Bu günlərdə Rusiya ordusunun Cənub Hərbi Dairəsində, Ukraynanın Luqansk vilayəti ilə sərhəddə keçirilən təlimlər zamanı “Solntsepyok” TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən təlim hədəflərinə bir neçə atış həyata keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın rəsmi nəşri “Rossiyskaya qazeta” bu təlim atışlarının Luqansk ətrafında mövqe tutan Ukrayna könüllü batalyonları və ordu hissələri arasında güclü panikaya səbəb olduğunu yazır.
Bu atışlardan sonra internetdə rus ordusunun Ukrayna qüvvələrinə qarşı “Solntsepyok” sistemlərinin tətbiq oluna biləcəyi haqda şaiyələr yayılıb. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında bu dəhşətli silah sisteminin işə salına biləcəyinə dair narahatlıq var.
Bəs barəsində o qədər də çox məlumat olmayan “Solntsepyok” odsaçan sistemləri nə üçün belə qorxuya səbəb olub?
Qəzet bunun səbəblərini izah edərək yazır ki, hazırda dünyanın bir çox ordularının sərəncamında olan odsaçanlar bir sxemlə işləyir-yüksək təzyiq altında lülədən yandırıcı maye qarışığı atılır və alışdırılır.
Lakin SSRİ-də başqa yolla getməyə qərar verdilər - yandırıcı qarışıq xüsusi kapsullara yerləşdirildi və qumbaraatanlardan atıldı. Bu cür əl qumbaraatan-odsaçanlarına “Şmel” adı verildi.
Ötən əsrin 70-ci illərində isə reaktiv yaylım atəşi sistemləri yaradıldı. Bu sistemlər iri həcmdə partlayıcı-yandırıcı qarışıq daşıyan 220 millimetrlik raketlər atırdı. Hər raket 100 kq belə qarışıq daşıya bilirdi. SSRİ ilk dəfə bu silahları Əfqanıstanda döyüş sınağından keçirib.
Lakin həmin dövrdə silah olduqca məxfi saxlanılırdı və onun barəsində heç bir informasiya yox idi. Bu silahdan açılan raketin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda müəyyən radiusda temperatur 3000 dərəcəyə çatırdı. Nəticədə həmin radiusda yerləşən bütün canlı və cansızlar bir an içində külə çevrilirdi. Bundan əlavə silah havanın alışıb yanması nəticəsində “vakuum bombası” effekti yaranırdı. Düşmən piyadasının bu cəhənnəm alovunda və təzyiqin ani olaraq kəskin aşağı düşməsi şəraitində sağ qalması mümkün deyildi. Həmin sistemi “Buratino” TOS-1 adlandırdılar.
“Rossiyskaya qazeta” yazır ki, “Buratino” Əfqanıstanda tətbiq olunanda düşmanları dəhşətə salırdı. Uzaq məsafədən alov dənizini görənlər bir daha bu səhnənəni unuda bilmirdi.
Sistem T-72 tankının şassisində quraşdırılıb və atəş məsafəsi 4,5 kilometr olub. Bu silahı cəbhənin ön xəttində tətbiq etmək nəzərdə tutulur. Qəzet yazır ki, ilk dəfə bu silahı Əfqanıstanda mücahidlərin gizləndiyi magaraları dağıtmaq üçün istifadə ediblər. Silah sərgisində isə “Buratino” ilk dəfə 2001-ci ildə nümayiş etdirilib.
Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı - “Solntsepyok” TOS-1A yaradılıb. Bu sistem atəşkin daha mükəmməl idarə edilməsi sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılıb, hər raketin dağıdıcı radiusu artıb.
Bir “Solntsepyok” TOS-1A qurğusu 40 min kvadrartmetr ərazidə bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır.
2001-ci ildə Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildə icazə verilib. “Solntsepyok” TOS-1A sistemlərini Rusiyadan ancaq Azərbaycan və Qazaxıstan alıb. Rəsmi mənbələrdə yer alan məlumatlara görə, Azərbaycan 2010-cu ildə “Rosoboroneksport”la bağlanmış müqavilə əsasında bir diviziyon (18 kompleks) “Solntsepyok” odsaçan sistemi alıb. Bu ildən isə Rusiya bu silahları İraqa satmağa başlayıb.
“Solntsepyok” TOS-1A Bakıda hərbi paradda
İnternetdə “Solntsepyok” sistemlərindən təlim atışını göstərən qısa videorolik tapmaq mümkündür. Bu videoda silahın necə dəhşətli dağıdıcı gücə malik olduğu görünür.
“Solntsepyok” xüsusən dağlıq ərazilərdə tətbiq olunanda dəhşətlidir. Bu silah sistemindən açılan atəşlər nəticəsində hətta dağ uçub-dağıla, qayalar əriyib kül ola bilər. Çünki silahın tətbiqi zamanı olduqca güclü vakuum effekti yaranır.
Beləliklə, Azərbaycan NATO ordularında analoqu olmayan bu dəhşətli silah sistemlərinə malik olmaqla Qarabağda düşmən üzərində ciddi hərbi üstünlük əldə etmiş olur. Qarabağda mümkün irimiqyaslı döyüş əməliyyatları zamanı “Solntsepyok” sistemlərinin tətbiqi işğalçı erməni qüvvələrini əsl cəhənnəm alovunda qovura bilərdi...
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM