Ürəyizəiflər bu müsahibəni oxumasın - Bakıda bir ailənin qandonduran dramı

09:13 / 14.10.2014

“Mən hər şeyə dözəcəm, məktəbə gedəcəm”.

Azərbaycanda getdikcə  məktəbdən yayınan uşaqların sayı artır.

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu problem hal-hazırda gözəçarpan olmasa da yaxın gələcəkdə Azərbaycan üçün böyük bəlaya çevriləcək.

Bunula bərabər kimsəsiz uşaqların da sayı artır. Respublikada nə qədər kimsəsiz uşaq var? bu suala bu gün heç kim cavab verə bilməz. Bu rəqəmi sizə nə Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Departamenti, nə də rayon icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən qəyyumluq orqanları deyə bilməz. Bununla yanaşı, hər rayon icra hakimiyyəti kimsəsiz uşaqlar probleminə lazımi diqqəti yetirmir.

Bakı sakini marina Miqulinanın (ad və soy ad dəyişdirilib) 12 yaşı var. 12 yaşlı uşaqlar 6-cı sinifdə oxuyurlar, amma Miqulina məktəbə getmir.

Marina çox utancaqdır, 9 yaşlı qız kimi görünür, amma müdrikliyi üç yaşlı adama yetər. 12 illik ömründə çox şey görüb.

Bu gün o Kəmalə Ağazadənin rəhbərlik etdiyi QHT nəzdində fəaliyyət göstərən “Azərbaycan uşaqlarının ittifaqı” reinteqrasiya mərkəzində yerləşir.

- Bura nə vaxt və necə düşmüsən?

- Avqustun 18-də məni bura polislər gətirib. Mən bir neçə ay öncə evdən qaçmışam.

- Niyə qaçmısan?

- Sizə deməyiblər?

- İstəyirəm ki, özün danışasan...

- Ailədə dörd uşağıq. Amma böyük bacım onun 15 yaşı var əvəllər bizimlə yaşamırdı, sonradan bizimlə qlamağa başladı mən onun haqqında sizə sonra danışacam. Böyük qardaşımın 18 yaşı var, o indi Maştağada psixiatrik xəstəxanada yerləşir. Mən isə kiçik qardaşımla anamla yaşayırdım.

- Bəs atan?

- O, bizi atıb, dedi ki, ailədə uşaq çoxdur, bizi saxlamağa gücü yetmir. Mənim onda 12 yaşım var idi. O, Rusiyaya getdi. O, bizi atmasaydı hər şey yaxşı olacaqdı. Mən məktəbə gedirdim.

- Sonradan niyə məktəbdən qaldın?

- Birinci sinifə 284 saylı məktəbə Biləcəridə getdim, amma axıracan oxumadım. Sonra isə biz Səbail rayonuna köçdük və mən orada 162 saylı məktəbə getdim. Biz daima köçürdük. Mən üç sinif bitirmişəm, amma məktəbə müntəzəm getmirdim. 4-cü sinifdə isə cəmi iki həftə oxudum, anam məni çıxardı çünki işləmək lazım idi.

- Necə qazanırdın?

- Anam yolçuluq edirdi mən isə ona yardım edirdim.

- Bir gün ərzində nə qədər pul yığa bilirdin?

- 20-30 manata yaxın. Balaca olanda yetərincə pul yığa bilirdim. Amma böyüdükdən sonra mənə daha az pul verməyə başladılar. Bir dəfə mənə 100 manat pul vermişdilər. kiçik qardaşım da pul yığmağa yardım edirdi.

- Pulu harda yığırdız?

- “Torqovaya” küçəsində. MUM yolunda.

- Qormurdun ki, səni maşın vurar?

- Yox mən svetafor yananda yığırdım. Bu çətin deyil: qırmızı işıq yanan kimi, maşınların yanına qaçırsan və pul yığırsan, yaşıl işıq yanan kimi uzaqlaşırsan. Biz artıq alışmışdıq.

Anam bizi heç vaxt nəzərindən qaçırmırdı. Bir az böyüdükdən sonra isə anam mənə pul yığmağı qadağan etdi, çünki kişilər artıq mənə baxmağa başlayırdılar. Mən evdə otururdum.

- Ananı sonuncu dəfə nə vaxt görmüsən?

- Bura düşən günü. Anam üçün çox darıxıram evə getmək istəyirəm.

- Bəs evdən niyə qaçdın?

 - Azadlıq istəyirdim. İndi anlayıram ki, səhv edirdim. Anamın yanında olmaq istəyirəm.

- Bu qədər vaxtı harda qalmısan?

- Anamla beşmərtəbə adlanan tərəfdə 170 manata kirayə qalırdıq. Mən rəfiqəim yanında bir küçə yuxarıda qalırdım. Anam məni axtarmağa başladı, polisə müraciət etdi. Polislər də məni tapdılar. Anam deyirdi ki, tezliklə başqa evə köçəcək və məni də yanına aparacaq. Və o zaman biz normal yaşayacayıq. O söz vermişdi.

- Marina atalığınız var idi?

- Anamın əvvəlcə bir Sergey adlı dostu var idi. O, bizimlə çox pis davranırdı, evə sərxoş gəlirdi, anamı və bizi döyürdü. Anam bizi müdafiə edə bilmirdi. O bir dəfə az qaldı ki, anamı öldürsün, onun dostu isə Sergeyi güclə saxladı. O, işləmirdi və bizim hesabımıza yaşayırdı.

- Onun tərəfindən hər hansı bir nəlayiq davranış görmüşdün?

- Bəli o, mənim böyük bacımı zorladı. Sonra isə Sergey mənə girişməyə başladı. O mənim paltarlarımın yarısın çıxardanda bərkdən ağlamağa başladım. O, qorxdu və məni rahat buraxdı. Tez məni anamın yanına apardı.

- Sən bu haqda anana danışdın?

-Yox mən onu məyus etmək istəmirdim. O, xoşbəxt idi ki, yanında kişi var.

- O, indidə sənin analadır?

- Yox o başqa qadının yanına gedib. Anamın isə yeni dostu  var – Artem. Artem yaxşıdır, bizi döymürdü. O, ofisiant işləyirdi. 35 yaşı var. biz anamıza deyirdik ki, bizə heç kim lazım deyil, özümüz yaşayarıq, amma... (əllərini yellədir)

- Dedin ki, bacın haqqında danışacaqsan...

- Bacım Nataşa dünyaya gələndə anama çətin olub, o bacımı rəfiqəsinə verib. Rəfiqəsi deyib ki, ona bir az baxıb qaytaracaq. Amma sonra bu qadın Nataşaya deyib ki, anam onu satıb və onu anam qaytarmaqdan imtina etdi. Yeddi yaşı olanda Nataşanı o qadının dostu zorlayıb. Bir qədər böyüdükdən sonra Nataşa anamın yanına qayıtdı və bizimlə yaşamağa başladı. Sergey Nataşanı zorlamışdı, amma o bu barədə anama demədi. bu barədə ancaq mən bilirdim.  

- Marina sən indi nədən qorxursan?

- Allahdan başqa heç kimnən qorxmuram. Mən hər şeyə dözərəm. Məktəbə də gedərəm. Oxuyacam. Mən oxuyub yaza bilirəm. Mən anamla olmaq istəyirəm.

- Hər şey yaxşı olacaq, buna inan...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM