Xalq artisti Şəfiqə Eyvazovanın qızı, müğənni-kamança ifaçısı Mehri Əsədullayevanın Publika.az-a müsahibəsi
- Mehri xanım, sizi ara-sıra müəyyən telelayihələrdə görürük. Amma mütəmadi şəkildə efirdə olmursunuz. Bu nə ilə bağlıdır?
- Doqquz ildir ki, həftənin dörd günü konservatoriyada dərs deyirəm. Xarici səfərlərimizdə isə rektordan yazılı icazə alırıq. Ona görə də efirə çıxmaq çətin olur.
- Amma həm pedaqoji fəaliyyətlə məşğul olan, həm efirə çıxan, həm də toylara gedən digər musiqiçilər də var.
- Mən toylara da getmirəm
- Heç vaxt da getməmisiniz?
- “Səviyyəli” sözündən xoşum gəlmir. Belə şeylər mənə cılız gəlir. Amma ansamblla müəyyən məclislərdə iştirakım olub. Ziyalıların, savadlı insanların çoxluq təşkil elədiyi məclislərə ansamblla gedirəm və gedərəm də. “Təki pul olsun” deyib hər toya getmirəm. Düzdür, artıq pul heç kimə ziyan etməz. Amma şükür Allaha, valideynlərim var. Bəlkə, ehtiyacım olsa, mən də gedərdim.
- Çoxları sizi ananız Şəfiqə Eyvazovanın davamçısı kimi görürdü. Amma sanki ümidləri doğrultmadınız.
- Həm anam, həm də atam Arif Əsədullayev 48 ilin müəllimləridir. Atam professordur, əməkdar incəsənət xadimidir. Anam da tələbələrini çox sevir, hansısa tələbəsi dərsə gəlməyəndə özünü pis hiss edir. Onun da sənətindən bir qədər uzaq düşməyinin səbəbi müəllimlikdir. Görürəm ki, eyni aqibəti də mən yaşayıram
- Fəxri adınız varmı?
- Fəxri adım yoxdur, konservatoriyanın baş müəllimiyəm.
- Son vaxtlar hansı əsərləri yazdırmısınız?
-Vaxt olanda da mən istədiyim aranjimançının problemi olur. Müğənnilər toylardan, layihələrdən külli miqdarda pullar qazanırlar və həmin pullarla da mahnılar yazdırırlar. Mahnının keyfiyyətli olub-olmamağı onlar üçün əsas deyil. Təki təzə olsun. Hər mahnının oxuyandan sonra deyirlər ki, mən yenilik elədim. Yenilik təzə mahnı oxumaq deyil. Bax, Sevda Ələkbərzadə yenilikçi müğənnidir. O, musiqimizə yeni nəfəs gətirir, yanaşması fərqlidir.
- Özünüz bir yenilik eləmədən, kiminsə elədiklərini də bəyənmirsiniz. Bu nə dərəcədə doğrudur?
- Mən niyə yenilik etmirəm ki? Mən həm də müğənni kimi fəaliyyət göstərirəm. Məsələn, Misirə gedirəm, orada ərəb musiqisi oxuyuram. Bu yaxınlarda Şotlandiyada səfərdə idik. Həm oxudum, həm rəqqasları müşayiət etdim, həm də solo ifalarım oldu. Demək istədiyim odur ki, burada işlərimi göstərə bilmirəm. Çünki yaxına qoymurlar. Telekanalların konkret adamları var.
- Hansı adamlardan gedir söhbət?
- Ekranda kimləri görürsünüzsə, söhbət onlardan gedir. Adicə yeni il proqramına baxırsan, bu telekanalda da həmin ifaçılardı, digərlərində də. Kanallar başqadır, amma orada gördüklərimiz eynidir.
- Siz pedaqoji fəaliyyətlə məşğul olub, efirə çıxmağı ikinci planda saxlamısınızsa, kanal efiri boş qoyası deyil ki. Kimisə dəvət etməlidirlər də…
- Razıyam ki, kanal kimisə dəvət etməlidir. Amma mən də sənətə dünən gəlməmişəm, gözümü bu sənətdə açmışam. Burada söhbət təkcə məndən getmir. Yaxınlarda toy məclisində ailəvi iştirak edirdik. Dayımgilin məhəlləsində yaşayan bir oğlan həmin məclisdə necə oxudusa… sadəcə, dəhşət idi. Hayıf ki, ekranlar onu görmür, ondan külli miqdarda pul istəyirlər. Kim onun üçün nəsə edəcək, qabağa çəkəcək? Nə adamı, nə əmisi, nə dayısı var. İmkanım olsaydı, özüm ona dəstək olardım. Amma iş burasındadır ki, məni də yaxına buraxmırlar. Bütün telekanallar nəyə qadir olduğumu, gücümü bilirlər. Özləri də deyirlər ki, sizdən pul götürmərik. Amma yenə də öz işlərini görürlər. Mən bunları deməklə təkcə öz haqqımı deyil, istedadlı olan hər kəsin haqqını tələb edirəm.
- Bir neçə gün öncə əməkdar artist Vaqif Mirzəyevin saytımızda müsahibəsini sosial şəbəkədə paylaşmışdım. Həmin müsahibənin altından kinayə dolu şərhlər yazmışdınız. Doğrudanmı, sizcə, Vaqif Mirzəyevin sənətdən danışmağa haqqı yoxdur?
- Axıra kimi sözümün arxasındayam. Sadəcə dava-dalaş, qalmaqal sevən adam deyiləm. Sənətdə cavan-qoca söhbəti yoxdur. Burada sənəti olan, istedadlı, bacarıqlı, yaxud istedadsız və bacarıqsız var. İki-üç il əvvəl o insan haqda bir veriliş çəkmişdilər. Nəsə məclislərdən danışırdı. Birdən eşitdim ki, Maestro Niyazinin adını çəkdi. Verilişə daha diqqətlə baxdım. Az qaldı desin ki, biz çiyin-çiyinə çalışmışıq, hətta deyəcəkdi, Niyaziyə məsləhət verir. İnsanlar eyni məclisdə oturub çay içə, çörək yeyə, söhbət edə bilərlər. Amma sənətlərin dostluq etməyi üçün gərək onlar eyni gücdə olsunlar. Məəttəl qaldım onun danışdıqlarına. Sən özün toyxanalardan başqa heç nə görə bilməzsən. Bundan sonra qırx il də çalsan, yenə də Niyazinin adını çəkə bilməzsən. Niyazinin adını çəkəndə sənin bədənin titrəməlidir, vücudun əsməlidir.
- Vaqif Mirzəyevin Niyazinin adını çəkməyə ixtiyarı yoxdur ki?
- Vətəndaş kimi çəkə bilər. Mənim anamı ilk dəfə xarici səfərə Niyazi yazdırıb. Heç on altı yaşı yox idi, Səid Rüstəmovun öz imtahanı ilə göndərilib. Nə olsun ki, Seyfəddin Dağlı, Cəfər Cabbarlı, Mikayıl Müşfiq anamın qohumu idi. Musiqi, sənət başqadır, qohumluq başqa. Belə insanlar çoxdur, kiminsə adını çəkməklə özlərini reklam edirlər.
- Vaqif müəllim deyir ki, bu sahədə 3-4 sənətkar qalmışıq…
- Ayıbdır e, çox ayıbdır. İnanın ki, onun yerinə mən xəcalət çəkirəm. Biz o adamın ifasında bir təmiz not tapmırıq ki, qulaq asaq. O vaxt Şərqiyyə Hüseynova, Roza Tağıyeva kimi diktorlarımız Şövkət Ələkbərovanı, Rəşid Behbudovu, Oqtay Ağayevi, Müslüm Maqomayevi təqdim ediblər. Amma diktorun ixtiyarı yox idi ki, onları tərifləsin. İndikiləri o qədər tərifləyirlər, şişirdirlər ki. Bu sənətdə olmaq, sənətkar olmaq deyil. Hamısı sənətdə olmağını musiqi məktəbinə getdiyi gündən hesablayır. Bəlkə, sən təhsil alandan sonra sənəti atdın, getdin. Muşfiqin sözü olmasın, insanın üzündə həya gərəkdir.
- Şəxsi məsələlərə qarışmaq kimi çıxmasın. Bəlli bir yaşdasınız və hələ də subaysınız. Bu məsələdə də iş mane olur sizə?
- Dediyiniz kimi, əslində bu, şəxsi məsələdir. Amma bunun işimə aidiyyəti yoxdur. Bəzən deyirlər ki, musiqiçilər belədirlər, elədirlər. Amma hamısı elə deyil.
- Yəni necə?
- Musuqiçilərin öz dilindən dəfələrlə eşitmişəm. Deyirlər, kövrəkdilər. Elə musiqiçilər görürəm ki, yazıçı ondan daha kövrəkdir. Axı bu, incə sənətdir. Amma bu sahədə elə insanları görürəm ki, incəliyə, zərifliyə, nəzakətə aidiyyətləri yoxdur.
- Adətən, musiqiçilər deyir, sənət aləmində olan insanla ailə qurmaq istəməzdilər. Siz də belə düşünürsünüz?
- Mənim üçün bu, meyar deyil. Anam Xızıdandır, atam yarı cənubi Azərbaycan, yarı bakılıdır. Amma mən həmişə deyirəm ki, insanpərəstəm, bakılıpərəst deyiləm. Gözəl insanları sevirəm. Düşmənimizdən başqa mənim üçün millət, rayon və bölgə fərqi yoxdur. Sənət də, iş də insanlıqdan sonra gəlir. İlk dəfə 9 yaşımda “7-17” müsabiqəsində efirə çıxmışam. Mənimlə eyni vaxtda səhnəyə çıxan bir çox müğənnilərimiz var ki, onlar da bu gün peşəkar səhnədədirlər. Hətta bir-ikisi müsabiqədə iştirak etməyə-etməyə, deyirlər ki, “7-17”-nin iştirakçısı olublar. Sirkdə, efirdə, konsertlərdə dəfələrlə çıxışlarım olub. Amma mən onları həmin müsabiqədə görməmişəm. Bəlkə də, “7-17”-dən sonra başlayan “Ümid 95”dəki iştiraklarını nəzərdə tuturlar. İlk dəfə səhnəyə türk mahnısıyla çıxmışam. Halbuki, həmin vaxt o mahnının oxumağımı istəmirdilər. Kibariyenin “Hava nasıl oralarda” mahnısını oxudum, rəqs etdim. Rəhmətlik Vasif Adıgözəlov dedi ki, bu qız bu ritmdə nə qəşəng oynayır. Axı biz o ritmlərə öyrəşməmişdik.
- Kimdir “7-17” müsabiqəsində iştirak etməyib, amma həmin müsabiqədə iştirak etdiyini iddia edən?
- İradə İbrahimova deyir ki, həmin müsabiqədə olub. O nə vaxt çıxıb, necə olub ki, mən onu görməmişəm. Həmin yarışmada gözəl performans göstərmiş bəzi iştirakçılar sonradan sənətdən uzaqlaşdılar. Amma sənət elə şeydir ki, insanı rahat buraxmır. İstedadın varsa, nə vaxtsa yenidən oxumaq istəyirsən. Bu, xəstəlik kimi bir şeydir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM