Strategiya.az Aktrisa Ülfət Bəşiri milli.az-a müsahibəsini təqdim edir.
- Ülfət xanım, məndə olan məlumata görə, siz hələ məktəbdə oxuyarkən artıq “Məhkumlar” serialında baş rola çəkilirdiniz. Daha sonra “Toy gecəsi”ndə baş rollardan biri sizə həvalə olundu. Nəzərə alsaq ki, yaşınız azdır, amma gənc bir aktrisa üçün bu çox böyük bir uğurdur. Bu uğurların təməli necə qoyuldu?
- Məktəbdə oxuyarkən məni görüb kastinqə dəvət etdilər. O vaxt “Məhkumlar” serialı çəkilirdi. Səhnə görünüşümü, danışığımı, plastikamı bəyənib məni birbaşa baş rola təsdiq etdilər. Bu rol mənim uğurlarımın təməli oldu. Daha sonra “Toy gecəsi”nə dəvət aldım. Namiq Qaraçuxurlunun nişanlısı rolunda bir neçə seriyaya çəkildim. Beləliklə, yavaş-yavaş aktrisalığa başladım. Bu həvəs məni Dövlət Mədəniyyət və İncəsənət Universitetinə girməyə məcbur etdi (gülür).
- Aktrisalığa meyliniz məhz “Məhkumlar”dan sonra başladı, yoxsa siz də bu peşənin sahibi olmaq arzusu ilə yaşayanlardan olmusunuz?
- Düzünü desəm, tək aktrisalığa deyil, incəsənətlə bağlı olan bütün sahələrə uşaqlıqdan meyl göstərmişəm. Ancaq nədənsə içimdə, elə bil, nə vaxtsa məşhur insan olacağam kimi bir hiss var idi. Şükürlər olsun ki, bəxt üzümə güldü. İstədiyimə vaxtından qabaq nail oldum.
- Siz çox gəncsiniz. Hələ bərkə-boşa düşməmisiniz. Sənətin dərinliklərinə getdikcə itib-batmaqdan qorxmursunuz?
- Bu sənətin nə qədər çətin və şərəfli olduğunun fərqindəyəm. Amma mən bu peşəni öz istəyimlə seçmişəmsə, gərək heç nədən qorxmayım, axıra qədər yoluma davam edim.
- Bu çətinlikdən savayı, aktrisanın ailə qurmağı da bir az müşkül məsələdir. Hər kişi bunu asanlıqla qəbul eləmir. Ən azından, belə bir psixologiya formalaşıb. Yəqin ki, bu amilləri də nəzərə almısınız...
- Əlbəttə, almışam. Dediyiniz məsələlərdən də az-çox xəbərim var. Sənət yoldaşlarımın əksəriyyətində bu halları müşahidə etmişəm. Ya ailə qurandan sonra sənətdən uzaqlaşmağa məcbur olublar, ya da boşanıblar. Ona görə də düşünürəm ki, məni başa düşən, ən azından, sənətimdən xəbəri olan biri ilə ailə qursam, daha doğru olar.
- Hal-hazırda sizin kimi gənc aktrisaları tez-tez seriallarda görürük. Bəziləri elə düşünürlər ki, azyaşlı aktrisaların birdən-birə baş rola çəkilməsinin arxasında rejissorların şəxsi maraqları dayanır: ya pul alıb çəkirlər, ya kiminsə tanışı olur, ya da sevgilisi... Səslənən bu fikirlərə münasibətiniz necədir?
- Mən özüm şəxsən belə neqativ halları gözümlə görməmişəm, olduğunu isə danmaq olmaz. Xalqın gözü tərəzidir, deyirlər. Belə şeylərə təəssüflənməkdən başqa əlimdən heç nə gəlmir...
- Məsələn, sizi orta məktəbdən aparıb seriala çəkəndə buna görə qonorar ödənildi?
- Bəli, artıqlaması ilə ödənildi. Mən indi də çəkildiyim seriallardan öz qonorarımı tələb edirəm. Necə deyərlər, qiymət danışıram.
- Toxunulası başqa bir məsələ də var. Əvvəlkindən fərqli olaraq indi gənc aktrisaların çoxu “açıq-saçıq səhnələrə çəkilərsinizmi?” sualına birmənalı cavab vermirlər. Sanki bir qədər tərəddüd edirlər. Bəs siz necə, belə şeylərdə cəsarətlisiniz?
- Mən indi bu barədə heç nə deyə bilmərəm...
- Məsələn, filmin müəyyən bir hissəsində sizdən soyunmaq tələb olunarsa, soyunarsınız?
- Mənə desələr ki, soyun, qətiyyən soyunmaram. Amma texniki cəhətdən onu göstərməyə qadir bir aktrisayam. Elə edərəm ki, tamaşaçı mənim həqiqətən də soyunmağıma inanar.
- Amma yenə də Ülfət Bəşir soyundu deyəcəklər... Ona görə də haçansa bu addımı texniki cəhətdən atsanız da sizi alqışlamağa dəyər. Deməli, kifayət qədər risklisiniz...
- Bəli, riskli insanam. Risk etməyi sevirəm. Ağına-bozuna baxmadan risk edə bilərəm. Ta ki, istədiyimə çatana qədər.
- Bu yaxınlarda tamaşaçılar sizi hansı serialda, yaxud da filmdə görə biləcəklər?
- Bu yaxınlarda çəkilişlərinə start veriləcək bir serial - “Gəlinlik paltarı”nda baş rola təsdiqlənmişəm. Sözügedən serialda əməkdar artist İlqar Cahangirlə tərəf-müqabil olacağam.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM