Azərbaycanlı gənc diplomatlar mühüm uğura imza atıb - Qazaxıstanda - FOTO

10:23 / 09.10.2014

Oktyabrın 1-də Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən “King Hotel”-də Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə  “Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafında gənclərin rolunun təmin edilməsi” layihəsi çərçivəsində “Azərbaycan- Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin inkişafında gənclərin rolu” mövzusunda beynəlxalq konfransöz işini başa çatdırıb. Tədbirdə Türk Akademiyasının nümayəndəsi, “Too United World”-un direktoru Nadira Аxonova,Turan-Astana Universitetinin,  Avrasiya Milli Universitetinin fəal tələbələri və  Qazaxıstanın müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Gənc Diplomatlar Birliyinin mətbuat katibi Həsən Babayev Aktual.az-a bildirib ki, Qazaxıstana səfər çərçivəsində Turan-Astana Universiteti və Türk Akademiyasında görüşlər keçirilib:

 

“Akademiyanın prezidenti ilə görüş zamanı Azərbaycan Gənc Diplomatlar Birliyi ilə Türk Akademiyası arasında əlaqələrin qurulması və onun inkişaf perspektivləri mövzusunda müzakirələr keçirilib. Artıq Türk Akademiyası AGDB-ni özünün tərəfdaş təşkilatı kimi nəzərdə tutur, bununla bağlı ilkin razılaşma da əldə olunub. Eyni zamanda, gələcəkdə bu sahədə, xüsusilə, daha böyük layihələrin müzakirəsi, reallaşdırılması baxımından əməkdaşlığın daha da genişləndirilməsi məsələsi diqqət mərkəzində saxlanılıb.Türk Akademiyasının “Qlobal Türk” adlanan jurnalında gənc diplomatların məqalələrinin çap olunması, eyni zamanda, Türk Akademiyası məzunlarının yazılarının AGDB-nin elektron jurnalaında çapı məsələləri razılaşdırılıb”.

 

AGDB-nin baş məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov tədbirdə qeyd edib ki, “Gənc Diplomatlar”-ın Qazaxıstanı seçməsi mühüm əhəmiyyət daşıyır:

 

“Təsadüfi deyil ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2012-ci il sentyabr ayının 21-də xarici ölkələrdəki diplomatik korpus nümayəndəliklərinin rəhbərləri ilə keçirdiyi görüşdə də bu məsələni xüsusi vurğulayaraq diqqətə çatdırıb ki, bizim çoxtərəfli formatda əldə etdiyimiz nailiyyətlərdə ikitərəfli formatın mühüm rolu var. Bizim üçün bu format xüsusi prioritet təşkil edir. Bu il xarici ölkələrdəki diplomatik korpus nümayəndələri ilə keçirilən  5-ci müşavirədə də bu məsələ yenə öz aktuallığını saxladı. Azərbaycan dövlətinin xarici siyasət priroritetlərinin həyata keçirilməsində respublikamızın ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrinə xüsusi diqqət yetirildi və prosesdə müxtəlif təşkilatların, eyni zamanda, gənclər təşkilatlarının üzərinə mühüm vəzifə düşdüyü vurğulandı. Məsələyə bu konteksdən yanaşdıqda, Azərbaycan Gənc Diplomatlar Birliyinin bu məsələlərə xüsusi önəm verməsi təsadüfi sayılmamalıdır. Gənc diplomatların bu çərçivədə reallaşdırdığı ilk beynəlxalq tədbir də, məhz elə həmin siyasətin fəlsəfəsinə xidmət göstərir. Bu nöqteyi- nəzərdən Qazaxıstan respublikasındakı gənclərlə görüşlərin keçirilməsi, ölkədəki beyin mərkəzləri və institutlarla təmasların qurulması təbiidir, anlaşılandır. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Qazaxıstan da, faktiki olaraq, Mərkəzi Asiya regionunun lider dövlətidir. Eyni zamanda, biz Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində çox sıx əlaqələr saxlayırıq. Ən başlıcası, xalqlarımız dostdurlar, prezident İlham Əliyevin Nursultan Nazarbayevlə şəxsi dostluq münasibətləri bir daha bizi əmin etdi ki, Qazaxıstanın gənclər təşkilatları ilə münasibətlər qurmaq daha böyük əhəmiyyət və aktuallıq kəsb edir. Hər iki dövlətin inkişaf etməkdə olan münasibətlərinə gənclər təşkilatlarının da özünəməxsus töhfə vermək imkanları, potensialı var. Niyə də bundan istifadə edilməsin”.

 

Tərəfdaş təşkilat olan Biznes Gənclər Şurası və Gənc Diplomatlar klubunun sədri Kayrbolat Sahmetov da nitqində bu kimi layihələrin ikitərəfli münasibətlərin inkişafında müsbət nəticələr verəcəyini diqqətə çatdırıb:

 

“Azərbaycan Gənc Diplomatlar Birliyinin müəllifi olduğu bu layihə hər iki ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu kimi layihələrin davamlı olması, qazaxıstanlı gənclərlə daimi dialoqların qurulması və eləcə də, Gənclər Təşkilatları ilə əməkdaşlığın perspektivləri ikitərəfli münasibətlərin inkişafında da çox böyük müsbət nəticələr verəcək”.

 

Konfrans çərçivəsində  AGDB-nin sədri Rafət Əliyevin , Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimovun, Diasporla iş üzrə Dövlət Komitəsinin təmsilçisi Əbülfəz Şeydabəyovun, layihəyə maliyyə dəstəyi göstərən Prezident Yanında Gənclər Fondunun təmsilçisi Orxan Ərəbovun çıxışında Azərbaycan- Qazaxıstan münasibətlərinin bugünkü vəziyyəti, perspetktivləri yer alıb. Hər iki ölkə gənclərinin bu prosesə töhfə vermək imkanlarının, kifayət qədər, geniş olduğu fikri və bundan istifadə etməyin vacibliyi vurğulanıb. Tədbir çərçivəsində, ilk növbədə, Azərbaycan- Qazaxıstan strateji tərəfdaşlıq əlaqələri baxımından,  həm iqtisadi, həm də siyasi  münasibətlərə xüsusi diqqət ayrılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM