsrətindən əriyib kül olmuşuq. Gözümüz yolda qalıb qulağımız səsdə. Allah uzaq eləsin. Suriyada döyüşlərdə nə qədər azərbaycanlı gənclər ölür. Neçə-neçə ananın gözü yaşlı qalıb. Baxın indi mən də o analardan biriyəm. Onlardan bircə fəqrim oğlumun ölü yaxud diri olmasından xəbərsiz olmağımdır. Burdan, sizin sayt vasitəsilə oğluma səslənirəm. Əgər məni, atanı az da olsa sevirsənsə, bizim haqqımızı boynunda hiss edirsəndə geri dön, evinə dön Tural, yalvarıram sənə. Əziz balam sən ölümlə üz-üzə durduqca biz evimizdə rahat çörəyimizi yeyib yata bilmərik, bunu başa düş. Sən cihad deyib Suriyaya gedəndə cənnətin anaların ayaqları altında olduğunu, ana-atanı incitməyin Allah yanında xoş qəbul olunmadığını dərk etmədinmi inanclı balam? Axı ata-anadan hallalıq almadan getmək, onların gözünü yolda intizarda qoymaq Allaha xoş gedən bir hərəkət deyil oğlum. Sənin beşiyinin başında lay-lay çalan, böyüdüb barını dərəcəyini gözləyən ananın haqqını beləmi verərələr? Səninlə bağlı o qədər arzularım vardı ki. Universiteti bitirdikdən sonra qardaşın kimi işləyəcəyini düşünürdüm. Toyunu düşünürdüm. Vətən qarşısında borcunu yerinə yetirəcəyini düşünürdüm. İndi bütün bunları düşünə-düşünə yolunu gözləyirəm. İnanıram ki, ananın gözünü yollarda naümid qoymayacaqsan. Heç olmasa yerini de bircə dəfə gəlib görüm səni”.
"Onlar başdan çıxartdı balamı"
Şəlalə xanımın ağlayaraq dediyi bu sözləri dinlədikdən sonra Turalın Suriyaya getməzdən əvvəl belə bir fikrdə olduğu barədə ailəsinə bir söz deyib-demədiyini soruşuram. Şəlalə xanım deyir ki, Tural heç vaxt belə bir fikirdə olduğunu ailəsinə deməyib: "İdmana gedirdi. Orada vəhabi dostlarının olduğunu eşitmişdim. Onlar başdan çıxartdı balamı. Elə bilirsiniz onların göz yaşlı qoyduğu təkcə mənəmmi?. Bir qadın vardı tez-tez zəngləşirdik. O da mənim dərdimdə idi. Onun da oğlunu vəhabi dostları başdan çıxardaraq Suriyaya yola salmışdı. (səsi qırılır, daha sonra telefonun o başından hönkürtü səsi gəlir).
"Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə”
Şəlalə xanım deyir ki, ali savadlı dil-ədəbiyyat müəlliməsidir: " Bu artıq cəmiyyətin bəlasına çevrilib. Gənclərimizin şüurunu işğal edib Suriyaya istiqamətləndirirlər. Beləcə neçə-neçə ana mənim kimi gözüyaşlı qalıb. İndi mənim bircə istəyim var. Heç olmasa oğlumun yerini öyrənib desinlər bircə dəfə gedib onu görüm. Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM