Göyçay rayon sakinləri İldırım Rəhimov, Elbrus Rəhimov , Elbrus Zeynalov, Fərqanə Zeynalova və Fədayə Əzizova hədə-qorxu yolu ilə tələbetmə, quldurluq və narkotik vasitələrdən istifadəetmə cinayətlərində ittiham olunublar.
Teleqraf.com xəbər verir ki, İldırım Rəhimov 2011-ci il fevralın 26-da Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ondan 6,41 qram qurudulmuş marixuana və 0,33 qram həşiş qətranı aşkar olunub. Bundan əlavə, İldırım Rəhimov qardaşı Elbrus Rəhimov, tanışları Fərqanə Zeynalova, Fədayə Əzizova və Elbrus Zeynalov iş adamı Ağabala Heydərovun əmlakını ələ keçirmək üçün plan qurublar. Plan Fədayə Əzizovanın Göyçay rayonu Ləkçılpraq kəndindəki evində hazırlanıb.
Planlaşdırılan tələ...
Həmin plana əsasən, 23 fevral 2011-ci ildə Fədayə Əzizova və Elbrus Zeynalov Fərqanə Zeynalovanı Ağabala Heydərova təklif etməyi qərara alıblar. Fərqanə iş adamı ilə görüşmək üçün onu evinə çağırıb. Ağabala da Fərqanə Zeynalovanın Göyçay şəhəri Natavan küçəsindəki mənzilinə gəlib. Ağabala mənzilə girəndən sonra İldırım və Elbrus Rəhimov qardaşlarının maneəsiz mənzilə daxil olmalarından ötrü Fərqanə giriş qapısını bilərəkdən bağlamayıb. Fərqanə daha sonra soyunaraq Ağabala Heydərova cinsi əlaqədə olmağı təklif edib. Bu zaman İldırım və Elbrus Rəhimovlar içəri daxil olublar. Mənzildə İldırım Rəhimov Ağabala Heydərova hücum edərək onu sillə ilə vurub. O, Elbrus Zeynalovdan aldığı bıçağı iş adamının boynuna dirəyərək, onun soyunmasını tələb edib.
İş adamı yataqda necə şantaj olundu?
Elbrus Rəhimov onun şalvarının cibindən 22 manatını götürüb. Bundan sonra Fədayə Əzizova, Elbrus Zeynalov və Fərqanə Zeynalova planın digər hissəsini icra ediblər. Onlar iş adamını Fərqanə ilə yatağa salıblar. Elbrus Rəhimov mobil telefon vasitəsilə Fərqanə Zeynalovanın və Ağabala Heydərovun yarımçılpaq vəziyyətdə fotoşəkillərini çəkiblər. Onlar Ağabala Heydərova Fərqanə Zeynalovanın telefonunun yaddaşında saxladığı əvvəlki intim danışıqlarına qulaq asdırıblar.
30.000 manatı verməyib, polisə şikayət etdi
Mütəşəkkil dəstənin üzvləri həmin fotoları və səs yazılarını yaymaqıa Ağabala Heydərovu rüsvay edəcəkləri ilə hədələyiblər. Onlar Ağabalaya Fərqanə Zeynalova ilə yarımçılpaq vəziyyətdə bir yerdə olduqlarını göstərmək üçün ailəsini həmin mənzilə çağıracaqları ilə hədə-qorxu gəliblər. Dəstə üzvləri Ağabala Heydərovdan 50000 manat tələb ediblər. Ağabala Heydərov 30000 manat verməyə razılaşıb. Pulu fevralın 24-ə qədər gətirməsi üçün onu mənzildən buraxıblar. İş adamının polisə məlumat verməsinin qarşısını almaq məqsədilə Elbrus Rəhimov Ağabala Heydərovu Göyçay rayon avtovağzalına qədər müşayiət edib və oradan taksi ilə Mingəçevir şəhərinə yola salıb. Fevralın 24-də İldırım Rəhimov dəfələrlə Ağabala Heydərova zəng edərək 30000 manatı tələb edib, əks halda ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ilə hədələyib. Lakin Ağabalanın polisə şikayətindən sonra mütəşəkkil dəstənin üzvləri ifşa edilib.
Məhkəmələrdə sürünən cinayət işi
Bu cinayət işinə əvvəlcə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarıb. Lakin Şəki Apelyasiya Məhkəməsi cinayət işinə baxılması zamanı birinci instansiyası məhkəməsi tərəfindən kobud qanun pozuntusuna yol verildiyini aşkar edib və buna görə də hökm ləğv edilib. İş yenidən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər həmin məhkəmənin hakimlərinə etiraz veriblər. Onların etirazı qəbul edilib və bu səbəbdən cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Məmmədovun sədrliyi ilə araşdırılıb.
“Həmin şəxsi başa salmaq lazımdır ki, qadını narahat etməsin”
İldırım Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Elburus Rəhimov qardaşı, Elbrus Zeynalov isə tanışıdır: "Fərqanə və Fədayəni isə Elburus Zeynalovun bacıları kimi tanımışam. Elburus Zeynalov bir gün mənə dedi ki, onun bir nəfər ailəli tanış qadını var və həmin qadını Mingəçevirdən olan bir nəfər tez-tez zəng edərək narahat edir. Dedi ki, həmin şəxsi başa salmaq lazımdır ki, qadını narahat etməsin. Belə olanda Elbrus Zeynalova dedim ki, "narahat olma, həmin şəxsin ağzına bir-iki sillə vuraraq başa salacam"”.
“Gördüm ki, evdə bir kişi və bir qadın var”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elbrus Zeynalovun anasıgilə gedib: “Yolda Elbrusun evinə yaxnılaşdım. Gördüm ki, evdə bir kişi və bir qadın var. Başa düşdüm ki, Elbrus Zeynalovun dediyi qadın və kişi həmin şəxslərdir. Buna görə də həmin şəxslərə, adlarını sonradan bildiyim Ağabalaya və Fərqanəyə yaxınlaşdım. Onların hərəsinə bir neçə sillə vurdum. Fərqanəni də ona görə vurdum ki, nəyə görə Ağabala kimi əclafla münasibət saxlayır. Daha sonra isə Ağabalanın üstünə qışqıraraq dedim ki, burdan getsin və bir də bu qadını narahat etməsin. Ağabala da evdə stolun üstündə olan telefonunu və 14 manat pulunu götürərək getdi”. Onun ifadəsinə görə, Ağabala gedəndən sonra onun açarının evdə qaldığını görüb: “Taksi çağırmaqla həmin açarı verdim ki, Ağabalaya çatdırsın. Bundan sonra isə Ağabala ilə hər hansı bir işim olmayıb”. İldırım Rəhimov həmçinin bildirib ki, heç vaxt narkotik vasitə qəbul etməyib və polis tərəfindən üstündə aşkar olunan narkotik vasitə də ona məxsus deyil: “Həmin narkotik vasitəni polis əməkdaşları özləri cibimə qoyublar”.
“Onların arasında olan söhbətdə olmamışam”
Elbrus Zeynalov bildirib ki, bacısı Fədayə Fərqanəni Mingəçevir şəhərindən olan Ağabala adlı şəxsin narahat etdiyini bildirib: “Mən də bu barədə İldırıma dedim. Lakin bu zaman bacım Fərqanənin adını deyil, başqa tanış qadının adını dedim. İldırım Ağabalaya bir-iki sillə vurub başa salacağını dedi. Özüm də bununla əlaqədar iki dəfə Ağabalaya zəng etdim. Lakin Ağabala yenə də Fərqanədən əl çəkməyib. Bir müddət sonra bacım Fədayə İldırıma zəng vurdu və Ağabalanın Fərqanəgilə gəldiyini dedi. İldırım da bundan sonra Fərqanəgilə gedərək orada Ağabalanı gördü. Onların aralarında olan söhbətdən məlumatlı olmamışam. Fevralın 24-də polis əməkdaşları tərəfindən həbs edilmişəm”.
“Ağabala mənimlə cinsi əlaqəda olmaq istəyib”
Fərqanə Zeynalovanın sözlərinə görə, Ağabala Heydərovla Mingəçevir şəhərində sonuncunun işlətdiyi aptekdə tanış olub: “Məndə qadın xəstəliyi olduğu üçün həmin aptekə getdim. Dərman alanda Ağabala ilə tanış oldum. Ağabala tanışı olduğunu və həmin xəstəliklə əlaqədar məni aparata saldıracağını bildirdi. Tanışlıqdan sonra Ağabala mənə tez-tez poçtla pul göndərdi. Ağabala dəfələrlə evimə gəlib-gedib. Bu gəlişlərdə Ağabala mənimlə cinsi əlaqəda olmaq istəyib. Həkim mənə cinsi əlaqədə olmağı qadağan etdiyi üçün Ağabala ilə cinsi əlaqədə olmamışam. Bu zaman Ağabala təklif edib ki, pulun müqabilində telefon vasitəsilə cinsi əlaqədə olaq. Mən də telefonda Ağabalanın dediklərini edirdim. Ağabala bununla telefonda ləzzət alırdı. Daha sonra Ağabalanın bu hərəkətlərindən bezdiyim üçün onunla münasibəti kəsmək istədim. Lakin Ağabala məndən əl çəkmədi. Bu səbəbdən də məlum məsələlərlə bağlı bacım Fədayəyə dedim. Fədayə də öz növbəsində Ağabalaya zəng vurdu və məndən əl çəkməsini tələb etdi. Bundan sonra isə bir dəfə Ağabala bizə gəldi. Həmin vaxt əvvəllər tanmıdağım İldırım adlı şəxs də bizə gəldi. O, Ağabalanı şillə ilə vuraraq evdən qovdu və bir daha ondan məni narahat etməməsini tələb etdi”. Hakimlər digər təqsirləndirilən və şahidlərin ifadəsini dinlədikdən sonra hökm elan ediblər. Məhkəmənin hökmü ilə İldırım Rəhimov 12 il 20 gün, Elbrus Rəhimov 11 il, Elbrus Zeynalov 10 il, Fərqanə Zeynalova 10 il, Fədayə Əzizova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Fərqanə Zeynalovanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 6 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM