Cənab Simonoviç BBC-ə müsahibəsində Bor və Bentu şəhərlərini "xəyal" adlandırıb.
Onun sözlərinə görə, Bentu talan edilib, yandırılıb və faktiki olaraq Yer üzündən silinib.
Cənubi Sudanda hadisələr dekabrda milli ordunun mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmasından vüsət götürüb.
Bundan əvvəl, prezident Salv Kiir vitse-prezident Riek Maçarı dövlət çevrilişində günahlandırıb.